خانه> کتاب >1090


149

اول و پانزدهم هر ماه مهمان شماييم

 

بنام خدا - نسخه سوم نرم افزار پرسمان ويژه اندروید آماده شد

منو

بايگاني موضوعي
بايگاني شماره اي
گفتگوي زنده
عضويت
پرسش و پاسخ
پيگيري پاسخ
پاسخ سوالات غيرخصوصي
طرح سوال و ارتباط با ما

احكام نماز و روزه دانشجوي مسافر


جستجو



 

بورس مقالات

ابراز محبت دختر به...
درمان خود ارضايي ب...
پيامدهاي خودارضايي...
قرص شب امتحان (تار...
نظرات مقاله «پيامد...
احضار روح با نعلبك...
هولوكاست چيست؟
همجنسگرايي، علل و ...
گناهان كبيره
رابطه دختر و پسر
چشم چراني، آثار و ...
چگونه از ياران اما...
عجم، دشمن اهل بيت؟...
تقويت اراده در انج...
علامت قبولي توبه
ماجراي دختران و پس...
شيوه هاي همسريابي
اخلاق پيامبر (4) -...
نقش قرآن در زندگي ...
احكام نماز و روزه ...
شوخي هاي پيامبر
چه كنم گناه نكنم؟!
چگونه با تقوي شوم
همه شرايط وضو
گرايش دختران آمريك...
اثر بيدار ماندن بي...
چرا فقط بي حجابي! ...
جلسه خواستگاري
...

اگه روسري خود را ب...
ايميل هايي از شيطا...
جايگاه و ارزش نماز...
چرا جنگ را ادامه د...
دفتر 30 پرسش ها و ...
اخلاق پيامبر(2)- م...
موي بلند و وضو
خاطره اي جالب از ز...
اخلاق پيامبر - توص...
امام خميني(ره) و غ...
تا باشگاه هسته اي
مصحف فاطمه (س)

آمار سایت


تعداد مقالات:
1996

بازدید مقالات:
6100334

بازدید سوالات:
2557939



YARADILIŞIN SİRRİ - 2 بازديد: 2128

  نظر بدهيد  /   راي بدهيد  /   ارسال به دوستان  /   طرح سوال


 

 İlkin insanlar
Sual 19: İslam və İlahi dinlərə görə yer üzərindəki insanlar Adəm və Həvvanın övladlarıdır. Halbuki aparılan araşdırmalara görə elmi baxımdan Kromanyon və Neandertal adlanan söhbət etməyi bacarmayan və əyilmiş halda hərəkət edən insanlar mövcud olmuşdur. Bu paradoksa necə cavab verə bilərsiniz?
İmam Baqir (ə) – dan deyilən bir rəvayətdə Cabir ibn Yəzidə buyurdu: Elə güman edirsən ki, Allahtaala yalnız bu aləmi yaratdı və zənnincə Allahtaala sizdən başqa bir bəşər yaratmamışdır? Bəli and olsun Allaha minlərlə aləm və minlərlə Adəm yaratdı. Sən bu aləmlər və Adəmlərin sonuncususan.[1]
       Bir sıra İslam alimləri bu rəvayətlərə görə belə qənaətə gəlmişlər ki, “Adəm yer kürəsi üzərinə ayaq basan ilk insan olmamışdır. Bəlkə ondan öncə insan formasında və ya digər insanlar mövcud olmuş və naməlum səbəblər üzündən nəsilləri kəsilmişdir”.[2]
Amma Adəmin yaradılışı barəsində müxtəlif nəzəriyyələr mövcuddur. O cümlədən
1.Həzrəti Adəmdən öncə heç bir insan və ya Adəmə bənzər insan mövcud olmamış və həzrəti Adəm müstəqil olaraq yaradılmışdır.
2.Həzrəti Adəmdən öncə bəşər mövcud olmuşdur. Amma təkamül tapmamış idi və hər hansı bir səbəb üzündən nəsli kəsilmişdir. Həzrəti Adəm özündən əvvəlkilər ilə nəsli bağımlığı olmadan yaradılmışdır.
3.Həzrəti Adəmdən öncə təkamül etməmiş insanlar mövcud idi və aradan getməmişdilər. Bəlkə özlərinin təkamül mərhələsində insanlıq mərhələsinə çatmışlar. Həzrəti Adəm onların hamısının nəslindən olan ilkin insan və peyğəmbər idi. Müstəqil formada yaradılmışdır.[3]
       Quran ayələrindən belə anlaşılır ki, mövcud insan nəsli həzrəti Adəm (ə) və həyat yoldaşı Həvvadan yaranmışdır. Onların nəsli anaların bətninə yerləşən spermadan meydana gəlir. Amma Adəmin özünün necə yaranmasına gəldikdə isə ayələrdən yekun olaraq belə bir nəticə alırıq ki, həzrəti Adəm (ə) ata- anası olmadan, torpaq ünsürlərindən və İlahi ruhdan yaradılmşdır.
       Buna görə də əgər çox keçmiş zamanlarda insana bənzər mövcudatların olması barəsində faktlar aşkarlansa da, bunun indiki insanların Adəm və Həvvanın nəslindən olması və o iki nəfərin isə insanların və ya insana bənzərlərin nəslindən olmaması ilə heç bir ziddiyyəti yoxdur. Müasir elmdə də mövud insanın “Neandertal və ya “Kromanyon” insanların nəslindən olması da hələ sübut edilməmişdir.
 
  
Embriologiya:
Sual 20: İnsan rüşeyminin yaranma mərhələləri və necəliyi barəsində quranın nəzəri nədir və yeni elmlərlə hansı əlaqəsi vardır?
“Embrioloqlar” insanın ana bətnində formalaşmasını üç mərhələyə bölürlər:
1.Embrioloji yığım mərhələsi (EMBRYONİC MASS): Bu mərhələ kişi və qadının embriom hüceyrələrinin mayalanmasından etibarən başlayır və ikinci həftənin sonuna qədər davam edir.
2.Rüşeym mərhələsi (embryonic period): Bu mərhələ üçüncü həftədən başlayaraq səkkizinci həftənin sonuna qədər davam edir. Bu müddət ərzində bədənin əsas orqanlarının hamısı qurulmuş olur.
3.Fetal (döllük)” mərhələsi, üçüncü aydan doğum mərhələsinə qədər olan mərhələni “fetal” mərhələsi adlandırırlar. Bu mərhələdə olan rüşeym isə “fetus” adlanır.
Quranda embriomların formalaşma dövrləri:
Doktor Məhəmməd Ələlbar kimi bir sıra tədqiqatçılar isə Quran baxımından embriomun meydana gəlmə və təkamül mərhələlərini yeddi yerə ayırmışlar.
1. Sperma    2. Rüşeym    3. Bir parça ət  (tam bir şəklə düşmüş və düşməmiş)                4. Sümük       5. Ət       6. Forma və qaydaya düşmə        7. Ruhun üfürülməsi
Bu barədə istifadə edilən əsas ayələr aşağıdakından ibarətdir:
1. "إنّا خلقنا الإنسان من نطفة أمشاج نبتله فجعلناه سمیعا بصیرا"
 (Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq).[4]
2. ثمّ جعل نسله من سلالة من ماء مهین. ثمّ سوّاه و نفخ فیه من روحه
(Sonra onun nəslini nütfədən – bir damcı zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü).[5]
3. "خلق الإنسان من علق"
(O, insanı laxtalanmış qandan yaratdı)[6]
4. "هو الّذی خلقکم من تراب ثمّ من نطفة ثمّ من علقة ثمّ یخرجکم طفلا"
(Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan Odur.[7]
5. "أیحسب الإنسان أن یترک سدی. ألم یک نطفة من منیّ یمنی ثمّ کان علقة فخلق فسوّی"
(Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və onu yaradıb surət verdi).[8]
6. "یا أیّها الناس إن کنتم فی ریب من البعث فإنّا خلقناکم من تراب ثمّ من نطفة ثمّ من علقة ثمّ من مضغة مخلّقة و غیر مخلّقة"
(Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa. Həqiqətən, Biz sizi torpaqdan, sonra spermadan sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq).[9]
7. "و لقد خلقنا الإنسان من سلالة من طین. ثمّ جعلناه نطفة فی قرار مکین. ثمّ خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فکسونا العظام لحما ثمّ أنشأناه خلقا آخر فتبارک الله أحسن الخالقین"
(Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!)[10]
          İndi isə yuxarıdakı yeddi mərhələdən ilkin üç mərhələnin xüsusi əhəmiyyətə malik olması üçün araşdırmağa başlayır və onların elmi nailiyyətlər ilə uyğunluğunu qeyd etməyə başlayırıq.
1. Sperma
          “Nütfə” lüğətdə “az su” deməkdir. Bunun spermada işlənməsinin məqsədi də onun az olmasındadır.[11] Bu söz habelə kişi hüceyrəsi olan “sperma” və qadın cinsinə aid olan “rüşeym” və ya onların ikisinin qarışığı mənasında istifadə edilir. [12] "ألم یک نطفة من منیّ یمنی" ayəsində də həmin məna nəzərdə tutulmuşdur. Quranın fars dilində olan tərcümələrində əvvəldən sona qədər bu sözdən istifadə edilmiş və sözün fars dilində olan qarşılığından isə istifadə edilməmişdir. Amma quranın ingilis dilində olan tərcümələrində isə həmin sözün yerinə aşağıdakı sözlərdən istifadə edilmişdir.
(Arbery): Lige Germ
(Shakir): Droped Sperm
(H.Palmer) Drop of Seed
(Pickthall): Living perm Drop
          Tərcüməçilərin bu sözün ekvivalentini seçərkən fərqli sözlərə müraciət etməsi, müəyyən həddə onların bu kəlmənin müxtəlif mənalarda işlənməsindən xəbərsiz olmalarından qaynaqlanır.
“Əmşac nütfəsi” (qarışmış sperma)
          “Əmşac” sözü “məşic” sözünün cəmidir. “Məşic” isə qarışmış deməkdir.[13] Lakin ayədə spermanın  qatışmış olmasından məqsədin nə olduğu barəsində isə müxtəlif ehtimallar irəli sürülür. Onların ən önəmlilərini aşağıda qeyd edirik:
a) Kişi və qadının spermasının bir- birinə qarışması: Bu nəzər, vəhy nazil olmasından indiki dövrə qədər ən geniş yayılmış nəzərdir. Təbəri, İbn Kəsir, Məraği, Təbərsi və s. şəxslər bunu qəbul etmişlər. Mücahid kimi şəxslər isə bu mənanın izahı kimi quranın [14] "إنّا خلقناکم من ذکر و أنثی" ayəsini sübut gətirmişlər. Əhməd ibn Hənbəlin Məsnədində deyilir: Peyğəmbər (salam olsun ona və övladlarına) insanın necə yaranması barəsində buyurdu:[15] "من نطفه الرجل و من نطفه المرأة"
b) Spermanın müxtəlif hissə və elementlərdən tərkib tapması: Maurice Bucaille bu barədə deyir: “sperma mayesi aşağıda qeyd edilən vəzilərdən yaranan müxtəlif ifrazatdan təşkil olunur”.
1. Xayalar: Spermatozoidlər daşıyan kişinin cinsiyyət üzvü vəzisinin ifrazıdır.
2. Erkək kisələri: Spermatozidlərin yığışdığı bu üzvlər prostata yaxındır. Hamiləlik elementləri olmayan xüsusi ifrazata malikdir.
3. Prostat: Spermaya xüsusi iyi olan xama görünüşlü maye ifraz edir
4. Sidik kanalına birləşən vəzilər. Onlar isə axıcı maye ifraz edən “Cooper” və ya “Mery” vəzisi və  selikli maddə ifraz edən “Littre” vəzisindən ibarətdir.[16]
          O sonra sözünə belə davam edir: “.... Müasir dövrümüzdə bu fenomenləri elm vasitəsi ilə tanıdıqdan sonra quranın mətni ilə uyğun olduğunu gördükdə, təsir altına düşməmək olmur”.[17]
          Qurani məciddə spermanın qarışmasından məqsədin nə olması barəsində "إنّا خلقناکم من ذکر و أنثی" [18]ayəsi birinci ehtimalı daha da qüvvətləndirsə də, amma eyni zamanda ikinci ehtimalı da inkar etmir. Buna görə də “Əlmizanın sahibi” kimi bir sıra təfsirçilər onlardan hər hansı birinə üstünlük verməmişlər.[19] Eyni halda, quranda “əmşac” kəlməsinin cəm olaraq işlənməsinə əsaslanıb burada quranın “müxtəlif qarışıq nümunələrini” nəzərdə tutduğunu söyləyə bilərik. Buna görə də qeyd edilən hər iki formanın ayə ilə uyğun gəldiyini söyləmək olar. Hər halda aşağıdakı iki məsələnin doğruluğu şübhəsizdir:
1.     Quranda “spermanın qarışıq olması” fikrinin ixtira olması (Bu məsələnin ən yaxşı sübutu embriologiya tarixidir. Embriologiya tarixində son dövrlərə qədər “spermanın qarışıq olması” məsələsi heç vaxt alimlər arasında müzakirə olmamışdır)
2.     Embriologiyada əldə edilən son elmi nailiyyətlər ilə üst- üstə düşməsi.
2. “Ələq” və “Ələqə”
          Quran baxımından rüşeymin təkamülünün ikinci mərhələsi “ələqə”- dir. Bu söz quranda beş dəfə istifadə edilmişdir.[20] Bir dəfə isə “ələq” sözü işlənmişdir. Amma “ələq” və “ələqə” sözlərin hər ikisinin də rüşeymin bir mərhələsini bildirməsi və ya bildirməməsinə gəldikdə isə burada müxtəlif mülahizələr vardır. Buna görə də hər birindən ayrıca söhbət açacağıq.
a) “Ələq”.
          “Ələq” sözünün “asılmaq”, “ürək bağlamaq”, “yapışqan şey” və “qan” mənaları vardır. “Ələq” sözünün cəmi isə “qan soran zəli”[21] və “asılan yer”[22] kimi işlənmişdir.
          Quranın fars dilində olan bəzi tərcümələrində “ələq” sözünün qarşılığı olaraq aşağıdakı mənalar işlənmişdir:
“Bağlanmış qan” (Məkarim Şirazi)
“Həmin spermatozoid olan asılan” (Fuladvənd)
“Bağlanmış qan” (Muəzzi)
“Laxtalanmış qan” (Ayəti)
“Bir zəliyə oxşar sperma” (Behbudi)
İngilis dilinə olan tərcümədə isə belə deyilmişdir:
Shakir: Clot, (Yousuf Ali: Clot of congealed Blood, Arbery: Blood Clot H, Palmer: Germ Cell, Pickthall).
          Yuxarıdakı tərcümələrin hansının düzgün olmasını bir kənara qoysaq, diqqəti cəlb edən məsələ budur ki, yuxarıda qeyd edilənlərin bir çoxundan belə başa düşülür ki, tərcüməçilər “ələq” sözünü həmin “ələqə” sözü yəni “spermanın tutmasından sonrakı mərhələ” hesab etmişlər. Amma fars dilində Behbudinin və İngilis dilində isə Palmerin tərcüməsinin birinci mərhələyə yəni “sperma” sözünə daha yaxın olduğunu görürük.
          Keçmiş dövrlərdə qurana şərh yazanlar bu iki sözün mənasının eyni və ya fərqli olmasına o qədər də əhəmiyyət verməmişlər. Yalnız son on illiklərdə bu məsələ araşdırılmağa başlanmışdır. “Təfsirul- furqan” kitabında belə qeyd edilmişdir:
          “Ələq”, (ələqə isə rüşeymin ikinci vəziyyəti və ələqdən yaranmış olur) kiçik yapışan qurdların cəminə deyilir. Deməli “ələq” yapışqan olduğu üçün paltar, bədən və bətnin divarına yapışan həmin spermadır. Milyonlarla yapışqan spermadan ibarət olur. Onların bəzisi digərindən asılı olan halda bətnin (uşaqlıq) divarına yapışırlar...”.[23]
          Bəlkə də “ələq” və “ələqə” sözlərinin bir- birindən ayrı olmasını belə əsaslandırmaq olar ki, quran rüşeymin müxtəlif mərhələlərini sadalayarkən heç bir yerdə “ələq” sözündən istifadə etməmiş və həmişə “ələqə” sözündən istifadə etmişdir.[24] Bəşər nəslinin necə davam etməsi barəsində söhbət açdıqda isə yalnız bir mərhələni söyləməklə kifayətlənir. Həmişə həmin birinci mərhələ yəni spermanı (rüşeymin meydana çıxmasının əsas başlanğıcı) xatırladır, hər dəfə onun xüsusiyyət və formalarını sayır:
« ألم نخلقکم من ماء مهین»[25]
« ثمّ جعل نسله من سلالة من ماء مهین»[26]
« خلق من ماء دافق...»[27]

