خانه> کتاب >1088


149

اول و پانزدهم هر ماه مهمان شماييم

 

بنام خدا - نسخه سوم نرم افزار پرسمان ويژه اندروید آماده شد

منو

بايگاني موضوعي
بايگاني شماره اي
گفتگوي زنده
عضويت
پرسش و پاسخ
پيگيري پاسخ
پاسخ سوالات غيرخصوصي
طرح سوال و ارتباط با ما

احكام نماز و روزه دانشجوي مسافر


جستجو



 

بورس مقالات

ابراز محبت دختر به...
درمان خود ارضايي ب...
پيامدهاي خودارضايي...
قرص شب امتحان (تار...
نظرات مقاله «پيامد...
احضار روح با نعلبك...
هولوكاست چيست؟
همجنسگرايي، علل و ...
گناهان كبيره
رابطه دختر و پسر
چشم چراني، آثار و ...
چگونه از ياران اما...
عجم، دشمن اهل بيت؟...
تقويت اراده در انج...
علامت قبولي توبه
ماجراي دختران و پس...
شيوه هاي همسريابي
اخلاق پيامبر (4) -...
نقش قرآن در زندگي ...
احكام نماز و روزه ...
شوخي هاي پيامبر
چه كنم گناه نكنم؟!
چگونه با تقوي شوم
همه شرايط وضو
گرايش دختران آمريك...
اثر بيدار ماندن بي...
چرا فقط بي حجابي! ...
جلسه خواستگاري
...

اگه روسري خود را ب...
ايميل هايي از شيطا...
جايگاه و ارزش نماز...
چرا جنگ را ادامه د...
دفتر 30 پرسش ها و ...
اخلاق پيامبر(2)- م...
موي بلند و وضو
خاطره اي جالب از ز...
اخلاق پيامبر - توص...
امام خميني(ره) و غ...
تا باشگاه هسته اي
مصحف فاطمه (س)

آمار سایت


تعداد مقالات:
1996

بازدید مقالات:
6100325

بازدید سوالات:
2557939



YARADILIŞIN SİRRİ - 1 بازديد: 2065

  نظر بدهيد  /   راي بدهيد  /   ارسال به دوستان  /   طرح سوال


 
YARADILIŞIN SİRRİ

 
Tələbələrə aid sual və cavablar

 
 
  
Həmidrza Şakerin və bir qrup tədqiqatçının əməkdaşlığı ilə
  
Mütərcim:
Ələddin Məlikov
 
 Bağışlayan və
mehriban
Allahın
adı ilə
 
 
 
Suallar və cavablar- iyirmi altıncı cild
  
Yaradılışın sirri
 
Həmidrza Şakerin
(bir qrup tədqiqatçının əməkdaşlığı ilə)
 
 Universitetlərdə rəhbərin nümayəndəliyi qurumu
- təlim və təbliğat müavinliyi- məsləhət və cavab idarəsi
 
 Müəllif: Şakerin, Həmidrza, 1338 (1959)
Mövzu və müəllifin adı: Yaradılışın sirri, Həmidrza Şakerin (bir qrup tədqiqatçının əməkdaşlığı ilə); tənzimləmə və nəzarət: Universitetlərdə rəhbərin nümayəndəliyi qurumu- təlim və təbliğat müavinliyi- məsləhət və cavab idarəsi
Nəşrin müəyyənlikləri: Qum: Universitetlərdə rəhbərin nümayəndəliyi qurumu, Maarif üzrə yayım ofisi, 2007.
Zahiri müəyyənliklər: 128 səhifə
Təsvir: Tələbələrə aid sual və cavablar: iyirmi altıncı ofis; (kəlam və dini araşdırma :9)
ISBN: 13000 rial, 987-964-531-109-2
Yaddaşt: Kitabnamə: s (123)- 128; habelə alt yazı formasında
Mövzu: Yaradılış- suallar və cavablar
Mövzu: İnsan- yaradılış
Mövzu: İslam- suallar və cavablar
Əlavə məlumat: Universitetlərdə rəhbərin nümayəndəliyi qurumu- təlim və təbliğat müavinliyi- məsləhət və cavab idarəsi
Konfrans təsnifatı: 2007,  BP 232/4/ Ş 2 R 2
Devey təsnifatı:  297/42
Milli kitabşünaslıq №:
 