ayələri kimi. Bu ayələrdə istifadə edilən “əmşac”, “məhin”, “sulalə” və “dafiq” sözlərinin hər biri spermanın xüsusiyyətlərindən birini ifadə edir. İndi isə belə ehtimal edilir ki, “ələq” sözündən məqsəd “qurda oxşar” və “zəliyə bənzər” xüsusiyyətli rüşeymin yaranmasının ilkin mərhələsidir. Lakin bunu tam əminliklə qəbul edib digərini isə inkar etmək olmaz.
b) “Ələqə”
“Ələqə” bir neçə mənada istifadə edilmişdir. “suda yaşayan qırmızı rəngli zəli”,[28] “suda yaşayan qan sovuran parazit və laxtalanmış qan parçası”,[29] “bədənə yapışan və ondan qan sovuran suda yaşayan qırmızı rəngli parazit...”[30]
          Quranın fars və ingilis dillərində olan tərcümələrdə adətən “ələq” və “ələqə” sözləri eyni formada məna verilmişdir. Amma Fars dilində olan bir tərcümədə Behbudi “ələqə” sözünü “bətnin divarına yapışan bir qurd formasında”,[31] “bətnin divarına yapışan qurd forması”[32] kimi istifadə etmişdir. Qədim dövrlərdən etibarən isə quran təfsirçiləri adətən “ələqə” sözünü “laxtalanmış qan” kimi məna vermişlər. “Təntavi”,[33] “Əlmizan”[34] və “Nümunə”[35] kimi bir sıra yeni təfsir kitablarında da bu mənaya rast gəlinir. Bir sıra təfsirçilər isə bu barədə açıq- aşkar bir məna ortaya qoymamış və onu “spermanın sonrakı vəziyyəti” kimi qeyd etmişlər.[36]
Elm ilə əlaqəsi:
          İndi isə belə bir irad ortaya çıxır ki, yeni embriologiya elmində dəqiq ölçmə cihazları ilə rüşeymin bütün təkamül prosesi tədqiq edilsə də, amma insanın laxtalanmış qan mərhələsindən keçdiyi müşahidə edilməmişdir. Ona görə də bəziləri belə düşünməyə başlayıblar ki, “ümumiyyətlə insan heç vaxt laxtalanmış qan mərhələsini keçməmişdir”.[37]
          Buna görə də əgər elmi baxımdan yuxarıdakı məsələ qəti formada sübut edildiyi təqdirdə, varlıq aləmin yaradıcısı və hidayət kitabını nazil edənin vahid olması, onun varlıq aləmini mütləq şəkildə əhatə etməsi “ألا یعلم من خلق و هو الطیف الخبیر”[38], İlahi ayələrin doğruluğu və şübhədən uzaq olduğunu, habelə “ələq” və “ələqə” sözlərinin müxtəlif mənalar verdiyini nəzərə alaraq, onun “laxtalanmış qan” kimi tərcümə və təfsir edilməsinin düzgün olmadığını başa düşəcəyik. Bunun qarşılığında isə yeni elmi nailiyyətlər ilə münasib olan iki məna vardır. “Zəli” və “asılan və yapışan şey”. Bəziləri isə ikinci mənaya üstünlük verərək zəli kəlməsini (spermanın zahiri formasına uyğun olduğu üçün) birinci mərhələ üçün münasib bilmişlər.
Maurice Bucaille deyir: “Bətndə toxumun möhkəmlənməsi üçün onun həqiqi davamı olan liflərin (villosite) inkişafı vasitəsi ilə baş verir. Onlar üzvün divarından, toxuma lazım olan inkişafı almaq üçün kökləri torpaqda olan kimi cücərirlər. Bu liflər toxumu rəhmə yapışdırırlar. Onlar isə yeni dövrdə məlum olmuşdur”. O sonra "خلق الأنسان من علق"[39] ayəsinə işarə edərək deyir: “Asılan olan şey “ələq” kəlməsinin tərcüməsidir... Bu isə müasir dövrdə isbat edilən həqiqətə tam cavab verir. Bu anlayış “spermanın tökülməsindən sona qədər olan ardıcıl inkişafı bildirən digər dörd ayədə[40] də xatırlanmışdır”.[41]
          Əlbar isə deyir: “Ümumiyyətlə “ələqə” hər bri yapışan və asılı qalan şeyə aid edilir... “ələqə” də belə olur. Çünki bətnin divarına yapışaraq orada yuva qurur...”.[42] Bu mənaya görə “ələqə” kəlməsi sifət mənasında işlədilir və spermanın özünə yuva seçmə mərhələsini bildirir. Doktor Ələlbara görə “bu mərhələnin rüşeymin toplanması mərhələsinin sonuna qədər olan ən mühüm xüsusiyyəti kimi asılı olmağı qeyd edir və “ələq” kəlməsi isə onu dəqiq formada ehtiva edə bilir”.[43]
          İndi isə belə bir sual meydana çıxır: Niyə quran təfsir və tərcüməçiləri –xüsusi ilə də keçmişdəkilər- “ələqə” sözünü laxtalanmış qan kimi izah ediblər. Halbuki bu məsələ elmi cəhətdən qəbul edilmir? Əlbar belə cavab verir: “ələqə hər tərəfdən laxtalanmış qan ilə əhatə edilmişdir. Deməli əgər asılı olan halda ələqənin həcminin 4/1 millimetrdən artıq olmadığını bilsək, o zaman təfsirçilərin niyə ələqənin “laxtalanmış qan” olduğunu söyləmələri məlum olur. Bəli “ələqə” adi gözlə görsənmir və hər tərəfdən qan ilə əhatə olunmuşdur”. Buna görə də ələqənin laxtalanmış qan kimi izah edilməsi, onun normal halda gözlə görünə bilməməsidir...[44]
3.Məzğə (çeynənilmiş)
          “Məzğə” sözü “məzğ” (çeynəmək) sözündən götürülmüş “bir çeynəmək miqdarında olan ət parçası”[45] və “ət və digər çeynənmiş loxma” mənalarını verir.[46]
          Quranın fars dilinə edilən tərcümələrində “məzğə” sözü belə tərcümə edilmişdir: “Çeynənmiş ətə bənzər bir şey” (Məkarim Şirazi); “məzğə” (Foladvənd), “çeynənmiş ət” (Muəzzi); “ət parçası” (İlahi Qomşei); “çeynənmiş bir tikə ət formasında” (Behbudi) və “ət parçası” (Ayəti). Amma ingilis dilində olan tərcümələrdə isə belə qeyd edilmişdir: A Tissue (Arbery), a lump of Flesh (Shakir), a Foetus lump (Yousuf Ali), an embryonic lump (H. Palmer), a little lump (Pickthall), Shapeles lump of flesh.
          Təfsirlərdə belə qeyd edilmişdir: “ثمّ من مضغة” (O, ələqənin dəyişilmiş və çeynənmiş forması olan kiçik bir ət parçasıdır).[47] "فخلقنا العلقة مضغة" (onu bir parça ətə çevirdik).[48] Bəziləri isə “məzğə” sözünü “qatı qan” kimi təfsir etmişlər: “ələqədən məğzəyə, xüsusi ad və forması olmayan bir tikə qatı qandır...”[49] və “ələqədən məğzəyə, o zaman ki, həmin yapışqan nütfə böyüyərək qarışmış qatı qandan olan laxtalanmışa çevrilmiş olsun”.[50] Belə nəzərə çarpır ki, “məzğə” sözünün “qatı qan” kimi izah edilməsi, həm elmi və həm də lüğət baxımından yanlışdır. Əlbəttə Məkarim və Behbudinin tərcüməsində qeyd edilən, qabaqcıl elmi vasitələrdən istifadə etmədən elmi nailiyyətlər və ibtidai müşahidələrlə uyğun gəlir.
          Elmi araşdırmalar zamanı adətən bu mərhələni üçüncü həftədən başlayan dəyişikliklərlə (yəni rüşeym dövrü və seqmentlərin tapılması) uyğunlaşdırırlar.
Əlbar deyir: “Seqmetlərin (сегмент, сомит) meydana çıxması orta təbəqənin inkişafı (mezoderm) və xarici təbəqədə yaranmış (ektoderm) çatların nəticəsində ulqum tağlarının tapılması ilə birlikdədir. Bu dəyişikliklər nəticəsində embriomun yuxarı hissəsində (düz, başın tozcuğunun altında) beş cüt faringil tağları meydana çıxır. Buna görə də bu mərhələni ən dəqiq formada təsvir etmək üçün “məzğə” və ya “dişlərin çeynəyərək çölə atdığı ət parçası” ifadəsindən istifadə edilir. Çünki ulqum tağları və seqmentlər dəqiq surətdə embrioma “çeynənmiş” görkəmi verirlər”.[51]
          Belə nəzərə çarpır ki, Quran bu mərhələdə embriomun zahiri formasına –“çeynənmiş tikə” formasında- işarə etməklə kifayətlənmişdir. Əlbəttə əgər “məzğə” sözü “çeynənmiş ət” mənasını verirsə, bu ətə bənzər maddələr demək deyildir. Eyni halda nəzərdən qaçırtmamaq lazımdır ki, burada “ət” deyildikdə sümükləri örtən və quranın “ləhm (ət) ” adlandırdığı əzələli cismlər nəzərdə tutulmur. Deyilənlərdən belə məlum olru ki, Quranın “məzğə” mərhələsinə qədər olan embrioloji təlimlərindən aşağıdakı nəticələri almaq olar.
1.     Quran ilk dəfə olaraq, insanın sperma qarışığı üzərindən pərdəni götürür. Bu məsələ XIX əsrə qədər embrioloqlar üçün naməlum məsələ olaraq qalırdı. Amma quran təfsirçiləri üçün bu həqiqətin müəyyən hissəsi (yəni nütfənin kişi sperması və qadın bətninin ifrazatı ilə qarışması) məlum olmuş və öz təfsir kitablarında bu barədə söhbət açmışlar.
2.     Müqəddəs Quran kitabı ilk dəfə olaraq, spermanın asılan olması və özünə yer eləməsi haqqında söhbət açmışdır. Bu həqiqət, quran təfsirçi və tərcüməçilərinə məlum deyildi. Nəhayət embriologiya elmində inqilab baş verdikdən və mikroskop kəşf edildikdən sonra quranın bu ifadəsinin mənası düzgün anlaşılmağa başlandı.
3.     Üçüncü mərhələdə müqəddəs quran kitabının ifadəsi, embriomun zahiri formasına uyğunluq təşkil edir. Bununla yanaşı embriomum cinsini də çatdırmağa çalışır.
 
 
Ruhun yaradılması

Sual 21: Ruha necə məna verirsiniz? Ruh və bədən üçün ayrı və bir- birindən müstəqil olan yaradılış nəzərədə tutmaq olarmı? Hüceyrənin diri qalması məsələsini necə izah edə bilərsiniz?
Bu suala cavab vermək üçün aşağıdakı məsələlərə diqqət etmək lazımdır:
Birinci: Fəlsəfi baxımdan “nəfs (ruh) ” üç növdür: Nəbati (bitki, bioloji, vegetable), heyvani (animal) və insani (human). İnsanlar hər üç növə malikdirlər. Heyvanlar birinci iki növə və bitkilər isə yalnız birinci qismə malikdirlər. Başqa sözlə daha yüksək mərhələdə yerləşən “nəfs” özündən aşağıda yerləşən nəfsin kamalatına malikdir. Nəbati nəfsin ən əsas xüsusiyyətləri inkişaf, qidalanma və artımdan ibarətdir. Heyvani nəfsin xüsusiyyətləri qeyd edilən hallardan əlavə hissi idrak və hərəkətdən ibarətdir. İnsani həyatın digər özəllikləri isə ixtiyar və düşüncədir. Deyilənlərdən belə məlum olur ki, hər bir “nəfs” xüsusi qüvvələrə malikdir və xüsusi hərəkətlərin aşkara çıxmasına səbəb olur. Buna görə də diri olmaq, nəfsə və ya insani ruha malik olmaq deyildir. Yəni ola bilsin ki, bir yerdə həyat olsun, amma insani ruh və hətta heyvani ruha belə malik olmasın, buna “nəbati” həyat deyirlər. Rüşeym də ilkin formalaşma mərhələlərindən etibarən diri hesab edilir. Amma onun həyatı ilk öncə “nəbati”, sonra “heyvani” və sonda isə “insani” olur və onun hüdudları bir sıra rəvayətlərdən məlum olduğu kimi 4- 5 aylıqdır.
          Başqa sözlə bədənin hissələri kamilləşəndən sonra (dörd aylığın sonu və beşinci ay boyunca) rüşeymin zahiri forması kamilləşir və ana bətnində olan rüşeymin hərkət etməsini hiss edir. Bu mərhələ ruhun tapılmasının başlanğıcı və başqa sözlə “insani” həyatın ilkin simvolları hesab edilir.
İkinci: “Ruh” qurani kərim ayələrində, müsəlman filosof və kəlam alimləri arasında müxtəlif mənalarda istifadə edilmişdir ki, onlardan biri də insani nəfsdir.
"فإذا سویته و نفخت فیه من روحی"[52]
ayəsi kimi. Tədqiqatçılar deyir: “Allah öz ruhumdan insan bədəninə üfürdüm” dedikdə ruhu özünə aid edir. Burada uyğunluq formal xarakter daşıyır. Yəni məqsəd insan ruhunun əzəmət və şərafətini ifadə etməkdir. Burada məqsəd Allahdan bir şeyin ayrılaraq insana birləşməsi demək deyil, bəlkə ruh da cism və digər bütün işlər kimi Allahın məxluqudur.
Üçüncüsü: Ruh və bədənin müstəqil xilqəti olub – olmaması barəsində müxtəlif nəzərlər mövcuddur. Molla Sədraya görə ruh “cismaniyətul- hudus” və “ruhaniyətul- bəqa” dır. Yəni maddə embriomda öz substantiv hərəkət və təkamül seyrində ruhani və nəfsani mücərrədlik mərhələsinə çatır. Cism və ruhun iki ayrı xilqəti və əlavə tərkibi yoxdur.[53]
 
 
Reinkarnasiyanın uydurma olması
Sual 22: Görəsən bizim ruhumuz bundan öncə digər bədənlərdə olmuş və indi isə bizim mövcud bədənəmizə transfer olmuşdur? Ağıl və din baxımından metempsixoz və ya reankarnasiyanın mövqeyi nədir?
Reinkarnasiya iki növdür:
1.     Mulki metempsixoz: Yəni insanın nəfsi öz maddi bədənini tərk edərək digərinin maddi bədəninə daxil olur.
2.           Mələkuti metempsixoz: Yəni “nəfs” öz əməl, danışıq, niyyət, düşüncə və əqidələri ilə “bərzəx” aləmi ilə uyğun olan misali bədəni və qiyamət aləmi ilə mütənasib olan qiyamət bədəni yaratmış və həmin formada təcəssüm tapmışdır. Başqa sözlə insan dünyada malik olduğu əqidə və hərkətlərlə özü üçün “bərzəx” və qiyamətin hər birində bədən yaradır və nəfsi də onunla əlaqəyə girir. Maddi bədəndən ayrıldıqdan sonra həmin bədənlərlə birləşir. 
          Mulki metempsixoz üçün də müxtəlif formalar qeyd edilmişdir. Onlar rəsx (ruhun cansızlara qayıtması), fəsx (ruhun bitkilərə qayıdışı), məsx (ruhun heyvanata qayıdışı) və nəsxdən (ruhun insan bədəninə qayıtması) ibarətdir. Habelə metempsixozu “nüzuli (enən) və səudi (qalxan) metompsixoz” olaraq iki qismə bölmüşlər. Nüzuli metempsixoz ruhun daha aşağı bir bədənə qayıtmasıdır. Məsələn insanın ruhu heyvani bədəndə qərarlaşır və səudi metempsixoz isə onun əksidir.
          Fəlsəfi baxımdan “mələkuti metempsixoz” ağıl qəbul edən bir proses olmuşdur. Amma “mulki metempsixoz” isə uydurmadır. Mulki metempsixozun hər bir nümunəsini rədd etmək üçün müxtəlif dəlillər irəli sürülmüşdür ki, biz sadəcə ümumi bir fəlsəfi dəlilə işarə edirik. Bu dəlil isə bir neçə əsasa malikdir:
Birincisi: “Hikməte mutaliyə” fəlsəfəsinə görə nəfsin bədənə aid edilməsi substantiv əlaqələnmədir. “İnsani nəfs” dedikdə bədənlə əlaqəsi olan bir həqiqətdir. O zatən bədənə aid olmaq deməkdir. Buna görə də “insani ruh” heç bir aləmdə bədənsiz olmayacaqdır. Hər bir aləmdə həmin aləmə uyğun olan bədən mövcud olacaqdır.
İkincisi: Bədən və nəfsin tərkibi əlavə deyil, ittihadi tərkibdir. Yəni ruh və bədən bir vücud ilə mövcuddurlar. Bu tərkib nəticəsində insan adlı bir həqiqət formalaşır. Bu düşüncənin zərurəti odur ki, insan ruhu bədən olmadan öz varlığnı davam etdirə bilməz. Bədən də ruh olmadan öz mövcudluğunu qoruya bilməz.
Üçüncüsü: İttihadi tərkibdə, bir vücud ilə mövcud olan iki mövcud bərabər mərhələyə malik olmalıdırlar. Yəni əgər biri məhz istedad və potensialda olarsa digəri isə praktik mərhələdə bu ikisini bir- biri ilə birləşdirmək olmaz. Çünki bu ikisi tərkib nəticəsində bir olurlar. Bu vəhdət bir vücud ilə mövcud olmaq həddindədir. Vücudu praktikadan daha zəif və daha aşağı mərhələdə olan potensial bir mövcud, praktik mərhələ ilə -vücudu güclü və daha yüksəkdir-  bir edilə bilməz və bir- birinin özü ola bilməzlər. Aşağı mərhələ -aşağı olmağın özündə- yüksək mərhələ ola bilməz. Necə ki, tərkib nəticəsində yüksək mərhələ - yüksək olmağın özündə - özündən daha aşağı mərhələyə süqut edə bilməz. Buna görə potensial bir mövcudun praktik bir mövcud ilə birlik tərkibi qeyri- mahaldır.
Dördüncüsü: Bütün maddi aləm hərəkətdədir. Yəni hər bir mövcud özünə məxsus yolda hesablanmış qanunlar əsasında həmişə hərəkətdədir. Bu hərəkət kamilliyə istiqamətlənən və özünə uyğundur. Misal üçün yer üzərinə düşən buğda dənəsi əlverişli şəraitdə parçalanaraq tədricən cücərməyə başlayır. Şübhəsiz öz inkişafını təkmilləşdirən, sünbül verən və çoxlu dənlər məhsul verən buğda kolunun sonuncu mərhələsinə diqqət yönəldilmişdir. Torpağın daxilində gizlənən meyvə çəyirdəyi, müəyyən müddət sonra öz qabığını yararaq çölə yaşıl ucluq çıxarır. Həmin ilkin başlanğıcdan başlayaraq kamal dərəcəsi olan meyvə dolu ağac olmağı hədəfləyibdir. Hər halda yaradılış orqanı heç vaxt öz peşəsindən (qəsd edilən kamala doğru hərəkət) əl çəkmir və öz işinə davam edir. Mövcudlar karvanını həmişə özünün xüsusi məqsədlərinə doğru istiqamətləndirir. Ruh və bədən də bu həqiqət və varlıq qanunundan istisna deyillər. Bu ikisi də digər mövcudatlar kimi həmişə öz kamalına doğru hərəkətdədirlər.
Beşinci: Hər bir hərəkətdə əgər bir mövcud potensialdan praktikaya keçərsə, praktikaya keçən mövcudun yenidən potensiala qayıtması qeyri- mümkündür. Çünki hərəkət həmişə nöqsandan kamala, yoxluqdan vicdana və yoxluqdan sahib olmağa doğru hərəkət edir. Buna görə də praktikaya çevrilmiş bir mövcudun yenidən potensiala dönməsi mümkün deyildir. Misal üçün bir heyvanın (canlının) bədəni kamilləşəndən sonra daha sperma olmaq halına dönə bilməz. Çünki bu hərəkət qanunauyğunluğuna ziddir.
          Qeyd edilən beşli üsula diqqət etdikdə, əgər ruh maddi bədəndən ayrıldıqdan sonra digər maddi bədənə aid edilərsə, qeyri – mümkünlük meydana çıxır. Çünki ruh və nəfs bədəndən ayrıldıqdan sonra embriom və ona oxşar mərhələdə digər bir bədənə aid edilirsə (çünki ruh özünün ilkin maddi bədənində özünün təkamül yolunu keçmiş, bir sıra nöqsan mərhələlərini geridə qoyaraq, praktikaya çatmışdır), hələ də hərəkətin ilkin mərhələlərində olan və öz təkamül tapmış ruhu ilə müqayisədə özünün ilkin nöqsan və potensial həddində olmasına görə maddi bədən ilə bir olmalıdır. Bu isə qeyri – mümkündür. Çünki ruh ilə bədən vücud ilə mövcud olan bir tərkibə malikdirlər. Biri potensial və digəri isə praktik, biri naqis və digəri isə kamil olan iki mövcud arasında isə bir tərkib yaratmaq olmaz. Buna görə də təkamül tapmış ruh qeyri- kamil bədən ilə birləşə bilməz.
          Əgər ruh birinci bədəndən ayrıldıqdan sonra digər bədən ilə birlik təşkil etmək üçün tənəzzülə uğaryırsa beşinci söylədiyimiz prinsipə uyğun olaraq praktikaya çevrilmiş bir mövcudun yenidən potensiala dönməsi qeyri mümkün olur. Bu hərəkətin həqiqətinin ziddinədir.
          Ruh maddi bədəndən ayrıldıqdan sonra “misali (ideal aləmdə)” bədən ilə birləşir. Bərzəx aləmində də öz hərəktinə davam edir. Maddi bədən də bu dünyada ölümdən sonra xüsusi yola düşür və öz hərəkətinə davam edir. Nəhayət lazım olan dəyişikliklər nəticəsində qiyamət və axirət aləmində ruhla ikinci dəfə  bir olmaq qabiliyyətinə yiyələnir.[54]
          Ayələr və rəvayətlər də mülki metompsixoz və ya ruhun ardıcıllığı batil bir iş hesab edilir. Onların məzmunu ölümdən sonrakı aləmlərdə onun maddi aləmə qayıtmasını deyil, ruhun hərəkətinin müdavimliyini göstərir. Amma ruhun axirət bədəninə aid edilməsi yaxud ruhun digər aləmlərdə aşkara çıxması müxtəlif hallarda ayə və rəvayətlər tərəfindən dəstəklənir. Bu mövzu ətrafında ölümdən sonrakı həyata aid mövzularda araşdırma aparmaq lazımdır.[55]
          Quran ayələrinin bir qismi məsxin (ruhun heyvanata qayıdışı)  doğru olmasına şahiddir. Misal üçün “Maidə” surəsinin 60- cı ayəsi, “Əraf” surəsinin 66- cı ayəsinə görə bir qrup insanlar İlahini qəzəbləndirdiyinə görə donuz və meymuna çevrilmişlər. Qısaca olaraq deməliyəm ki, “məsx” (günahkar insanın heyvana çevrilməsi) uydurma metempsixozdan tamamilə fərqli bir mənadır.
Metempsixozun əsasını iki şey təşkil edir:
1.           Bədənin çoxluğu: Metempsixozda iki bədən mövcuddur: Ruhun ayrıldığı sabiq bədən və ruhun aid olduğu yeni bədən. Halbuki “məsx” zamanı həmin insan bədəni heyvan bədəninə çevrilmiş olur.
2.           Əldə edilən praktika və kamal həddindən ruhun nöqsan və potensial həddinə qayıtması və inkişaf mərhələləri boyunca embriom həyatın başlanması. Halbuki “məsx” zamanı insan bədəni heyvan spermasına dönmür.
 
   
“Zərr” aləmi:
Sual 23: Görəsən biz əvvəllər “zərr” aləmində olmuşuqmu? “Zərr” aləmi nədir və necədir?
Allahtaala qurani kərim kitabında buyurur:
"وإذا أخذ ربّک من بنی آدم من ظهورهم ذرّیتهم و أشهدهم علی أنفسهم ألست بربّکم قالوا بلی شهدنا أن تقولوا یوم القیامة إنّا کنّا عن هذا غافلین..."
“(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik” deyə bilməməyinizdir”[56]
          Bu ayənin izah və təfsirində peyğəmbər (s) və pak imamlardan çoxlu hədislər rəvayət edilmişdir. O cümlədən imam Baqir (ə) bir rəvayətdə Zürarəyə buyurdu: “Allahtaala Adəmin belindən qiyamətə qədər olan nəslini çəkib çıxardı və onlar toplu halda xaric oldular. O zaman Allahtaala özünü onlara tanıtdırdı və məlum etdi. Əgər belə etməsəydi heç kəs öz Allahını tanımazdı”.[57]
          İndi isə sual edilir ki, bu zühur və aşkar olmaq necə baş vermişdir və “zərr (yaratmaq) ”, “misaq (razılaşma)” və ya “ələst (Allahın Adəm övladlarına mən sizin rəbbiniz deyiləmmi müracət etdiyi gün- mütərcim)” aləmindən məqsəd nədir?
Bu mövzuda dini mütəfəkkir və alimlər arasında müxtəlif baxışlar mövcud olmuşdur ki, onların ən önəmlisi aşağıdakı kimidir:
1.     Cims və ruhdan tərkib tapmış bir dünyada bağlanılan əhd: İnsanların ruhları bədənlə əlaqəyə girməzdən əvvəl, kiçik zərrələrlə əlaqəyə girmişdir. Həmin zərrələr ruhların əlaqəsi ilə canlı və agah oldular. Ondan sonra Allahtaala öz “Allahlığı” barəsində etiraf aldı və insanlar müsbət cavabdan sonra İlahinin nidası ilə Adəmin belinə qayıtdılar.
2.     Fitri və simvolik nəzəriyə: Bəziləri belə düşünür ki, bu ayə təmsil ilə Allahtaalanın saysız nemətlər verdiyini və insana ağıl qüvvəsi bağışlamaqla tamamilə haqlı olaraq onun qarşısında torpağa düşməyi və ona tabe olmağımızı istədiyini başa salmaq istəyir. İnsan da öz işarəsi ilə İlahinin bu virtual xitabına “ləbbyek (itaət edirəm)” deyərək, öz vicdanı ilə onu qəbul etmişdir.
3.     Ağıl və vəhy dili ilə bağlanılan əhd: Ayədən məqsəd xarici həqiqəti ifadə etməkdir. Uca olan Allahtaala ağıl və vəhy yolu ilə peyğəmbərlər vasitəsi ilə insandan əhd almışdır. Yəni əqli düşüncə, peyğəmbərlik və vəhy vasitəsi ilə din maarifini qəbul etməyi insanlardan istəmişdir.
4.     Mələkut aləmində bağlanılan əhd: Əllamə Təbatəbaiyə görə mövcudat iki növ vücuda malikdirlər. Allah yanında olan cəmi vücud (mələkut aləmdə) və digəri isə zamanın qayıtması ilə tədricən aşkara çıxan pərakəndə vücud. Beləliklə, dünyəvi insaniyət aləmi heç bir mövcudun Allah qədər vüqarlı olmadığı digər bir insaniyyət aləmindən önə keçmişdir. Həmin aləmdə batini müşahidə ilə onu müşahidə edir və onun vəhdaniyyətinə etiraf edir. “Zərr” aləmində olan sual – cavab məsələsi də oraya şamil edilir.[58]
Onun nəzərinə görə ayədən məqsəd insanların mələkuti tərəfidir. Yəni mələkut dünyasının şühud və razılaşmasıdır. “"وإذا أخذ (xatırla) ayəsindən belə istifadə edilir ki:
Birincisi: Bu hiss edilən dünyadan öncə digər bir hiss edilməz aləmdə mövcud olmuşdur ki, orada razılaşma həyata keçirilmişdir.
İkincisi: Razılaşmanın alınma səhnəsi maddi aləm və təbiət dünyasından ilkindir
Üçüncüsü: Bu iki mövqe bir- biri ilə vəhdət təşkil etəsə də və bir- birindən ayrılmaz olsa da Allahtaala maddi dünyada bioloji insana əmr edir ki, həmin mələkuti tərəfi də yadından çıxarma. Çünki xatırladıqca onu qoruyarlar.
5. Fitri bağlanılan əhd: Bəziləri ayənin məzmunun Adəmin fitrətindən xəbər verdiyini bildirmişlər. Yəni insan öz taleyində Allahşünas və Allaha meyl edəndir. Bu düşüncə, təmsil nəzəriyyəsi ilə çox yaxındır. Necə ki, sanki mübarək ayə fitrətin təmsilinin ifadəsidir.
“İqbal” həmin məzmunu “min illərlə fitrət ilə əyləşdim” beytində ifadə etmişdir. Yəni “ələst” günündə məndən tövhid əhd- peymanı alıındı. İndiyə qədər öz fitrətim ilə (tövhid) yaxın olmuşam və həmin dövranda “ona qovuşdum və özümdən ayırldım”. Allaha yönəlib və özümdən uzaqlaşdım.
          Lakin təbiət və nasut (maddi) aləminin “hicab- örtük” meydanına ayaq qoyandan sonra tövhid əvəzinə büt yondum  və bir müddət onu pərəstiş etdim. Amma yenə fitrətə nəzər salıb, həmin bütü sındıraraq digər bir büt yaratdım və o vaxta qədər ki, öz fitrətimdə gizlənən həqiqət özünü tamamilə göstərdi və insan birdəfəlik olaraq ona diqqət ayırdı. 
"فطرت الله التی فطر النّاس علیها"[59]
          Buna görə də “ayədə (bəla) sözü ilə tələffüz edilən” tövhid həqiqətini izah etmək şifahi bir iqrar deyil, bəlkə hər bir insanın işarəsində - hətta Allahın yaradıcı olmasını dil ilə inkar edənlər belə- zati və fitri həqiqət kimi mövcuddur.
Qiymətləndirmə:
          Qeyd edilən nəzərlərin hər biri özlüyündə müxtəlif formalarda tənqid edilmişdir.[60] Qeyd edilən nəzərlər arasında Əllamə Təbatəbainin baxış və fitrət nəzəri daha tutarlı və qəbul ediləndir. Eyni halda heç birinin dəqiq formada ayənin məzmununu çatdırdığını söyləmək olmaz. Baxmayaraq ki, onların hər ikisi ayrıca formada qəbul edilən, dini və fəlsəfi təsdiqə malikdir. Şəhid Beheşti bu barədə yazır: “Bu ayə barəsində deyə biləcəyimiz odur ki, orada icmalən insanların varlığının bir mərhələsi qeyd edilir ki, orada Allahın Allahlığına etiraf etmişlər. Lakin bu etiraf bütün insanları əbədi olaraq haqq yolda saxlamağa qadir olacaq qədər dolğun olmasa da, amma onların “Allahı tapma”sı üçün daima vicdani və fikri şəraitini hazırlaması qədər təsirə malikdir. Belə ki, qiyamət günündə “biz bu məsələdən tamamilə xəbərsiz idik” üzrünü gətirə bilməsinlər.
          Bu hazırlıq hətta o həddədir ki, hər bir insana öz ataları və sələflərinin batil əqidələrindən əl götürüb haqq yoluna gəlməsinə imkanı verir. Bəhanələri olmasın ki, “bizim atalarımız əvvəlcədən müşrik olduğu üçün və biz də onları izləyirdik”. Amma bu mərhələnin xüsusiyyətləri barəsində quranın özü heç bir əlavə izah vermir.[61]
 