Suallar və cavablar: iyirmi altıncı ofis- yaradılışın sirri
 
Tənzimləmə və nəzarət: Universitetlərdə rəhbərin nümayəndəliyi qurumu- təlim və təbliğat müavinliyi- məsləhət və cavab idarəsi
Müəllif: Həmidrza Şakerin (bir qrup tədqiqatçının əməkdaşlığı ilə)
Kompyuterdə yığan və səhifələyən: Taleb Bəxşayeş
Nəşr edən: Maarif üzrə yayım ofisi
Çap növbəsi: Dördüncü, yaz 2010
Tiraj: 5000 cild
Qiymət: 1300 tümən
ISBN: 987-964-531-109-2
Bütün hüquqlar nəşr edənə məxsusdur
Yayım mərkəzləri:
1.     Qum: Qurumun təbliğat və təlim müavinliyi, telefon: 2904440
2.     Qum: Şühəda prospekti, küçə 32, lövhə 3, telefon nömrəsi: 7744616
3.     Qumun 1 № satış mərkəzi: Şühəda prospekti, rəhbərliyin ofisi ilə üzbəüz, telefon: 7735451, nömrə: 7742757
4.     Tehranın 2 № satış mərkəzi: İnqilab prospekti, kollec dörd yol ayrıcı, P 791, telefon 88911212, nömrə 88809386.
İnternet ünvanı: www. nashremaaref.ir            
Elektron poçt : info@porseman.org
 