 
Sonrakıların yaradılması
Sual 24: Görəsən insanın yaranmasından sonra Allah digər bir mövcud yaradacaqmı?
          Bu barədə qəti bir dəlil yoxdur. Amma ümumiyyətlə götürdükdə dini mətnlər, fəlsəfi və irfani baxışlara görə Allahtaala daimul- feyzdir (səxavəti daima davam edir). Məsumlardan bizə gəlib çatan rəvayətlərə görə bu varlıq aləmindən sonra digər dünya və digər insanlar da yaradıcılaq, İlahi hidayət və səxavətdən faydalanmaqla öz kamalına çatacaqdır. Əlbəttə ehtimallara görə həmin insanların xüsusiyyətləri bizim insanlıq sistemimiz ilə fərqli olacaqdır.
          Fəlsəfi və irfani aspektdən də bu sözü təhlil etmək olar. Uca Allahın sonsuz vəsfə sahib olduğunu nəzərə alsaq o sonsuz məqam özünün sonsuz hikmət və rəhmətinin tələbi ilə hər bir mümkün vücudu özünün vucudunun feyzindən faydalandırır. Yaradılması mümkün olan bir şeyi öz feyzindən məhrum etməsi mümkün deyildir. Şübhəsiz ki, onun səxavəti həmişə öz qüvvəsindədir və onun tükənməsi qeyri- mümkündür. Lakin hansı bir şeyin İlahi rəhmət və səxavəti əldə etməsi və hansı şeyin qabiliyyəti olmaması isə digər bir məsələdir. Bizim bildiyimizə görə hətta mövcud sistemin özü də həmişə ardıcıl olaraq yaradılışdadır. Çünki varlıq dünyası nəticədir. “Hikməte mutaliəyə” kitabında sabit edilmişdir ki, “hər bir şeyin nəticəsi failin yaratması və işindən başqa bir şey deyildir”. Əgər fail (yaradan) yaratma və icaddan əl çəkərsə daha fel (iş) olmur və hər hansı bir dünya mövcud olmur. Buna görə də varlıq davamlı olaraq yaradılış halındadır. Allahtaala həmişə yaratmaq və icad etməklə məşğuldur.
"کل یوم هو فی شأن"[62]
 
 
Fərqlər
Fərqliliyin sirri

Sual 25: Əgər Allahtaala ədalət sahibidirsə, bütün bu imtiyaz və ayrıseçkiliyin sirri nədir? Niyə birini kişi digərini isə qadın, birini kor, kar və lal yaratdığı halda digərini sağlam yaradır? Niyə hamını eyni formada və eyni görünüşdə yaratmadı?
Bu suala cavab vermək üçün bir neçə əsas məsələyə qısaca işarə etmək lazımdır:
1.     Ədalət anlayışı: Ədalət sözünün mənası bərabərlik və bərabərləşdirməkdir. Ümumi mənada isə zülmün (digərlərinin hüququna təcavüz etmək) qarşılığı olaraq digərlərinin hüquqlarına riyaət etmək mənasını verir. Ədalətin tərifində deyilir: “ذی حق حقه  کل اعطاء (hər haqq sahibinin haqqını özünə qaytarmaq)” .
Ədalət üçün digər bir məna da qeyd edilmişdir: Lakin Allaha nisbət verilən ədalətin mənasına gəldikdə isə “müəyyən kamal və ya varlıq imkanı olan bütün mövcudata geniş bağışlama və ümumi səxavət” başa düşülür. Başqa sözlə İlahi ədalət onun hikmətinin digər bir ifadə tərzidir.
2.     Yaradılış sistemində mövcud olan ayrı seçkilik deyil, təfavütdür. Ədalətsilik və pislənən isə hər cürə təfavüt və müxtəliflik deyil, ayrıseçkilikdir.
Ədalətin ayrılmaz hissəsi isə bütün insanlar və ya əşyaların bərabər edilməsi deyildir. Misal üçün ədalətli müəllim bütün şagirdlərə -çalışqan və tənbəl olmasına əhəmiyyət vermədən- eyni formada qiymət verən deyildir. Bəlkə hər bir şagirdi onların ləyaqətinə uyğun olaraq tərifləmək və ya məzəmmət etmək lazım gəlir.
Deməli İlahi hikmət və ədalət bütün məxluqatın eyni formada yaradılmasını tələb etmir. İlahi hikmət dünyanın elə formada yaradılmasını tələb edir ki, müxtəlf mövcudat öz ləyaqət və istedadına uyğun olaraq son məqsəd istiqamətində olsunlar. Bu əlaqədə aləmin komponentlərini bir- birindən ayrılmış kimi nəzərdə tutmaq olmaz. Bəlkə onları sistemli bir kompleks formasında qiymətləndirmək lazımdır ki, hər bir üzv tamın bir hissəsidir.
Kompleks formada hər bir hissənin xüsusi mövqeyi olduğuna görə xüsusi keyfiyyətə malik olur.
Dünya göz, xəttu-xal və qaş kimidir
                  Hər şey öz yerində yaxşıdır
Ümumiyyətlə isə əgər təfavüt olamzsa, çoxluq və müxtəliflik də olmayacaqdır. Əgər bütün insanlar kişi, ya bütün mövcudat eyni “növ” və bütün hissələr oxşar növ olarlarsa tam yeknəsəklik hakim olacaqdır. Daha bu sistem və gözəllikdə olan dünya mövcud olmayacaqdır.
3. Mövcudatın təfavütlü olması, səbəb- nəticə sisteminin ayrılmaz hissəsidir. Belə ki, hər bir nəticənin xüsusi səbəbi və hər bir səbəbin xüsusi nəticəsi vardır. Həqiqətdə hər bir mövcudun səbəb- nəticə sistemində müəyyən yer və mövqeyi vardır. Yəni həmin nəticə müəyyən şeyin nəticəsi və o səbəb isə müəyyən şeyin səbəbidir.
Mövcudat arasında müəyyən sistem olmadıqda,  hər bir mövcudun digər hər bir şeyin yaradılış səbəbi ola bilməsi və hər bir şeyin digər bir şeydən yarana bilmə zərurəti meydana çıxır. Məsələn (bu məntiqlə yanaşası olsaq- mütərcim) bir kibritin alovunun təsiri ilə günəşin təsiri bərabər ola bilir. Buna görə də hər bir səbəbin nəticə ilə olan əlaqəsi və hər bir nəticənin səbəbi ilə olan əlaqəsi, səbəb- nəticə əlaqəsinin zatından qaynaqlanır.
Başqa sözlə hər bir mövcud öz mərhələsində ədədlərin silsiləsinə bənzəyir ki, hər bir ədədin inkar edilməsi onun vücudunun inkar edilməsinə bərabərdir. Misal üçün əgər beş ədədinin altıdan artıq miqdara dəlalət etməsini istəyirsənsə artıq o beş ədədi deyildir. Beləcə tam səbəbin kamalından daha üstün olan bir nəticə meydana çıxarsa, artıq həmin nəticə hesab edilmir və hətta həmin səbəb də hesab edilmir.
4. Maddi dünyada xüsusi səbəblər əsasında onun zatında toqquşma və ziddiyyət gizlənmişdir. Maddənin forması bu xüsusiyyətin sonu və onun vücudunun inkarıdır. Od harada olmasından asılı olmayaraq xüsusi yandırmaq təsirinə malikdir. İstər məscid və koma, istərsə də ev və mağaza olsun. Buna görə də maddi dünyanın –səbəbiyyət sistemindən xaric- bir işə forma verməsini gözləmək olmaz. Məsələn spirtli içki fərdin nəslinə deyil, yalnız onun özünə təsir göstərmiş olsun. Yaxud tuperkulyoz xəstəliyi yoluxan şəxsi əldən salsa da amma proflaktik tədbir görülməyən mühitə təsir göstərməmiş olsun. Təbiət dünyasından belə bir gözləntidə qalmaq doğru deyildir. Maddi aləmdə maneənin aradan qaldırılmasının mənası budur ki,  Allahtaala yalnız mücərrəd və abstraktları yaratmaqla kifayətlənmiş olsun və maddi aləmi yaratmasın. Bu gümanın nəticəsi varlığın bu hussəsinə mövcud olan böyük xeyir və faydanı görməzdən gəlməkdir.
5. Maddi aləmin “səbəb- nəticə”, “maneə və toqquşma” sisteminə nəzər saldıqda hər bir mövcudun zəiflik, nöqsan və təfavütlərinin olması, öz yerində zəruri və vaz keçilməzdir. Onlarda baş verən hər hansı bir dəyişiklik aləmin bütün həndəsəsini bir- birinə vurmaq və aləmin sisteminin uzunluq silsiləsində olan dəyişikliyin ayrılmaz hissəsidir. Eyni halda mövcud təbii təfavütlər iki formadadır.
a) Bəşərin iradə, məlumat və elminə bağlı olmayan təfavütlər (bu cür təfavütlər dəyişilməzidr)
b) Bəşərin iradə, elm və nadanlığına bağlı olan təfavüt və nöqsanlar
Ətraf mühitdə mövcud olan bir çox xoşagəlməzliklər –xüsusi ilə də qohum və övladlarda mövcud olan- insanın təbiət qanunları və İlahi hökmlərdən xəbərsizliyinin nəticəsidir. Əldə edilən araşdırmalara uyğun olaraq övladların cismi və ruhi nəticələrinin böyük bir hissəsi valideynlərin laqeydliyinin və məlumatsızlığının nəticəsidir. Adətən məlumatlı və həyat üsullarına bağlı olan insan daha sağlam övlada sahib olur. Bu cür zəif və nöqsanlar insanın düzgün fəaliyyəti və məlumatının artması ilə aradan qalxmış olur.
6.Bir sıra nöqsan və əziyyətlərin qarşılığında İlahinin geniş rəhməti tələb edir ki, günahsız giriftar və əziyyət çəkənlərə axirət mükafatları,[63] hökm və məsuliyyəltərini azaltmaq,[64] digərlərinin onlara kömək etməsini onların vəzifəsi hesab etməklə aradan qaldırsın.
          Bu deyiənlərdən əlavə mövcudatın fərqli olmasının digər sirrləri də vardır ki, biz qısa olsun deyə onları qeyd etməkdən vaz keçdik.[65]
 
 
 Tutum və qabiliyyətin təfavütü
Sual 26: Adətən deyilir ki, mövcudatın fərqli olması onların zatından və ya onların zati qabiliyyətindən yaranır. Qabiliyyətləri Allah vermişdirsə, elə isə niyə hamıya bərabər verməmişdir?
          Həqiqət ondan ibarətdir ki, mövcudat və insanların tutumu qablara bənzəmir ki, bəzisini yarım və bəzisini isə tamamilə doldurasan. Bəlkə hər bir mövcudun mövqe və vəziyyətinə uyğun olaraq onun tutumu formalaşacaqdır. Bütün qablar öz tutumuna uyğun olaraq doludur, qabiliyyət və istedadların miqdarı artdıqca, qablar da böyüməyə başlayır. Misal üçün insanın elmi dərəcə və məlumatları nə qədər artarsa, onun qəlb və sinə qabı da bir o qədər genişlənəcəkdir.
          Habelə bitkilər, heyvanlar və cansız əşyaların hər biri öz tutumunun aşkar olması üçün xüsusi sahəyə malikdirlər. Misal üçün buğda dənəsi bir neçə ay ərzində əkin- biçin üsullarına riayət etməklə yetmiş dənəli salxıma dönə bilər. Əlbəttə təsir göstərən amillər nə qədər az olarsa, bir o qədər az məhsul verəcəkdir. Qulluq vasitələri nə qədər yüksək olarsa, daha çox məhsul verəcəkdir. Digər bitki və heyvan növləri də bu cürdür.
          Mövcudatın təfavütü və qabiliyyətlərinin müxtəlifliyi barəsində bir neçə məsələyə işarə etmək təqdirə layiqdir:
Birincisi. Hər bir mövcudun təkcə xüsusi bir şəraitdə olması və yalnız bir növ istedada malik olması zəruri deyil, bəlkə onun vəziyyəti dəyişə bildiyi kimi, nəticə etibarı ilə onun qabiliyyəti da yüksələ bilir. Misal üçün daşlaşmalar bir neçə min il ərzində daş kömürə və sonra isə almaz süxurlarına çevrilmiş olur. İki cür meyvə və ya güllərin tərkibindən yeni meyvə və ya rəng və yeni tərkib əldə edilir. Amma bütün bu dəyişiklik növləri sistem və qanunlara tabedir.
İkincisi. Dəyişikliyin yaranması bəzən “xarici amillər” hesabına baş verir. Məsələn bitki və cansızlarda baş verən bir çox dəyişikliklərə humanitar, mühit və s ... amillər təsir göstərirlər. Bəzən isə xarici amillərlə yanaşı şəxsi və endogen amillər qabiliyyətlərin təfavüt və dəyişilməsinə səbəb olur. İnsanlar haqqında daha çox bu nümunə baş verir. Belə ki, fərdlərin iradəsi və onların daxili amilləri mühit və genetik amillərdən əlavə onların durumuna çox böyük təsir göstərir. İnsanların iradə və həvəsləri çox vaxt onlar arasında çoxlu qabiliyyət fərqinin yaranmasına gətirib çıxarır.
          Əlbəttə bəzi həqiqət və reallıqlar heç cürə dəyişilmir və həmişə sabit qalırlar. “İki paradoksun bir yerdə olması qeyri mümkündür” və ya “riyazi ekvivalentlər” kimi əqli üsullar buraya daxil edilir.
          Təbii olaraq Allah tərəfindən varlıq dünyasına belə bir nizam- intizam hakimdir. Elə buna görə də deyilir: Qabiliyyətləri Allah vermişdir. Amma İlahinin  bu iradəsi səbəbsiz və əbəs deyil, bəlkə mövcudatın öz vəziyyətinə uyğundur. Misal üçün əgər bir çürümüş dən ayaqlar altında tapdalanarsa, salxıma çevrilmə qabiliyyətini itirmiş olur. Əgər torpaq altına düşərsə, yaşıllanaraq salxıma çevrilməsi üçün digər şərtlər olan su və işıq da olmalıdır, Əgər torpaq altında əkilən buğda olarsa buğda, alma toxumu olarsa, məhsulu da alma olacaqdır.
          Necə ki, əgər insan sperması əlverişli şəraitə düşərsə, insan və əgər heyvanın sperması öz təbii yoluna düşərsə heyvan dünyaya gələr.
          İnsanlar arasında da əgər sperma üstün gen daşıyıcısı olarsa doğulan insan daha çox istedad və bacarığa sahib olacaqdır. Amma əgər içki düşkünü və narkoman atanın sperması olarsa, çox zaman doğulan uşaq əqli və fiziki baxımdan problemlərə malik olacaqdır. Hətta bir atanın da mxtəlif şəraitdə çox zaman müxtəlif bacarıq və istedadlı övladları dünyaya gəlir. Amillərin təfavütü və şəraitin dəyişilməsi ilə nəticələr də fərqli olur. Belə olmadıqda əgər fərqli şəraitdə nəticə eyni olsaydı, ədalətdən uzaq və nizam- intizamın əksinə olardı.
          Deyilənlərdən belə anlaşıldı ki, hər bir mövcudun qabiliyyəti şərait və mövqelərin toplusuna görə inkişaf edir. Allah mövcudata qabiliyyət verib sözündən məqsəd isə Allahın dünyanın ümumi nizamını belə qərar verməsidir və onun dünyada ümumi iradəsinin belə olmasıdır. Həmin davranış və intizam səbəb olubdur ki, qabiliyyətlərin təfavütü hesaba alınan və proqnozlaşdırılmış olsun. Alimlər kimya, fizika və s. elmi qanunları kəşf edə bilsinlər. Həkimlər oxşar əlamətlərlə xəstəlikləri müayinə etməkdə uğur əldə edə bilsinlər.
          Amma əsas suala cavab və problemi həll etmək üçün önəmli olan məsələ budur:
a) Qabiliyyət yaradan şərait, yalnız maddi mövqe və şəraitə məxsus deyil, bəlkə qeyri-maddi və mənəvi amillər də bir mövcudun artması və ya onun qabiliyyətinin azalmasına təsir edir.
          Misal üçün su, xüsusi molekulyar cazibə və qabiliyyətə malikdir. Amma İlahinin icazə və iradəsi şərti ilə Allah dostlarından birinin istəməsi ilə onun molekulyar cazibəsi xüsusi hallarda öz təsirini itirmiş olur. Necə ki, həzrəti Musa üçün Nil çayının yarılması zamanı bu reallaşa bildi və ya həzrəti İbrahim üçün od sərinləşdi.
Buna görə də əgər varlıq dünyasına geniş anlamda yanaşa bilsək, bütün maddi və mənəvi, gizlin və aşkar təsir etmə amillərinin hamısını qəbul etsək,  o zaman qabiliyyətlərin hamısının nizam- intizam və davranış üzərində baş verdiyi nəticəsinə gəlib çıxacağıq. Allahverən qabiliyyətlərdən məqsəd odur ki, bütün maddi və mənəvi tərəflər gözlənilməklə, Allah hər bir mövcudun layiq olduğunu ona bağışlayır.
 
 
Peyğəmbərlərin yaradılması
Sual 27: Quran deyir: “Allahtaala Adəm və Nuh və İbrahim övladları və İmran övladlarını dünyadakılardan üstün etdi”.[66] Əgər Allahtaala onları yaradarkən imtiyaz sahibi etmişdirsə, bu imtiyaz, ayrıseçkilik hesab edilmir?
Düzgün nizam- intizama malik yaradılış aləmində bir sıra təfavütlərin olması zəruridir. Misal üçün insanın bədəni sahmanlı formada yaradılmışdır. Onun sistemləşdirilməsi üzvlər arasında təfavütlərin mövcudluq zərurətidir. Elə buna görə də bədəndə beyin hüceyrələri kimi hüceyrələr bədən üzvləri və əzələlərin hərəkətlərini öhdəsinə almalıdırlar. Möhkəm sümük hüceyrələri bədənin dözümlüyünü qoruya bilir. Sistemli bir orqanın yaradılması üçün sonsuz zərurəti olan bu imtiyazar sadə deyil, bəlkə imityazlar ilə münasib olan bir sıra xüsisi işlər və məsuliyyətlər ilə birlikdədir. Buna görə də bəşərin rəhbərliyini öhdəsinə alanlar və peyğəmbərlər imtiyaz sahibi olmaqla yanaşı həm də böyük məsuliyyət sahibi kimi çətin problemlərə də dözməlidirlər. Necə ki, peyğəmbərlər və imamların həyat tarixi bu məsələnin təsdiqidir. Halbuki digərlərinin məsuliyyəti daha da azdır. Buna görə də bu imtiyazarda heç bir ayrı-seçkilik yoxdur. Çünki:
Birincisi: Layiq olmağa əsaslanır. Layiq olmağın şərtlərindən biri də Allahın əzəldən xəbəri olduğu “onların ixtiyari davranışlarıdır” (onlar bu ləyaqəti özləri ixtiyarı formada əldə edirlər- mütərcim).
İkincisi: Cəmiyyətə rəhbərlik etməyin zərurəti layiq olan fərdlərə məsuliyyət ilə yanaşı imtiyazların verilməsidir. Bu bəşərin səadət və xeyri istiqamətində onlara olan bir lütfün növüdür.
Qeyd etmək lazımdır ki, peyğəmbərlərin sahib olduqları imtiyazlar qarşısında çoxlu məsuliyyətlərindən əlavə, etdikləri kiçicik bir səhlənkarlıq, onların böyük çətinliklərlə düşmələrinə səbəb olur.
Misal üçün həzrəti Yunis (ə) tayfasının hidayəti üçün nə qədər çalışsa da amma lazım olan qədər səbr və hövsələ göstərmədiyi üçün Allahtaala onu dənizin qaranlıqlarında və balığın qarnında saxladı.[67]
Habelə hətta Allah yanında peyğəmbərlərin ən sevimlisi olan İslam peyğəmbəri haqqında quran kitabı buyurur:
ولوتقّل علینا بعض الأقاویل لأخذنا منه بالیمین ثم لقطعنا منه الوتین فما منکم من أحد عنه حاجزین”[68]
Əlbəttə İslam peyğəmbərindən belə bir səhlənkarlıq baş vermədi. Bəlkə gözləniləndən də artıq insanların hidayət olması üçün ürək yanğısı ilə ciddi- cəhdlə çalışdı. Nəhayət Allahtaala buyurur:
"طه ما أنزلنا علیک القرآن لتشقی"[69]
Həqiqətdə peyğəmbərlərin ixtiyari olan bu xüsusiyyətləri, onların məsuliyyət qəbul etmə qabiliyyətini göstərir. Uca olan Allah onların gələcəyinə olan elmi ilə peyğəmbərlik məsuliyyətini onların öhdəsinə qoymuşdur. Necə ki, Quran kitabında oxuyuruq:
الله أعلم حیث یجعل رسالته سیصیب الذین أجرموا صغار عند الله و عذاب شدید بما کانوا یمکرون”[70]
“Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara  göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar! ”.
 
 
Mələklərin yaranışı
Sual 28: Mələklər niyə yaradılmışlar? Pənah aparırıq Allaha, məgər Allahın köməyə ehtiyacımı var?
İyerarxik silsilənin mövcudluğu yaradılışın metodoloji və sistematik zərurətidir. Səxavət vasitələrinin mövcudluğu həm vasitələrin özünü kamal və səxavətə malik edir və həm də aşağı mövcudatı kamal və inkişaf yolunda qərar verir. Yaradılış sisteminin formalaşması belədir ki, su köklər vasitəsi ilə ağacın gövdəsinə cəzb edilir və oradan yarpaqlara çatdırılır. Bu istiqamətdə yağışın yağması, suların istiqamətlənməsi və bağbanların işi və s. hamısı məna və əhəmiyyət kəsb edir. Dünyanın fəaliyyət və sevincini əhatə edir. Belə olmadıqda mövcudat arasında ayrılıq və süstlük hakim olur.
Hikmət sahibi olan Allah dünyanın nizamını möhkəm və gözəl əsaslar üzərində möhkəmləndirmişdir. Belə bir sistemin zərurəti iyerarxik silsilədir. Bu silsilə lahut (İlahi) aləmdən cəbərut (hökmranlıq) aləminə, oradan mələkut aləminə və ən aşağı mərtəbədə isə mülk və ya nasut (maddi aləmə) aləmə gəlib çatır. Bununla əlaqədar olaraq yaradılış sistemində mələklərin mövcudluq mövqeyinə izah verilir.
İlahinin böyük mələklərinin hər biri xüsusi vəzifə sahibidirlər. Necə ki, həzrəti Cəbrail və onun ixtiyarında olan mələklər İlahi ilahmlar və vəhyin çatdırılmasına cavabdehdirlər.[71]
Həzrəti Mikayil və onun ixtiyarında olan mələklərə ruzi çatdırmaq, külək, yağış və s. tədbirlərlə bağlı vəzifə tapşırılmışdır.[72]
Həzrəti Əzrail və onun ixtiyarında olan mələklərə ruhun qəbz edilməsi və mövcudatın ölümü vəzifəsi tapşırılmışdır.[73]
Həzrəti İsrafil və onun ixtiyrında olan mələklərə dünyanın dəyişilmə vəzifəsi tapşırılmışdır.[74]
Bunların hamısı iradə və icazə ilə fəaliyyət göstərən, varlıq dünyasının sistematikasından xəbər verir.
 
 
Cinin yaranışı:
Sual 29: Cin nədir? Niyə yaranmış və insan həyatına hansı təsiri göstərir?
Cin nədir?
          Varlıq aləmində olan bir sıra mövcudat hiss edilmir və hiss üzvləri vasitəsi ilə də dərk edilməzlər. Bu mövcudatdan biri də “cin” dir. Əslində “örtmək” mənasını verən “cin” insan gözündən gizlənə bilir. Quran belə bir mövcudun olmasını təsdiqləmiş və hətta “cin” adlı bir surə də vardır. Quranda bəzən bu mövcud “cann” olaraq  qeyd edilir.[75]
          Bu mövcudun mahiyyət və həqiqəti elə də məlum deyil. Amma bir sıra ayə və hədislərdən onun haqqında bəzi məlumatlar əldə etmək olar. O cümlədən:
1.     Oddan yaranmış və insandan öncə yaradılmışdır[76]
2.     İnsan kimi cavabdehdir və vəzifəsi vardır.[77]
3.     Onların bir qrupu mömin, bir qrupu kafir, bir dəstənin davranışı yaxşı və bir dəstənin isə pisdir.[78]
4.     Onların bəzisi kişi və bəzisi isə qadındır. Nəsil artırırlar.[79]
5.     Yaşayırlar və ölürlər[80]
6.     Şüur və iradə sahibidirlər. Sürətlə hərəkət edə bilirlər. Həzrəti Süleyman və Bilqeysin (Səba mələkəsi) taxtı əhvalatında olduğu kimi.[81]
7.     İnsana tabe olması mümkündür. Bu barədə quran yalnız həzrəti Süleymanın əhvalatına işarə etmişdir ki, quşlar, vəhşi (heyvanlar- mütərcim) və insanlardan əlavə cin də onun ixtiyarında və əmrində idi.[82]
8.     Hədislərdə vardır: Mömin cin, peyğəmbər və imamların tabeçiliyində olur və onlara xidmət edirlər. İlahi izn ilə vilayət sahibi olan şəxslər kafir cinləri də özlərinə tabe edə bilərlər.[83]
9.     Bir sıra ayə və hədislərdən belə məlum olur ki,  cinlər Allahın peyğəmbərinə (İslam peyğəmbəri) iman gətirmişlər.[84]
          Cinin yer kürəsinin harasında yaşaması isə aşkar şəkildə müəyyən edilməmişdir. Ancaq bir sıra hədislərdə onların daha çox olduğu yerlərə işarə edilmişdir.
Cin niyə yaradılmışdır?
          Yuxarıdakı izahlara diqqət etdikdə məlum olur ki, cin iradə və ixtiyar sahibi olsa da amma şuur və aghlıq baxımından insandan aşağı mərtəbədə yerləşir.
          Cin də insan kimi yaradılışı mümkün olan bir mövcuddur. İlahinin mütləq səxavəti və rəhməti onların da vücuduna aid edilmişdir. Uca olan tanrı onları ixtiyar sahibi olan insan kimi yaratmış və onların kamal yolunu ibadət və mərifət yolu qərar vermişdir.
و ما خلقت الجنّ و الإنس إلا لیعبدون” [85]
          Başqa sözlə insanın yaradılışı barəsində mövud həmin fəlsəfə “cin” barəsində də mövcuddur.
Cin və insan
          Müxtəsər formada bilirik ki, cin bəzən insanın həyatına təsir göstərir və bəzi insanlar da cinlərin həyatına təsir göstərirlər. Amma bu məsələ gizlin olmasına görə etimad edilməyən çoxlu əfsanələrin yaranmasına səbəb olmuşdur. 
          Cinnlər bəzi insanlarla əlaqə yarada bilərlər. Rəvayətlərə görə onlar peyəmbərlər və imamlar ilə əlaqə yarada bilərlər. Bəzən də insanların müşrik və kafir cinlərlə əlaqə yaratması onların yolunun azmasına səbəb olur.
"و أنه کان رجال من الأنس یعوذون برجال من الجنّ فزادوهم رهقا"[86]
          “Həqiqətən insanlardan (arasından bəzi ) kişilər cinlərdən kişilərə pənah aparırlar və onlar , (cinnlər) onların (insanlar) yol azmasına səbəb olurdular ”.
          Buna görə də cin –mömin və kafir- olmasından asılı olmayaraq, insanla əlaqə yaradır. Bu məsələ quran və hədislərdə açıq- aşkar formada öz əksini tapmışdır.[87]
 