  
Mündəricat
Giriş:
Yaradılşın sirri
Sual 1: Yaranışın məqsədləri barəsində sual soruşmağın sirri və faydası nədir?
Yaranışın məqsədi
Sual 2: Quran insanın xilqətini necə qeyd etmişdir?
Yaşayışın məqsədi
Sual 3: Yaşayışın məqsədi nə deməkdir və humanitar məktəblərin bu barədə nəzəri necədir?
Sual 4: İslama görə yaşayışdan məqsəd nədir?
Nəyə görə yaradılması
Sual 5: Allah dünyanı niyə yaratdı? Allah dünyanı səxavətli olsun deyə yaratdısa, o zaman bu ehtiyac demək deyilmi?
Sual 6: Əgər Allah dünya, insan və məni yaratmasaydı nə baş verərdi?
“Yaradılış” və “لولاک” hədisi
Sual 7: Hədislərdə vardır ki, “لولاک لما خلقت الا فلاک... و لو لا فاطمة لما خلقتکما” Yəni dünya peyğəmbərə görə yaradılmışdırmı və görəsən Fatimənin (Allahın salamı olsun ona) məqamı peyğəmbərdən (Allahın salamı olsun ona və övladlarına) daha üstündürmü?
Kamal və yaradılış
Sual 8: Allah bizi kamala çatmaq üçün yaratdısa, o zaman deyin görək kamal nə üçündür? Əbədi olaraq behiştdə qalmaq usandırıcı deyilmi?
Sual 9: Əgər yaradılışdan məqsəd son kamala çatmaqdırsa, onda niyə Allahtaala bütün kamalları bir yerdə və başağrısız vermədi?
Məcburi həyat
Sual 10: Görəsən kimsənin “mən dünyaya gəlməyə razı deyildim, məcburi olaraq dünyaya gəlmişəm, etdiyim günah məni yaradanın boynundadır, deməyə haqqı varmı?”
İnstinktin fəlsəfəsi
Sual 11: Əgər insanın yaradılışından məqsəd İlahiyə yaxınlaşmaqdırsa, o zaman niyə bir sıra instinktlər onu maddiyyata tərəf sürükləyir və insanların çoxu onların qarşısında duruş gətirə bilmir?
Cəhənnəmin yaradılışı
Sual 12: Cəhənnəmin yaranma sirri nədir? İnsanın anasından da ona mehriban olan Allah, niyə bəndəsini cəhənnəmdə yandırır?
Cəhənnəm əhlinin yaradılışı
Sual 13: İnsanların əksəriyyətinin cəhənnəm əhli olduğunu nəzərə alsaq, insanın xilqəti və təklif aləmi nə üçündür?
Yaradılşın necə olması
Sual 14: Allahtaala dünyanı yaratmamışdan öncə hansı iş ilə məşğul olmuşdur?
Dünyanın yaranması
Sual 15: Dünya necə yaranmışdır? Yoxluq, yarada bilmirsə, dünya yoxluqdan necə yaranmışdır?
Yaradılış və təbii qanunlar
Sual 16: Dünya və mövcudat yaradılarkən təbii qanunlar çərçivəsində yaradılmış, yoxsa bu qanunlardan kənara çıxılmışdır?
Yaradılış dövrləri
Sual 17: Quran bəzi ayələrdə yeri iki günə və bəzi ayələrdə isə altı günə yaratdığını söyləyir, bu necə ola bilər?
Təkamül nəzəriyyəsi
Sual 18: Görəsən insan növü birdəfəlik və müstəqil bir proses olmuş yoxsa digər canlıların təkamülü nəticəsində yaranmışdır. Quran, Darvinin təkamül nəzəriyyəsini qəbul edirmi?
Əvvəlki insanlar
Sual 19: İslamın nəzərinə görə insanlar Adəm və Həvvanın övladlarıdır. Amma elmi baxımdan söhbət edə bilməyən və əyilmiş halda hərəkət edən Kromanyon və Neandertal adlı insanlar olmuşdur. Bu paradoksu necə həll etmək olar?
Embriologiya
Sual 20: Quranın, insan rüşeyminin yaradılış mərhələləri və onun necə olması barəsində nəzəri necədir və yeni elmlər ilə hansı nisbətə malikdir?
Ruhun yaradılışı
Sual 21: Ruha necə məna verirsiniz? Görəsən ruh və bədənin hər birisi üçün ayrıca yaradılış nəzərdə tutmaq olarmı?
Tənasox (metempsixoz, reinkarnasiya) nəzəriyyəsinin iflasa uğraması
Sual 22: Görəsən bizim ruhumuz əvvəlcə digər bədənlərdə mövcud olduqdan sonramı indiki bədənə daxil olmuşdur? Din və əql baxımından metempsixozu necə qiymətləndirirsiniz?
“Zərr” aləmi
Sual 23: Biz insanlar əvvəlcə zərr (insanlardan əhd- peyman alındığı dünyadan öncəki aləm ) aləmində olmuşuqmu? “Zərr” aləmi nədir və necədir?
Sonrakı yaradılış
Sual 24: Görəsən insanın yaranmasından sonra, Allahtaala yenə də digər bir mövcud yaradacaqmı?
Təfavütlər
Təfavütlərin sirri
Sual 25: Əgər Allahtaala ədalətlidirsə, bütün bu təfavüt və ayrı- seçkiliyin sirri nədir?
Bacarıqlarda olan fərq
Sual 26: Adətən deyilənlərə görə mövcudatda olan təfavüt onların mahiyyəti və ya qabiliyyətindən yaranır. Əgər qabiliyyətləri Allah vermişsə, o zaman niyə onları bərabər səviyyədə verməmişdir?
Peyğəmbərlərin yaradılışı
Sual 27: Quran deyir: “Allahtaala Adəm, Nuh, İbrahim övladları və İmran övladlarını dünyadakılardan üstün qərar verdi”.Əgər Allahtaala onları ilk yaradılış etibarı ilə üstün yaradıbsa, bu üstünlük, “ayrı- seçkilik” hesab edilmirmi?
Mələklərin yaradılışı
Sual 28: Mələklər niyə yaradılmışlar? Məgər Allahın köməyə ehtiyacı vardır? (pənah aparırıq Allaha)
Cinin yaradılışı
Sual 29: Cin nədir? Niyə yaradılıb və insan həyatına necə təsir göstərə bilər?
Şeytanın yaradılışı
Sual 30: Allah şeytanı niyə yaratdı və ona insanı azdırmağa möhlət verdi?
Əsas sözlər
İstifadə olunmuş ədəbiyyat
 
  
Giriş
İnsan yaradıldığı andan etibarən “sual soruşmaq” onda təzahür etmiş, öz yaşıl qanadı üzərində mələkləri və öz sarı yarpağı üzərində isə şeytanı əyləşdirmişdir. Onların arasında isə insanlıq məqamı yerləşmişdir. Kufə günəşi (həzrəti Əli (ə) nəzərdə tutulmuşdur- mütərcim) necə də gözəl buyurmuşdur:
“من احسن السؤال علم”    və “من علم احسن السؤال”
“Həm sual və həm də cavab elmdən qaynaqlanar
Necəki tikan və gül, su və torpaqdan yaranır”
Əlbəttə! Hər kimin sualları səmavi olarsa, cavabı elm və bilik olacaqdır. “Cəmiyyət” və “mədəniyyət”- in möhkəmlik və axtarışı obyektiv sual və ağıllı cavablar nəticəsində əldə edilir. Şübhəsiz ki, sual və sual soruşmaq, inanc və agahlıqlara çatmaq üçün bir vasitə hesab edilir. Amma bununla yanaşı bir neçə məsələni də diqqətdən qaçırtmamaq lazımdır.
Birincisi sual soruşan həqiqət və öyrənmək axtarışında olmalıdır. Cavab verən isə həmin mövzuda ixtisaslaşmış və düşüncə sahibi olmalıdır. Digəri isə bundan ibarətdir ki, bu cavabın ən mükəmməl və sonuncu cavab olmasını düşünməməliyik. Çünki bir sualın bir neçə doğru cavabı olması da mümkündür. Bəlkə də digər dəyərli müəllim, tələbə və tədqiqatçılarla əməkdaşlıq etməklə başqa tutarlı cavablar və araşdırmalar əldə etmək də mümkündür.
“Qurumun təbliğat və təlim müavinliyinin cavab və məsləhət idarəsi” sualların “rəhmət buludu” nu cavab verənin “münbit torpağ”ına uyğunlaşdırmaq və elmin yaşıl pöhrələrinin məhsuldar olması yolunda üns mərkəzidir. Biz İran İslam respublikasının alim və fəxr ediləsi cavanlarının “səbr daşı” ola bildiyimiz təqdirdə özümüz ilə fəxr edə bilərik.
Qeyd etmək lazımdır ki, dini mədəniyyətin genişləndirilməsi istiqamətində universitetlərdə rəhbərin nümayəndəliyi qurumu olan “təlim və təbliğat müavinliyinin məsləhət və cavab” idarəsi indiyə qədər dini, məsləhət, hökmlər və çoxlu mövzular üzrə tələbələrin 70 mindən çox sualını cavablandırmışdır. Həmin mövzular aşağıda qeyd edilən doqquz elmi və ixtisaslaşmış sahəni əhatə edir:
1.Quran və hədis sahəsi
2.Hökmlər sahəsi
3.Fəlsəfə və kəlam sahəsi
4.Hüquq və hökmlərin fəlsəfəsi sahəsi
5.Əxlaq və irfan sahəsi
6.Pedoqoji və psixoloji sahə
7.Siyasi düşüncə sahəsi
8.Mədəni və sosial sahə
9.Tarix sahəsi
Qarşınızda olan bu kitab, məsləhət idarəsinin bir qrup tədqiqatçısının əməkdaşlığı ilə höccətul- islam vəlmüslimin Şakerin vasitəsi ilə yazılan “yaradılışın sirri” barəsində olan suallar və cavablar toplusudur.
Sonda isə cavab və məsləhət idarəsinin əməkdaşları və hörmətli müəlliflərin səmimanə çalışmaları, xüsusi ilə də bu əsərin hazırlanması və redaktəsində zəhmət çəkən höccətul- islam vəlmüslimin Saleh Qənadiyə təşəkkürümü bildirir və Allahdan həmin qeyd edilən əzizlərin əhli beyt (salam olsun onlara) məktəbinə və cəmiyyətin dini mədəniyyətinin (xüsusi ilə də tələbələrin) yüksəldilməsində daha çox xidmət etməklərini arzu edirəm.
Allah müvəffəqiyyət sahibidir
Qurumun təbliğat və təlim üzrə müavini Əlirza Mustəşari
 