 
Şeytanın yaranışı:
Sual 30: Allah şeytanı niyə yaratdı və ona insanları yoldan çıxartmağa möhlət verdi?
          İlk öncə qeyd etməliyik ki, şeytan İlahi əmrdən boyun qaçırsa da, amma hər halda Allahın yaratdığıdır və varlıq aləmində rola malikdir. Bir sıra irfan və fəlsəfə alimləri şeytanı “yadları incidən və özünkülərlə işi olmayan” təlim görmüş itə bənzətmişlər.
Quran kitabı da şeytanın əziyyət və vəsvəsəsinə layiq olan insanlar haqqında deyir:
ألم تر أنا آرسلناه الشیاطین علی الکافرین تؤزهم أزّا[88]
 “Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?” və ya
إنما سلطانه علی الذین یتولونه و الذین هم به مشرکون[89]
 “Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! ”
          Bu ayələrdən açıq- aşkar görünür ki, öz ixtiyarından istifadə edərək İlahi vilayətdən üz çevirən şəxslər şeytanın əsiri olmağa layiqdirlər. Amma İlahi ilhamlardan faydalanan insanlar və paklar barəsində buyurur:
إن عبادی لیس لک علیهم سلطان إلا من اتّبعک من الغاوین[90]
 “Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz! ”
          İndi isə bu sualda üç məsələdən (Allah, insan və şeytan) söhbət açılır. Əlbəttə bunların bəzi mövzuları bir- biri ilə əlaqədar olsa da amma burada ayrıca onları tədqiq edəcəyik.
a) Allahtaala
1. Allahın insanı yaratmasından məqsədi onu kamala çatdırmaqdır. Yəni məqsəd Allahın özünə deyil, gördüyü işə aid olur. Çünki Allahtaala tam mənada kamildir və onun zatı üçün bir “hədəf” və “son” təsəvvür etmək olmaz.
2. İnsanın kamalının büllürlaşması “İlahi mərifət”- dir. Qavrayış isə ona ibadət etməklə əldə edilir. Buna görə də Allahtaala buyurdu:[91] “ الا لیعبدونو ما خلقت الجن و الانس”   (insan və cini yalnız özümə ibadət etmək üçün yaratdım). İlahinin mütləq kamal zatını qavrayıb və ona ibadət etməklə insan kamal əldə edə bilər.
3. İbadət edən insanın yalnız o halda üstün kamala doğru hərəkətdə olduğunu hesab etmək olar ki, ixtiyarı və şüurlu surətdə bu yolu seçmiş olsun. Yəni mələklər kimi yaradılış etibarı ilə ibadətlə məşğul olub İlahinin əmrindən çıxmağa qüdrəti olmayan mövcud olmasın.
بل عباد مکرمون لا یسبقونه بالقول و هم بأمره یعملون[92]”
Mələyin eşqinin olmamasını görüb üzü cilvələndi
                                      Qeyrətə qərb olub Adəmin xeyməsinə od vurdu
          Buna görə də Allahtaala insanı ixtiyarlı mövcud yaratdı, səadət və bədbəxtlik yolunun seçimini onun ixtiyarında qoydu:[93] “أنا هدیناه السبیل إما شاکرا و إما کفورا”  (Biz insana yolu göstərdik, istər şükr etsin və istərsə də küfr etsin).
4.     Buradan imtahan məsələsinin insan xilqətinin vasitəli hədəflərindən bir olduğu meydana çıxır. İmtahan insanın ixtiyarının büllurlaşmasıdır. Quranın bir çox ayələrində bu mövzuya müxtəlif cür yanaşılmşdır:[94] “ إنا خلقناالانسان من نطفة أمشاج نبتله ”  (Həqiqətən, Biz insanı qarışıq bir spermadan yaratdıq).[95]
5.     Həqiqi bir imtahanın keçirilməsi yalnız insan tərəfindən xeyir və şərin hər birini seçim qüdrəti olduqda mümkün olur. Allahtaala insanı öz məxluqatının hamısından üstün hesab edir və onu yaratdığı üçün yalnız özünü təbrik etmişdir:[96] “فتبارک الله أحسن الخالقین” . Buna görə də kamal və xeyir yolunu seçmək istiqamətində ona çoxlu imkanların ixtiyarını vermişdir.  O cümlədən aşağıdakılara işarə etmək olar:
a)    Onun yaradılması Allaha zati meyl və fitrət əsasındadır:
"فأقم وجهک للدین حنیفا فطرت الله التی فطر الناس علیها"[97]
b)    İnsanın hidayət olmasına kömək etmək üçün Allahın səhnəyə daxil olması:
"قل الله یهدی للحق“[98]
c)     Insana şüurlu surətdə seçim etməsi məqsədi ilə ona yaxşılıq və pisliklərin ilham edilməsi "فألهمها فجورها و تقواها"[99]
d)   İnsanın fitrətində Allaha iman gətirməyi sevdirməsi[100]
"حبب إلیکم الإیمان و زینه فی قلوبکم"
e) Həyat yolunda möminlərə xüsusi olaraq kömək
"إنا لننصر رسلنا و الذین آمنوا فی الحیاة الدنیا"[101]
g) İnsanın çalışmasına uyğun olaraq hidayət yollarını açmaq
   "ألذین جاهدوا فینا لنهدینهم سبلنا و إن الله لمع المحسنین"[102]
6.     Həqiqi imtahan və ixtiyar məsələsinin baş verməsi üçün xeyir istiqamətində bütün imkanlar mövcud olmaqla yanaşı şər istiqamətində də bir qüvvənin mövcudluğu lazım idi. Bu qüvvələr İlahinin ilhamlarının qarşısında insanı pisliyə doğru dəvət edir ki, iki dəvət arasında özü bir yol seçə bilsin və pisliyə meyl edən amillər ilə mübarizə aparsın. Bu mübarizə ilə ixtiyari formada olan kamalın ən ali dərəcəsinə yiyələnə bilsin. Buna görə də İlahinin insanı yaratmaq məqsədinin reallaşması üçün bütün varlıq aləmində belə qüvvələrin yaradılması zəruri idi ki, xeyiri şərdən, gözəli çirkindən, yaxşını pisdən ayırmaq imkanı və haqq yolunda mübarizə mövcud olmuş olsun.
7.     İblisin itaətsizlik göstərməsi, İlahi dərgahdan qovulmaq və insanı yoldan çıxartmağı qarşısına məqsəd qoyaraq möhlət xahişi etməsi ilə Allahtaala onu özünün hədəfini reallaşdırmaq üçün ən yaxşı variant hesab etdi. Onun möhlət istəmə xahişi qarşısında İlahi hidayət amilləri qarşısında pisliyə doğru dəvət edən olsun deyə müxtəsər formada razılaşdı. Amma ona insanın imtahanına əsaslanan və möminləri qeyri möminlərdən ayırmaqda öz hədəfini reallaşdırmaq istiqamətində addım ata bilməsi üçün bundan artıq qüdrət vermədi 
"و ما کان له علیهم من سلطان إلا لنعلم من یؤمن بالاخرة هو منها فی شک"[103]
b) İnsan
1. İnsan ruh və bədəndən tərkib tapan, iki tərəfli bir mövcuddur. O, öz ruhunun tələbatı olaraq –İlahi ruhdan üfürülmüş olduğu üçün[104]- yaradılış hədəfinə və kamala doğru hərəkət edir. Müqəddəs Quran kitabı həmin məsələni bu ayə ilə ifadə etmişdir: “یا أیها الانسان إنک کادح ألی ربک کدحا فملاقیه”.[105] (Ey insan sən Allahına doğru çalışırsan ki, onunla qovuşacaqsan). İnsan öz bədəninin tələbatına uyğun olaraq - torpaq və gildən yaranmışdır- maddi təbiət və aşağı aləmə doğru meyl edir.
          Ruh tərəqqi və şərəfə meyl edər
                             Bədən səbəb və vasitələrə meyl edər
2. Deyilənlərdən belə məlum olur ki, insan fitrətində iki cür qüvvə vardır: Onu yüksəkliyə və  süquta doğru çəkən qüvvə. Bəzən isə onu pisliyə əmr edən qüvvəni isə “nəfs” adlandırırlar.
 “إن النفس لأمارة بالسوء إلا ما رحم ربی” [106]
3. Yuxarıdakı iki qüvvə insanın zatını, xeyir və şər arasında iki variantı seçə bilmək üçün ixtiyarı zat qərar verir. Buradan isə insanın zatını təhlil etməklə imtahan məsələsini yaxşıca dərk etmək olar.
4. Xeyirə istiqamətlənmiş daxili qüvvə xarici qüvvələr tərəfindən çoxlu imkanlarla himayə edilir. Əvvəlki hissədə Allaha məxsus olan himayələrə işarə edildi. Burada həmin himayələrin bir neçə nümunəsini (mələklərə məxsus kömək) qeyd edəcəyik. Allahtaala bu qüvvələri haqq yolunda mübarizə aparanların köməyinə göndərir.
 "إنّ الّذین قالوا ربنا الله ثم استقاموا تتنزل علیهم الملائکة "[107]
5. Bunun müqabilində şərə meyl edən daxili qüvvə də xarici qüvvə tərəfindən himayə edilirdi. Deməli şeytan bu vəzifəni icra etmək üçün ən yaxşı variant kimi müəyyən edilmişdir.
6. Nəticə etibarı ilə şeytan pisliyə doğru dəvət edən olsa da, amma onun bütün varlıq sistemində mövcudluğu xeyir bir iş hesab edilir. Çünki özündən bixəbər halda kamal axtaran insanların kamalın ən yüksək dərəcələrinə -haqq və batil arasında daxili çaxnaşma- çatmağına səbəb olur.
c) Şeytan
1. Hər bir inadkar mövcudun simvolu olan şeytanın ilkin varinatı “İblis” olmuşdur ki, quranın dili ilə desək cinlərdən hesab edilir.
کان من الجن ففسق عن أمر ربه”[108]
2. Cin də insan kimi ixtiyar sahibi olan bir mövcuddur. Onun yaradılışından məqsəd mərifət və ibadət yolu ilə kamal əldə etməsidir.
"و ما خلقت الجن و الأنس إلا لیعبدون"[109]
Buna görə də şeytan yoldan azdırmq və vəsəvəsə etmək üçün yaradılmamış, bəlkə bu yolun seçilməsi özünün ixtiyarı ilə olmuşdur. Allah da bu istiqamətdə onu digər hər bir ixtiyara malik mövcud kimi ixtiyar sahibi etmişdir.
3. İblis öz ixtiyarı ilə uzun müddət İlahi ibadət ilə məşğul oldu. Nəhayət Allahtaala onu mələklərin arasında yerləşdirdi. Həzrəti Əli (ə) görə bu müddət altı il çəkmiş və bu ilin dünya illəri və ya hər günü min dünya ilinə bərabər olan axirət illərindən[110] olması məlum deyil.
 "فی یوم کان مقداره ألف سنة مما تعدّون"[111]
4. Şeytan öz ixtiyarından sui- istifadə edərək yanlış mühakimə yürüdürək (Allah onu oddan insanı isə torpaqdan yaratmış, od torpaqdan üstün olduğu üçün mən də ondan üstünəm)[112] təkəbbür etdi və İlahinin Adəmə səcdə etmək əmrindən çıxdı. Bu əmrin özü də onun üçün bir növ imtahan idi. İxtiyari formada şər yolunu seçməklə zahirən səmavi olan bu mövcud süqut etdi. İlahinin müqəddəs dərgahı və mələklərlə birlikdə olmaqdan qovuldu. Bununla da ixtiyar tələb edir ki, ixtiyar sahibi olan həmişə qorxu və ümid halında yaşamlı və heç vaxt özündən arxayın olmamalı və həmişə İlahinin müqəddəs zatından yardım istəməlidir.
5. Allahtaala ədalətlidir və kiçik bir zülmü də rəva görməz. Hər bir şəxsin əməlinin mükafatını artıqlaması ilə ödəyir. İblis itaətsizlik göstərərək, Allahla mübarizəyə qalxdı. Şübhəsiz ki, belə bir mövcud behiştə gedə bilməz. Amma digər tərəfdən o uzun müddət ibadət etdi və İlahi də öz ədalətinə görə onu mükafatlandırmalıdır. Bu mükafat isə dünyəvi mükafat oldu. Necə də ədalətlidir ki, bu mükafat şeytanın öz məqsədinə çatması yolunda onun öz istəyinə -insanları yoldan azdıra bilməyi istəmişdi- uyğun olaraq verildi. Qalaraq insanları yoldan çıxartmaq tələbi də onun istəyi idi. Bu barədə rəvayətlərdə də qeyd edilmişdir.[113]
6.Allah tərəfindən şeytanın istəklərinin qəbul edilməsi ilə şeytan öz təhdidlərini ifadə etdi, Adəm övladının aldadılması, İlahinin müstəqim yolu üzərində əyləşmək və insanı azdıracağından söhbət açdı.[114] Allah da bunun qarşılığı olaraq cəhənnəmi şeytan və onun ardıcılları ilə dolduracığını bildidi.[115]
"لمن تبعک منهم لأملأن جهنم منکم أجمعین"
Şeytandan nə qədər gücü varsa istifadə etməyi tələb etdi ki, bununla da Allahın saf bəndələri qeyri- saf bəndələrindən ayrılmış olsun.
"و استفزز من استطعت منهم بصوتک و أجلب علیهم بخلقک و رجلک و شارکهم فی الاموال و الاولاد و عدهم"[116]
Sonda iki məsələyə diqqət etmək lazımdır:
Birincisi. Şeytan yalnız öz ixtiyarı formada onun vilayətini qəbul edən və onun qəyyumluğunu qəbul edən şəxsləri aldada bilər:
"إنّما سلطانه علی الذین یتولّونه و الّذین هم به مشرکون"[117]

 "کتب علیه أنّه من تولاّه فأنّه یضلّه و یهدیه إلی عذاب السّعیر"[118]
Onun özünün dediyinə görə Allahın ixlaslı bəndələrini özünə tabe edə bilməyəcəkdir:
"إلّا عبادک منهم المخلصین"[119]
          Allahtaala da bir çox ayələrdə bu sözü vurğulamış və şeytani vəsvəsələrin özünün xüsusi bəndələrini əhatə etməyəcəyini bildirmişdir.
"انّ عبادی لیس لک علیهم سلطان "[120]
Çünki bu bəndələr öz ixtiyarı ilə İlahi yolu seçmiş və İlahi vədlərə əsaslanmaqla özlərini şeytani vəd, aldanmaq və vəsvəsələrdən uzaq saxlamışlar.
İkincisi. Şeytanın insan üzrə heç bir təkvini qalibiyyəti (yaradılışdan etibarən insandan heç bir üstünlüyü yoxdur- mütərcim) yoxdur. Çünki eyni aksidensiyalı və haradasa insandan da aşağı bir mövcuddur. Allahtaala da ona təkvini qalibiyyət qüdrəti verməmişdir. Quran ayələrinə uyğun olaraq onun qüdrəti yalnız vəsvəsə ilə məhdudlaşır ki, bunu da yalan vədlər, insanı pisliyə çəkmək   [121]"الشیطان یعدکم الفقر و یأمرکم بالفحشاء" və pis işləri onun üçün bəzəməklə  [122]"لأزیّنن لهم فی الارض" həyata keçirir.
          Maraqlısı odur ki, insan onun vədlərinə aldandıqdan sonra şeytan ondan beziyir və onu öz başına buraxır
"کمثل الشیطان إذ قال للإنسان اکفر فلمّا کفر قال إنّی بریء منک"[123]
          Daha maraqlısı qiyamət günündə şeytanın ardıcılları onları aldatdığı üçün şeytanı danladıqda, şeytan açıq- aşkar bildirər ki, mənim işim yalnız həqiqətin əksi olan vədlər idi. Siz ona inandınız və İlahi vədlərə əmin olmadınız. Buna görə də sizin məni danlamağa haqqınız yoxdur və özünüzü danlayın. Burada nə mən sizin xilaskarınızam və nə də siz mənə kömək edə bilərsiniz. "و قال الشیطان لمّا قضی الأمر إنّ الله و عدکم و عد الحقّ و و عدتکم فأخلفتکم و ما کان لی علیکم من سلطان إلا دعوتکم فاستجبتم لی فلا تلومونی و لوموا أنفسکم ما أنا بمصرخکم و ما أنتم بمصرخیّ "[124]
Elə buna görə də Allahtaala şeytanın hiyləsini İlahinin möhkəm ipləri qarşısında zəif olduğunu söyləmişdir   [125]"إن کید الشیطان کان ضعیفا":
          Amma insanın özü də zəif bir mövcuddur  [126]"وخلق الإنسان ضعیفا" İlahi qüdrətə arxalanmadan xeyir yolu seçmək və onda hərəkət etmək bir yerə aparıb çıxarmayacaqdır.
          Son məsələ isə bundan ibarətdir ki, şeytanın vəsvəsəsi insanın rəhmani ilhamlar və fitrətin səsindən üz döndərdikdən sonra baş verir. Öz seçim və ixtiyarı ilə küfr edən və yer üzünün ən pak insanları ilə birlikdə olmağı əldən verən şəxslər şeytani vəsəvəsələrə giriftar olmağa layiqdirlər. Bu İlahinin onlara elə bu dünyada olan cəza növüdür.
 “ألم تر أنّا أرسلنا الشیاطین علی الکافرین تؤزّهم أزّا”[127]
(Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?).
  