  
Yaradılışın məqsədi
Yaradılışın sirri

Sual 1: İnsan həyatın məqsədi və yaradılışın sirri haqqında nə üçün sual edir? Bu məsələni bilmək insanın işinin hansı düyününü açır?
          Həyatın məqsədi və yaradılışın sirri haqqında sual etməyin əsası insanın ruh və fitrətinin dərinliklərində kök salmışdır. Buna görə də insanın ən fundamental, qədim və əsas suallarından biri hesab edilir. Bizim hər birimiz özümüzdən soruşuruq: Haradan gəlmişik? Gəlməyimizin məqsədi nədir? Hara gedəcəyik? Bizi hansı tale gözləyir? Bizim xoşbəxtliyimiz nədədir və ona necə nail olmaq olar?
          Mövlana Rumi bizim hamımızın daxilindən qalxan bu sualları necə də gözəl formada nəzmə çəkmişdir:
Gündüzlər mənim fikrim budur və gecələr sözüm
            Ki, niyə öz ürəyimin əhvalından qafiləm
                            Çox təəccübdə qalmışam ki, məni hansı səbəbdən düzəltdi
                                               Ya məni bu cür yaratmaqda onun məqsədi nədir
                                                        Haradan gəlmişəm, gəlməyim necə idi
                                                               Hara gedirəm, son vətənim haradır
Mələkut bağımın quşunun yarısı torpaq aləmindən
                   Bir neçə günlüyə bədənimdən qəfəs yaratmışlar
                                      Ey o günə xoş olsun ki, dosta tərəf uçam
                                                          Küçə üzərindəki havada qol- qanad çalam.[1]
          Bu sualların düzgün cavabını tapmaq həyatı yaradan və həmin sualların cavabını tapmamaq isə həyatı yandırandır. Yaradılışın sirrini bilmək bir tərəfdən insanın həqiqət axtaran və axtarışda olan hissinin təminatçısıdırsa, digər tərəfdən yaxın sabahlar ilə indilər arasında əlaqələndirici və həyat istiqamətləndiricisidir. Bəşərin həyat hədəfindən xəbərdar olması məsuliyyət yaradıcı, həvəsləndirici, hərəkətə gətirən və rahatlıq yaradandırsa, onu itirmək isə əziyyətli, iztirab yaradıcı, məsuliyyətdən yayınma və s. dir. [2]
          Fransız alimi Bartlemi Saint Hillaire[3] “Aristotelin əxlaq elmi” əsərinin girişində qeyd edir: “O, şəxs özü ilə mübarizəyə qalxar ki, haradan gəldiyini və  öz ruhunu hansı müqəddəs ideala çatmaq istiqamətində tərbiyə etməsini bilmək istəmir”.[4].
Ustad Humayinin sözü ilə desək:
          “Səna”[5] bəzədilmiş bir gülşən olan dünyadır, lakin
                             Biz bu bağdan alaq otundan başqa bir şey dərmədik
          Karl Qustav Yunq həyat hədəfinin əhəmiyyəti və bu sahədə dinin rolu barəsində deyir: “həyatımın ikinci yarısında rastlaşdığım bütün xəstələr arasında hətta bir nəfəri də tapmaq olmaz ki, problemi son anda “həyata baxışdan” başqa  bir şey olsun. Əminliklə demək olar ki, onların hamısının xəstələnməyinin əsas səbəbi hər bir dövrün aktiv dinlərinin öz ardıcıllarına təqdim etdiklərini əldən vermələridir. Onların heç biri öz dini baxışını tapmadan həqiqi şəfa tapmamışdır”.[6]
   
Yaranışın məqsədi
Sual 2: Quran insanın xilqətini necə qeyd etmişdir?
          Qurani- kərimə görə yaradılış dünyası bihudə olaraq xəlq edilməmişdir. Bəlkə onun bütün element və hissələri müəyyən bir hədəf üçün yaradılmışdır. Quranın bir çox ayələrində dünya və insanların yaradılış məqsədinə işarə edilmişdir. O cümlədən:
"ان فی خلق السماوات و الارض و اختلاف اللیل و النهار لایات لأولی الألباب الذین یذکرون الله قیاما و قعودا و علی جنوبهم و یتفکرون فی خلق السماوات و الأرض ربنا ما خلقت هذا باطلا سبحانک فقنا عذاب النار"[7]
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.
          O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!”
          Yuxarıdakı ayələr insanı düşünməyə vadar edərək, onun düşüncə və təfəkkür olmadan müşahidə aparmaqla hər hansı bir yerə çatmağın mümkünsüzlüynü başa salmağa çalışır.
Digər bir ayədə buyurur:
“ربنا الذی أعطی کل شیء خلقه ثم هدی[8]
“Bizim Allahımız o şəxsdir ki, hər bir mövcuda ona münasib xilqət əta etdi və sonra hidayət etdi”
          Bu ayədə iki əsas məsələyə işarə edilmişdir: Birincisi Allahtaalanın hər bir mövcudun ehtiyacı olan hər bir şeyi əta etməsi, digəri isə hər bir mövcudun həyatda qalmaq üçün özünün bütün qüvvələrindən istifadə etməsi və öz vücudunun son hədəfinə nail ola bilməsidir.
İnsanın yaranışının məqsədi
Quran, insanın xilqətinin məqsədi üzrə xüsusi təkidlə dayanır:
"أفحسبتم أنما خلقناکم عبثا و أنکم إلینا لا ترجعون"[9]
“Yoxsa sizi əbəs yerə yaratdığımızı və  hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?"
"أیحسب الانسان أن یترک سدی"[10]
“Məgər insan elə güman edir ki, o, başlı-başına buraxılacaq?!”
Yuxarıdakı ayələr göstərir ki:
1.İnsan bihudə yaradılmamış və onun yaranışının məqsədi var.
2.Öz başına buraxılmamış və həmişə Allahın nəzarət, təqib və hidayətindədir.
3. İnsanın yaranışının son məqsədi aləmlərin rəbbinə doğru qayıdışdır. Quranın digər ayələri geniş və qısa şəkildə yaranışın sirrləri haqqında pərdəni götürür.
a) Elm və mərifət
"الله الذی خلق سبع سماوات ومن الارض مثلهن یتنزل الامر بینهن لتعلموا أن الله علی کل شیء قدیر و أن الله قد أحاط بکل شیء علما"[11]
“Yeddi və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar”.
          Bu ayədə insanın Allahın mütləq qüdrət və elmdən xəbərdar olması (Allahın mərifəti insanlıq kamalının mərifətini təşkil edir) yaranışın sirri kimi tanıtdırılmışdır.
b) İmtahan və sınaq:
"الذی خلق الموت و الحیاة لیبلوکم أیّکم أحسن عملا"[12]
“Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur.”
          İlahinin sınaması dedikdə məqsəd örtülü və məlum olmayan sirlərin kəşfi deyil, bəlkə ondan məqsəd istedadların inkişafı üçün şərait yaratmaqdan ibarətdir. İnsan ixtiyar sahibi olan bir mövcud olduğu üçün onun kamalı da ixtiyaridir. İnsan barəsində İlahi sınaq bundan ibarətdir ki, yaxşı və pis yolun bütün seçim şərtlərini onun ixtiyarında qoysun, onların köməyi ilə öz istedadlarını fəaliyyətə keçirsin və düzgün yolu seçmiş olsun.
c) İbadət
"ما خلقت الجن و الانس الا لیعبدون"[13]
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”
          Bu ayədə xilqətin əsas hədəfi kimi “Allahtaalaya ibadət” götürülmüşdür. Niyə İlahi ibadətin yaradılış sirri kimi götürülməsinə gəldikdə isə bir neçə məsələyə diqqət etmək lazımdır:
1) Quranın ideologiyasına görə Allaha yaxınlaşmaq məqsədi ilə həyata keçirilən hər bir müsbət əməl və hərəkət ibadət hesab edilir. İbadət, dua və mədh kimi xüsusi ibadət yerləri ilə məhdudlaşmır. Bütün siyasi, iqtisadi və elmi fəaliyyətlərin hamısı İlahi dəyərlər sistemi ilə uzlaşırsa ibadət hesab edilir. İnsan bütün hallarda –hətta yatmaq, yemək, həyat və ölüm anında belə- İlahiyə yaxınlaşmaq (təbii ki burada yaxınlaşmaq dedikdə məkan baxımından deyil, mənəvi yaxınlaşmaq nəzərdə tutulur- mütərcim) və təkamül istiqamətində mövqe tuta bilər.
قل إن صلاتی و نسکی و محیای و مماتی لله رب العالمین[14]
“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”[15]
          Əlbəttə ibadətin xüsusi mənası xüsusi ibadət və mədhlər olmaqla dində çox mühüm mövqeyə malikdir.
2) İbadətin fəlsəfəsinə diqqət etmək çox böyük əhəmiyyətə malikdir. Möminlərin əmiri olan Əli (ə) bu barədə yazır:
فانّ الله سبحانه و تعالی خلق الخلق حین خلقهم غنیا عن طاعتهم آمنا من معصیتهم لأنه لا تضره معصیة من عصاه و لا تنفعه طاعة من أطاعه[16]
 “Allahtaala məxluqatın itaətindən ehtiyacsız və günahlarından amanda olmasına baxmayaraq (məxluqatı) yaratdı. Çünki nə günahkarların itaətsizliyi ona ziyan vurmaz və nə də itaət edənlərin itaəti ona fayda verə bilər”.
Bizim natamam eşqimizdən yarın camalı ehtiyacsızdır
Gözəl üzün su, rəng, xəttu - xala nə ehtiyacı vardır
          İbadət, bu dünya və o dünya həyatında çox müsbət təsirləri olmaqla yanaşı çoxlu hikmətləri də özündə ehtiva edir.[17] O cümlədən:
1.     Zati tələbat və fitri ehtiyac
2.     Puçluqdan nicat və özünüdərkə tərəf istiqamət
3.     Madiyyat məngənəsindən keçmək və metafizik istiqamətə uçuş
4.     Yəqin əldə etmək
5.     Ruhun bədənə qələbə çalması
6.     Ruhun rahat və sağlamlığı
7.     Nəfsani qüvvələrə qələbə çalmaq, nəfsə sahib və malik olmaq
8.     Allaha yaxınlaşmaq
9.     İman və əxlaqın dayaq nöqtəsi
10.            Qanun və cəmiyyətin söykənəcək yeri
11.            Xeyirxahlığın bəslənməsi
12.            Tərbiyə, icad edici və s...[18]
d) İlahi rəhmət
ولو شاء ربک لجعل الناس أمة و احدة و لا یزالون مختلفین إلا من رحم ربک و لذالک خلقهم[19]
          “Əgər Rəbbin, istəsəydi bütün insanları tək bir ümmət edərdi. Onlar hələ də ixtilafdadırlar.
          Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün (belə bir ixtilafa düşdüklərinə görə mömin və kafir, cənnət və cəhənnəm əhli) yaratmışdır”.
          Bu ayənin məzmununa diqqət etdikdə aydın olur ki, bu hədəflər arasında ziddiyyət və paradoks yoxdur. Bəlkə hədəflərin bəzisi ilkin giriş rolunu, bəzisi orta və bəzisi isə son və nəticə rolunu oynayırlar. Buna görə də quran ayələrinə görə insanın yaradılış hədəfi İlahi rəhmətin təzahürü və insanı əbədi səadət və kamal istiqamətində qərar verməsidir. Bu isə, daha üstün yolu ixtiyari formada seçmək və İlahinin bəndəçilik yolunu getməklə əldə edilir.
 