 
Əsas sözlər
(mündəricat):
Yaradılışdan məqsəd
Yaradılışın sirri
Yaradılışın məqsədi
İnsanın yaranmasından məqsəd
Elm və mərifət
Sınaq və imtahan
İbadət
İlahi rəhmət
Həyatın məqsədi
Nihilizm
Məqsədyönlülük fəlsəfəsi
Hedonizm
Personalizm
Utilitarizm
Humanizm
Allahdan qaçmanın müqəddəsləşdirilməsinin məğlubiyyətə uğraması
Dəyərlərin inkarı
Nihilizm və naümidsizlik
İnsanın yeni əsarəti
Naturalizm
Elmpərəstlik
Yaradılışın səbəbi
Yaradılış və “لولاک”  hədisi
Fatimə (salam olsun ona) -nin məqamı
Kamal və yaradılış
Behiştin darıxıdırıcı olmaması
Məcburi yaşayış
Ümidin əhəmiyyəti
İnstinktin fəlsəfəsi
Cəhənnəmin yaranması
Cəhənnəmdəkilərin yaradılşı
Yaradılışın necə olması
Yaradılışıdan öncə
Dünyanın yaradılışı
Yaradılış və təbii qanunlar
Yaradılş dövrləri
Altı dövr
Təkamül nəzəriyyəsi
Biologiya
Elmin fəlsəfəsi
Din
İlkin insanlar
Embriologiya
Sperma
Laxtalanmış qan və ya hələ laxtalanmış qan formasına düşməmiş rüşeym
Bir parça ət
Ruhun yaradılması
Metempsixoz
Mulki metempsixoz
Mələkuti metempsixoz
Zərr aləmi
Sonrakıların yaradılması
Fərqlər
Fərqlərin sirri
Bacarıqların fərqi
Peyğəmbərlərin yaradılışı
Mələklərin yaradılışı
Cinin yaradılışı
Şeytanın yaradılışı
 
  
İstifadə edilmiş ədəbiyyat
1.           “Qurani məcid”, ustad Məhəmməd Mehdi Foladvəndin tərcüməsi.
2.           Məhəmməd Təqi Cəfəri, “insan və yaradılış”, Tehran, Əllamə Cəfərinin əsərlərinin nəşr edilmə müəssisəsi.
3.           Məhəmməd Təqi Misbah Yəzdi, “fəlsəfənin təhsili”, Tehran, Əlhuda.
4.           Seyyid Məhəmməd  Hüseyn Təbatəbai və Murtəza Mutəhhəri, “fəlsəfənin əsasları və realizm metodu”, Tehran, Sədra.
5.           Məhəmməd ibn İbrahim Kuleyni, “Üsuli kafi”, Əli Əkbər Ğəffarinin düzəlişi ilə, “Darul- kutubul islamiyyə”, Tehran, 1971.
6.           Məhəmməd ibn İbrahim Sədrəddin Şirazi. “Ələsfarul ərbəə”. Qum. Mustəfəvi nəşrləri
7.           Əbdurrəhman Məhəmməd Ərrifai, “Əlcin beynəl- işaratul quraniyyə və elmul fiziya”, məktəbuhu mərbusis- səğir. İlkin çap, 1997.
8.           Əbdüləmr Əli Muhənna, “Əlcinn filquran və sünnə”, mətbuat üçün elmi müəssisə, Beyrut, 1992.
9.           Vəlizar bin Şahzaləddin, “əlcinn filkitab vəlsünnə”, darul- bəşairul islamiyyə, Beyrut, 1996.
10.      Əttəntavil Covhəri, “əlcəvaher fi təfsiril- quranil kərim”, elm kitab evi
11.      Məhəmməd Əssadeqi, “əlfurqan fittəfsirul quran bilquran vəlsünnə”, Qum, daruttəfsir.
12.      Rağeb İsfahani, “Əlmufrədat fi ğəraibul- quran”, Murtəzəvi, 1983.
13.      Seyyid Məhəmməd Hüseyn Təbatəbai, “Əlmizan fi təfsirul- quran”, Beyrut, mətbuat üçün elmi müəssisə.
14.      Seyyid Məhəmməd Hüseyn Təbatəbai, “insan başlanğıcdan praktikaya qədər” (Sadeq Laricaninin tərcümə və əlavələri), Tehran, Hikmət.
15.      Nəsri, Əbdullah, “insan islam baxışında”, Tehran, Simət.
16.      Məhmud Rəcəbi, “antropologiya”, Qum. Universitet və mədrəsə araşdırma mərkəzi
17.      Toni Devis, “humanizm”
18.      Həsən Yusifi Əşkvəri, “insan xilqəti nağılının yenidən oxunması”
19.      Məhəmməd Baqer Məclisi, “bəharul- ənvar”, Tehran, İslamiyyə kitab evi.
20.      Seyyid Məhəmməd Hüsyen Təbatəbai, “bidayətul- hikmət”, Qum, Islam nəşriyyatı
21.      Həmidrza Şakerin, “Allahın vücudunun isbat edilməsinin sübutları” (Con Haspersin şübhələrinə cavab)
22.      Seyyid Məhəmməd Murtəza Hüseyni Zubeydi, “tacul- ərus”, Beyrut. Darul- hidayət
23.      Məhəmməd Təqi Cəfəri, Məsnəvinin təhlili, Qum. İslam təbliğat idarəsinin nəşriyyatı
24.      Nasirəddin ibn Səid Əbdullah ibn Ömər ibn Məhəmməd, “Təfsirul- bəyzavi”, elm kitab evi.
25.      Əli ibn İbrahim Əlqumi, “Quminin təfsiri”, Qum. Kitab evi
26.      Əbdullah Cəvadi Amoli, “qurani kərimin mövzu üzrə təfsiri”, Qum. Əsra. 1997
27.      Məkarem Şirazi, Naser və s... “təfsire nümunə ”, Tehran, İslam kitab evi, 1995.
28.      Məhəmməd Təqi Cəfəri, “təfsir və tənqid” (Piter Alston, Milton Beyker)
29.      Əbdullah Nəsri, “düşüncələr axtarışında” (Məhəmməd Təqi Cəfərinin düşüncələri, əsərləri və həyatı), Tehran, İslami düşüncə və mədəniyyət araşdırma mərkəzi 1997.
30.      Əli Meşkini Ərdəbili, “quran baxımından təkamül”.
31.      “Quranda təkamül”, Əli Meşkini, Tehran, nəşre fərhəng idarəsi.
32.      Maurice Bucaille, “Tövrat, İncil, Quran və elm”, Zəbihullah Dəbirin tərcüməsi, Tehran, Islam mədəniyyət nəşrinin idarəsi
33.      Əlirza Ricali, “cin və şeytan”, Tehran, Nubuğ nəşri.
34.      Məhəmməd Həsən, Qədrdan Qəramləki, “niyə cəhənnəm”. Qum. Kitab bostanı, 2004.
35.      Hikmət çılçırağı (naməlum)
36.      Əmir Dəvani, “əbədi həyat”
37.      “Allah quranda”, Tehran. Müasir düşüncə və elmi mədəni müəssisə
38.      Məhəmməd Həsən Qədrdan Qəramələki, “Allah və şər məsələsi”, Qum. İslam təbliğatı idarəsi
39.      Əbi Cəfər Səduq, “Xisal”, Əli Əkbər Ğəffarinin araşdırması, İslam nəşriyyatı
40.      Məhəmməd Əlilbar, “xələqul insan beynət-tibb vəlquran”, Əlminar müəssisəsinin nəşri.
41.      Yədullah Subhani, “insanın xilqəti”, Tehran, nəşriyyat səhami şirkəti, 1996.
42.      Məhəmməd Təqi Misbah Yəzdi, “Quran nəzərindən insanın xilqəti (Allahşünaslıq, insanşünaslıq və dünyaşüanslıq)”, Qum, İmam Xomeyni adına araşdırma və təhsil müəssisəsi.
43.      Cəfər Sübhani, “darvinizm və ya növlərin təkamülü”, Qum. Tövhid nəşriyyatı.
44.      Həmidrza Şakerin və Məhəmmədrza Kaşefi, “dinşünaslıq, dinlər və məzhəblər”, Qum. Maarif nəşri.
45.      Məhəmməd Leqenhavzen, “din və yeni mənzərələr”, Ğulamhüseyn Təvəkkolinin tərcüməsi
46.      Əbbas Yəzdani, “əbədilik sirri”
47.      Məhəmməd Təqi Cəfəri, “ideal həyat və həyat idealı”, Tehran, Əllamə Cəfərinin əsərlərinin tənzimlənmə müəssisəsi
48.      Məhəmməd Saleh Mazandarani, “Üsuli kafinin şərhi”.
49.      Murtəza Mutəhərri, “İlahi ədalət”, Tehran, Sədra, 1995.
50.      Ayətullah Cavad Amoli, “irfan və qəhrəmanlıq”, Qum, İsra.
51.      Əyan Barbor, “elm və din”, Bəhaəddin Xurrəmşahinin tərcüməsi, Tehran, universitet nəşrinin mərkəzi.
52.      Fərid Vəcdi, “Əla itlalul- məzhəbul maddi”, Misir, Darulelm.
53.      Kerson Andre, “böyük filosoflar”, Kazim imadinin tərcüməsi
54.      Əbdullah Nəsri, “yaradılış fəlsəfəsi”, Qum, maarif nəşri.
55.      “Əxlaq fəlsəfəsi”, Əbülqasim Purhüseyninin tərcüməsi
56.      Əbdullah Nəsri, “İnsanın yaradılış fəlsəfəsi”, Tehran, müasir düşüncə və elmi mədəni müəssisə
57.      Məhəmməd Təqi Cəfəri, “həyatın məqsədi və fəlsəfəsi”, Əllamə Cəfərinin əsərlərinin nəşr və tərtib müəssisəsi
58.      Seyyid Qütb, “fizulalul- quran”, Tehran, Ehsan
59.      Naser Məkarim Şirazi, “filosof görsənənlər”, Tehran, İslami nəşriyyatı
60.      Seyyid Əliəkbər Qureyşi, “Quran lüğəti”, Tehran, İslamiyyə kitab evi
61.      Məhdi Bazerqan, “Quran, təbiət və təkamül”.
62.      Xəlil ibn Əhməd Əlfərahedi, “eyn kitabı”, (əlifba hərfləri sırası ilə), Beyrut, elmiyyə kitab evi.
63.      Məhəmməd Həsən Qədrdan Qəramulki, “fəlsəfi kəlam”, Qum, Vüsuq, birinci çap.
64.      Əbifəzl Cəmaləddin ibn Mənzuril Afriqi Misri, “ərəbin dili”, Beyrut, ərəb irsinin dirçəlidlməsi evi.
65.      Anri Tomas, “fəlsəfədə əbədi macəralar”, Əhəd Şəhsanın tərcüməsi, Tehran, Qeqnus nəşri
66.      Əbdullah Nəsri, “quranda insanşünaslığın əsasları”, Tehran, müasir düşüncə və elmi mədəni müəssisəsi.
67.      Ayətullah Cəvad Amoli, “başlanğıc və son”, Qum, İsra.
68.      Cəlaləddin Məhəmməd Mövləvi, “Məsnəvi və mənəvi”, Renald Alen Nikelsonun təşəbbüsü, Tehran, Mövla nəşriyyatı, 1981.
69.      Murtəza Mutəhhəri, əsərləin məcmuəsi, Tehran Sədra.
70.      Şeyx Əli Nəmazi, “mustədərkul səfinətul bəhar”.
71.      Murtəza Mutəhhəri, “Məad”, Tehran, Sədra.
72.      Məhəmməd Həsən Qədrdan Qəramələki, “Məadşünaslıq”
73.      Həmidrza Şakerin, “Məadşünaslıq”, Tehran, cəvan düşüncəsi kanonu
74.      Məhəmməd Təqi Misbah Yəzdi, “Quran maarifi”, Qum, imam Xomeyninin araşdırma təlim müəssisəsi 1999.
75.      Babək Əhmədi, “müasir müəmma”, Tehran, mərkəz nəşri.
76.      Mutəhhəri, Murtəza, fəlsəfi məqalələr, “materalizmə meylin səbəbləri”, Tehran Sədra.
77.      Cəfər Sübhani, “Mənşure cavid”, Qum, İmam Sadiq mədrəsəsi
78.      Əhəd Fəramərz Qəramələki, “insan xilqətində din və elmin yeri”, Araye nəşri
79.      Məhəmməd Məhəmmədi Reyşəhri, “mizanul- hikmət”, Həmidrza Şeyxinin tərcüməsi, Qum, hədis evi, 1998
80.      Nəhcül- bəlağə, xütbə 192
81.      Məhəmməd ibn Həsən Hürrül- Amoli, “vəsailuş- şiə”, Qum, irsi canlandırmaq üçün ələlbeyt müəssisəsi, 1414
82.      Murtəza Mutəhhəri, “həyatın məqsədi”, Tehran, Sədra
83.      Murtəza Mutəhhəri, “yaddaştlar”, Tehran, Sədra
Jurnallar
84.      Məsud İmami, “embrioma ruhun üfürülmə zamanı (məqalə) fiqh (islam fiqhində yeni araşdırma), şöbə 49, payız 2006”
85.      İslam əqidəsi jurnalı, 15-18 №
Latın mənbələri
See: Jhon C.Luick, Humanism, Routledge Enyclopedia Of Philosophy
Nihilism. Vol, 4, P.52  q, 1998.
 
 
 
 
Məsləhət və cavab idarəsi tərəfindən çap edilən digər məhsullar ilə tanışlıq
№ Mövzu Qiymət 1. Birinci ofis Allahşünaslıq 1400 tümən 2. İkinci ofis Teologiya 1000 tümən 3. Üçüncü ofis Rəhbərşünaslıq 1000 tümən 4. Dördüncü ofis İmamşünasıq 700 tümən 5. Beşinci ofis Quranşünaslıq 1600 tümən 6. Altıncı ofis Dinşünaslıq Çap halındadır 7. Yeddinci ofis Seçilmiş sual və cavablar 3500 tümən 8. Səkkizinci ofis Dini hakimiyyət 1400 tümən 9. Doqquzuncu ofis Mübarək ramazan ayına məxsus 2700 tümən 10.  Onuncu ofis Xumsun hökmləri 1000 tümən 11. On birinci ofis İrfan və sufilik 2500 tümən 12. On ikinci ofis İmam Zaman (s) Çap halındadır 13. On üçüncü ofis Məhərrəm ayına məxsus 2800 tümən 14. On dördüncü ofis Şəfaət və təvəssül 600 tümən 15. On beşinci ofis Din və siyasət 2500 tümən 16. On altıncı ofis Tələbəlik dissertasiya 3200 tümən 17. On yeddinci ofis Orucun hökmləri 1000 tümən 18. On səkkizinci ofis Baxış və örtük hökmləri 1200 tümən 19. On doqquzuncu ofis Təqlid və yetkinlik hökmləri 800 tümən 20. İyirminci ofis Tövsiyələr, suallar və cavablar 1500 tümən 21. İyirmi birinci ofis Evlilik hökmləri 1200 tümən 22. İyirmi ikinci ofis Musiqinin hökmləri 900 tümən 23. İyirmi üçüncü ofis Rəhbəri seçən iclas 800 tümən 24. İyirmi dördüncü ofis Daha əzəmətli peyğəmbər (tarix və həyatı) 2000 tümən 25. İyirmi beşinci ofis Oğlan və qız münasibətləri 1300 tümən 26. İyirmi altıncı ofis Yaradılış sirri 1000 tümən  
 
 
MÜNDƏRİCAT
  TOC \o "1-3" \h \z \u İlkin insanlar. PAGEREF _Toc358925255 \h 4
Sual 19: İslam və İlahi dinlərə görə yer üzərindəki insanlar Adəm və Həvvanın övladlarıdır. Halbuki aparılan araşdırmalara görə elmi baxımdan Kromanyon və Neandertal adlanan söhbət etməyi bacarmayan və əyilmiş halda hərəkət edən insanlar mövcud olmuşdur. Bu paradoksa necə cavab verə bilərsiniz?. PAGEREF _Toc358925256 \h 4
Embriologiya: PAGEREF _Toc358925257 \h 8
Sual 20: İnsan rüşeyminin yaranma mərhələləri və necəliyi barəsində quranın nəzəri nədir və yeni elmlərlə hansı əlaqəsi vardır?. PAGEREF _Toc358925258 \h 8
Ruhun yaradılması PAGEREF _Toc358925259 \h 30
Sual 21: Ruha necə məna verirsiniz? Ruh və bədən üçün ayrı və bir- birindən müstəqil olan yaradılış nəzərədə tutmaq olarmı? Hüceyrənin diri qalması məsələsini necə izah edə bilərsiniz?  PAGEREF _Toc358925260 \h 30
Reinkarnasiyanın uydurma olması PAGEREF _Toc358925261 \h 33
Sual 22: Görəsən bizim ruhumuz bundan öncə digər bədənlərdə olmuş və indi isə bizim mövcud bədənəmizə transfer olmuşdur? Ağıl və din baxımından metempsixoz və ya reankarnasiyanın mövqeyi nədir?. PAGEREF _Toc358925262 \h 33
“Zərr” aləmi: PAGEREF _Toc358925263 \h 41
Sual 23: Görəsən biz əvvəllər “zərr” aləmində olmuşuqmu? “Zərr” aləmi nədir və necədir?  PAGEREF _Toc358925264 \h 41
Sonrakıların yaradılması PAGEREF _Toc358925265 \h 48
Sual 24: Görəsən insanın yaranmasından sonra Allah digər bir mövcud yaradacaqmı?  PAGEREF _Toc358925266 \h 48
Fərqlər. PAGEREF _Toc358925267 \h 50
Fərqliliyin sirri PAGEREF _Toc358925268 \h 50
Sual 25: Əgər Allahtaala ədalət sahibidirsə, bütün bu imtiyaz və ayrıseçkiliyin sirri nədir? Niyə birini kişi digərini isə qadın, birini kor, kar və lal yaratdığı halda digərini sağlam yaradır? Niyə hamını eyni formada və eyni görünüşdə yaratmadı?  PAGEREF _Toc358925269 \h 50
Tutum və qabiliyyətin təfavütü.. PAGEREF _Toc358925270 \h 57
Sual 26: Adətən deyilir ki, mövcudatın fərqli olması onların zatından və ya onların zati qabiliyyətindən yaranır. Qabiliyyətləri Allah vermişdirsə, elə isə niyə hamıya bərabər verməmişdir?  PAGEREF _Toc358925271 \h 57
Peyğəmbərlərin yaradılması PAGEREF _Toc358925272 \h 63
Sual 27: Quran deyir: “Allahtaala Adəm və Nuh və İbrahim övladları və İmran övladlarını dünyadakılardan üstün etdi”. Əgər Allahtaala onları yaradarkən imtiyaz sahibi etmişdirsə, bu imtiyaz, ayrıseçkilik hesab edilmir?. PAGEREF _Toc358925273 \h 63
Mələklərin yaranışı PAGEREF _Toc358925274 \h 67
Sual 28: Mələklər niyə yaradılmışlar? Pənah aparırıq Allaha, məgər Allahın köməyə ehtiyacımı var?  PAGEREF _Toc358925275 \h 67
Cinin yaranışı: PAGEREF _Toc358925276 \h 70
Sual 29: Cin nədir? Niyə yaranmış və insan həyatına hansı təsiri göstərir?  PAGEREF _Toc358925277 \h 70
Cin nədir?. PAGEREF _Toc358925278 \h 70
Şeytanın yaranışı: PAGEREF _Toc358925279 \h 75
Sual 30: Allah şeytanı niyə yaratdı və ona insanları yoldan çıxartmağa möhlət verdi?  PAGEREF _Toc358925280 \h 75
Əsas sözlər. PAGEREF _Toc358925281 \h 91
İstifadə edilmiş ədəbiyyat PAGEREF _Toc358925282 \h 94
Jurnallar. PAGEREF _Toc358925283 \h 102
Məsləhət və cavab idarəsi tərəfindən çap edilən digər məhsullar ilə tanışlıq  PAGEREF _Toc358925284 \h 103
 
 
 

[1] - «Xisal», cild 2, s. 450 və habelə “bəharul- ənvar”, cild 63, s. 82-83
[2] - “Mənşure Cavid”, Cəfər Subhani, cild 4, s. 94, “Qamuse Quran ”, seyyid Əliəkbər Qureyşi, cild 1, s. 49-50
[3] - Baxın:
a) “İnsan xilqəti nağılının yenidən oxunması”, Həsən Yusifi Əşkuri
b) “İnsan və yaradılış”, əllamə Məhəmməd Təqi Cəfəri
c) “Quran maarifi”, cild 1-3, əllamə Məhəmməd Təqi Misbah Yəzdi
d) “Quranda insanşünaslığın əsasları”, Əbdullah Nəsir
e) “Quran, təbiət və təkamül”, Mehdi Bazərqan
g) “İnsan xilqəti”, Yədullah Səhabi
h) “Darvinizm və ya növlərin təkamülü”, Cəfər Subhani
f) “Quranda təkamül”, Əli Meşkini
q) “İnsan xilqətində din və elmin yeri”, Əhəd Fəramərz Qəramələki
[4] - “Dəhr” surəsi (76) ayə 2
[5] - “Səcdə” (32) ayə 8-9
[6] - “Ələq” (96) ayə 2
[7] - “Mominun” (23) ayə 67
[8] - “Qiyamət” (75) ayə 36-38
[9] - “Həcc” (22) ayə 5
[10] - “Mominun” (23) ayə 12-14
[11] - İbn Mənzur, “Lisanul- ərəb”,   النطفة و النطفة : القلیل من الماء... و به سمی المنی نطفه لقلّته   
[12] - “Qiyamət” (75) ayə 37
[13] - “Tacul- ərus”, 6
[14] - Hücurat (49) ayə 13
[15] - " خلق الانسان بین الطلب و القران "  - dan götürülmüşdür. Əlbar, Məhəmməd Əli, s. 194
[16] - Bucaille Maurice, Tövrat, İncil, Quran və elm, Dəbir, Zəbihullahın tərcüməsi, s. 270-271
[17] - Həmin, s. 272-273
[18] - Hücurat (49), ayə 13
[19] - Təbatəbai, seyyid Məhəmməd Hüseyn, “Əlmizan fitəfsiril- quran”, 20
[20] - Həcc surəsinin 5- ci ayəsi, Ğafir surəsinin 67- ci ayəsi və Qiyamət surəsinin 38 – ci ayəsi
[21] - İbn Mənzur, “Lisanul- ərəb”, 10261- 267
[22] - Əlfərahidi, Xəlil ibn Əhməd, “tərtibu kitabul- əyn”, 1296-2
[23] - Əssadeqi, Məhəmməd, “Əlfurqan fitəfsiril quran bilquran vəssünnə”, 30-313
[24] - Həcc surəsinin 5- ci, Mominun surəsinin 14- cü və Qiyamət surəsinin 38- ci ayəsi kimi
[25] - Mursəlat (77) ayə 20
[26] - Səcdə (32) ayə 8
[27] - Tariq (86) ayə 6
[28] - Əlfərahidi, Xəlil ibn Əhməd, “Kitabul- əynin tərtibi”, 1269-2
[29] -
الصحاح.... و العلق الدم الغلیظ ، و القطعه منه العلقه. و العلقه دوده من الماء تمص الدم
[30] - İbn Mənzur “Lisanul- ərəb”, 267-10
[31] - 22:5
[32] - (40:67)
[33] -
(...ثم من علقه) ای دم جامد غلیظ. الجواهر فی تفسیر القران الکریم، الطنطاوی الجوهری؟ 4-6
[34] -
الطباطبائی، محمد حسین، المیزان فی التفسیر القران، قوله تعالی: "یا ایها الناس..." و العلقه النطفه من الدم الجامد. 344-14
[35] - “Ey insanlar, əgər qiyamətə şübhəniz varsa, bu məsələyə diqqət edin ki, biz sizi torpaqdan yaratdıq, sonra spermadan və sonra laxtalanmış qandan...”, Təfsire numunə, 14-18, yenə həmin s. 207
[36] - Əşşirazi, Nasirəddin ibn Səid Əbdullah ibn Əmr ibn Məhəmməd, “Əlbeyzavi təfsiri”, “ثم خلقنا النطفه علقه” بان احلنا النطفه البیضاء علقه حمراء: 100-2
[37] - Maurice Bucaille, “Tövrat, İncil, Quran və elm”, Dəbir tərcüməsi, Zəbihullah, s. 273
[38] - “Mulk” (67), ayə 14
[39] - “Ələq” (96), ayə 2
[40] - Baxın: “Həcc” surəsinin 5- ci ayəsi, “Mominun” surəsinin 14- cü ayəsi, “Ğafer” surəsinin 67- ci ayəsi, “Qiyamət” surəsinin 37-38- ci ayəsi
[41] - Əlbar, Məhəmməd Əli, “İnsanın yaranması tibb və quran baxımından”, s. 203
[42] - Bokay və Əlbarın hər ikisinə görə “ələq” və “ələqə”  eyni mənanı verirlər. Amma bu iki sözün mənaları fərqli olduğu təqdirdə, məsələnin digər bir çıxış yolu lazımdır.
[43] - Həmin mənbə, s. 204
[44] - Həmin yer
[45] -
المضغه: النطفة التبی تمضع من لحم و غیره، المنجد: 765
[46] - Əssadeqi, Məhəmməd, “Əlfurqan fi təfsirul- quran, bilquran vəssünnə”, 17, 18/189
[47] - “Təfsirul- beyzavi”, 2/100
[48] - Seyyid Qutb, “fi zilalul - quran”, 5/581
[49] - Həmin, 6/16
[50] - Baxın: “İnsanın yaranması tibb və quran baxımından”, s. 369-370
[51] - Həmin mənbə
[52] - “Sad” (38), ayə  71-72
[53] - Daha çox məlumat üçün baxın:
a) Məsud İmami, “embrioma ruhun üfürülmə zamanı”, (məqalə) fiqh (İslam fiqhinə yeni baxış), (fəslnamə), № 49, payız 2006
b) “Əbədi həyat”, Əmir Divani
c) “Quran maarifi”, ayətullah Misbah Yəzdi, cild 1-3
d) “Əbədiliyin sirri”, Əbbas Yəzdani
[54] - Məhəmməd ibn İbrahim Sədrəddin Şirazi, “Ələsfarul- ərbə”, cild 9, s. 1-4
[55] - Baxın: “Bəharul- ənvar”, cild 10, imam Sadiqin dinsizlərə qarşı sübut gətirmə fəsli, s. 176
[56] - “Əraf” (7), ayə 172
[57] - “Üsule kafi”, cild 3, “kitabul- iman vəlkufr, babe qətrətul xəlq ələttovhid” cild 4, s. 20, seyyid Cəvad Mustəfanın tərcüməsi
[58] - “Əlmizan”, cild 8, s. 320- 333
[59] - “Rum”, (30), ayə 30
[60] - Daha çox məlumat üçün baxın: Məhəmməd Həsən Qədrdan Qəramələki, “fəlsəfi kəlam”, s. 73-95, Qum, ilk çap, 2004
[61] - Seyyid Məhəmməd Hüseyni Behişti, “Allah quranda”, s. 53, Tehran.
[62] - Daha çox məlumat üçün müraciət edin:
a) “fəlsəfənin əsasları və realizm metodu”, cild 3, doqquzuncu məqalə, şəhid Mutəhhəri və Əllamə Təbatəbai
b) “Fəlsəfənin öyrənilməsi”, cild 2, ayətullah Misbah Yəzdi
c) Con Haspersin şübhələrinə cavab verərkən İlahinin mövcudluğunun isbat yolları, Həmidrza Şakerin, s. 162-164 (Tehran, müasir düşüncə və elmi mədəniyyət müəssisəsi, ilk çap, 2006)
[63] - “Bəqərə” (2), ayə 155
[64] - “Nur” (24), ayə 61
[65] - Daha çox məlumat üçün baxın:
a) Şəhid Mutəhhəri, “İlahi ədalət”, “fərqliliklərin sirri mövzusu”, (Tehran, Sədra)
b) Məhəmməd Həsən Qədrdan Qəramələki, “Allah və şər məsələsi”, (Qum, islam yayım mərkəzi)
[66] - “Ali İmran” (3), ayə 33
[67] - Baxın: “Ənbiya”, (21), ayə 87
[68]-  “Haqqə” (69), 44- 47- ci ayələr
[69] - “Ta ha” (20), 1-2 ci ayələr
[70] - “Ənam” (6), ayə 124
[71] - Baxın : “Bəqərə” (2), ayə 97
[72] - Baxın: “Naziat” (46), ayə 5
[73] - Baxın: “Səcdə” (32), ayə 11
[74] - Baxın: “Zumər” (38), ayə 68
[75] - “Ərrəhman” (55), ayə 39; “Hicr” (15), ayə 27
[76] - “Hicr” (15), ayə 27; “Ərrəhman” (55), ayə 15
[77] - “Cin” (72), 11, 14 və 15- ci ayələr, “Əhqaf” (46), ayə 31
[78] - “Cin” (72), ayə 6
[79] - “Əhqaf” (46), ayə 18
[80] - Baxın: “Əlmizan”, əllamə seyyid Məhəmməd Hüseyn Təbatəbai, İsmailiyan mətbuat müəssiəsi, beşinci çap 1992, cild 20, s. 41
[81] - “Nəml” (27), ayə 38- 39
[82] - Baxın: “Nəml” (27), 17-39- cu ayələr; “Səba” (34), ayə 12-14; “Ənbiya” (21), ayə 82
[83] - Baxın: Misbah Yəzdi, Məhəmməd Təqi, “Quran maarifi”, İmam Xomeyni adına təlim və araşdırma müəssisəsi, Qum, ikinci çap, 1999, s. 312-313.
[84] - “Cin” (72), ayə 1; “Əhqaf” (46), ayə 32-39
[85] - “Zariyat” (51), ayə 51
[86] - “Cin” (72), ayə 6
[87] - Daha çox məlumat üçün baxın:
a) “Əlcinn filkitab vəlsünnə”, Edad Vəlizar ibn Şahzaləddin, “darul- bəşairul- islamiyyə”, Beyrut, birinci çap, 1996, s. 88-94 və digər kitablar cinin mahiyyəti və xüsusiyyətləri haqqındadır
b) “Əlcinn filquran vəlsunnə”, Əbdul- əmir Əli Muhənna, mətbuat üçün elmi müəssisə, Beyrut, birinci çap, 1992, s. 31-33, digər mövzuları da oxumağa dəyər.
c) “Əlcinn beynəl- işaratul quraniyyə və elmul- fiziya”, Əbdurrəhman Məhəmməd Rifai, birinci çap, 1997
d) “Cin və şeytan”, Əlirza Ricali Tehran, Nubuğ nəşriyyatı (fars dilində mənbə)
e) Cin barəsində bilməlilər, əbu Əli Xuda Kərəmi, s. 41- 189
[88] - “Məryəm” (19), ayə 83
[89] - “Nəhl” (16), ayə 100
[90] - “Hicr” (15), ayə 42
[91] - “Zariyat” (51), ayə 51-56
[92] - “Ənbiya”  (26), ayə 21-27
[93] - “İnsan” (76), ayə 3
[94] - “İnsan” (76), ayə 2
[95] - Habelə müraciət edə bilərsiniz: “Məhəmməd” (31), ayə 47; “Ənbiya” (35), ayə 21; “Bəqərə” (155), ayə 2; “Kəhf” (7), ayə 18; “Ənam” (165), ayə 6, “Hud” (7), ayə 11; “Mulk” (2), ayə 67; “Fəcr” (15), ayə 89 və s.
[96] - “Mominun” (23), ayə 114
[97] - “Rum” (30), ayə
[98]-  “Yunis” (10), ayə 35
[99] - “Şəms” (91), ayə 7
[100] - “Hucurat” (49), ayə 7
[101] - “Mominun” (40), ayə 56, Əlmizandan istifadə etməklə, cild 12, s. 159
[102] - “İbrahim” (14), ayə 12
[103] - “Səba” (34), ayə 21
[104] - “نفخت فیه من روحی”, “Sad” (38), ayə 72
[105] - “İnşiqaq” (84), ayə 6
[106] - “Yusif” (12), ayə 54
[107] - “Səcdə” (32), ayə 31
[108] - “Kəhf” (18), ayə 50
[109] - “Zariyat” (51), ayə 51-56
[110] - “Nəhcul- bəlağə”, xütbə 192
[111] - “Səcdə” (32), ayə 5
[112] -  "قال أنا خیر منه خلقتنی من نار و خلقته من طین"“Sad” (38), ayə 76
[113] - “Əlmizan”, cild 8, s. 61, Təfsire Qumidə imam Sadiqdən (Allahın salamı olsun ona) rəvayət edilmişdir
[114] - “Əraf” (7), ayə 16 və 17; “Hicr” (15), ayə 40
[115] - “Əraf” (7), ayə 18
[116] - “İsra” (17), ayə 67
[117] - “Nəhl” (16), ayə 100
[118] - “Həcc” (22), ayə 3
[119] - “Sad” (38), ayə 84 və “Hicr” (15), ayə 39
[120] - “Hicr” (15), ayə 42
[121] - “Bəqərə” (2), ayə 272
[122] - “Hicr” (15), ayə 39
[123] - “Həşr” (59), ayə 16
[124] - “İbrahim” (27), ayə 14 və 28
[125] - “Nisa” (4), ayə 76
[126] - “Nisa” (4), ayə 28
[127] - “Məryəm” (19), ayə 83

 

 

 

YARADILIŞIN SİRRİ - 1



نظر شما راجع به اين مقاله

 

 نظر سنجي: عالي خوب متوسط  ضعيف  

     نظر متني:
    
نام/نشاني ايميل :
     متن :
              
                                                                         
               

     ارسال براي دوستان :
     نام شما:    نشاني ايميل:  
   
      

 



ويژه


انتشار اينترنتي مطالب يا چاپ در نشريات دانشجويي با ذکر منبع موجب امتنان است

نقل مطالب در ديگر نشريات با اطلاع ين مجموعه و ذکر منبع بلامانع است

بري چاپ در کتب، کسب اجازه کتبي الزامي است

اداره مشاوره و پاسخ نهاد نمایندگی مقام معظم رهبری در دانشگاه ها