 
Həyatın məqsədi:
Sual 3: Həyatın məqsədi dedikdə nə başa düşülür və insan məktəblərinin bu barədə baxışı necədir?
     “Həyatın məqsədi” insana hansı tərəfə hərəkət etməsini, haraya qədər irəliləməsini, sonda nə olmasını, onu hansı talenin gözləməsini və onun səadətinin nədə olmasını ifadə edir? Bu sualın cavabında iki ümumi nəzər mövcuddur.  Puçluq (nihilizm) və məqsədə malik olmaq fəlsəfəsi.
1.     Puçluq (nihilizm)
     Puçluq öz fundamental əsaslarına görə bəşər üçün heç bir üstün ideal, şüar və sonluğun olmadığı qənaətindədir. “İnsan necə olmalıdır, özü üçün hansı yolu seçməlidir və hansı tərəfə istiqamət almalıdır” mövzuları barəsində deməyə heç bir sözü yoxdur. Bu düşüncə tərzi insan üçün yaşamağı mürəkkəb bir məsələyə çevirir ki, ya çarəsiz qalaraq ona dözmək lazımdır və ya mümkün yol ilə ondan yaxa qurtarmaq lazımdır.
2.     Məqsədə malik olmaq:
     Məqsədyönlü məktəblər müxtəlif məzhəbləri əhatə edərək hər biri öz epistemologiya, antropologiya və ontologiyası əsasında bəşərin yaşam idealı və hədəfi barəsində müxtəlif formalar söyləmişlər. Bu barədə ən önəmli insan məktəbləri aşağıdakılardan ibarətdir:
1.     Gedonizm (Hedonism)
          Bu məktəb həyatın son hədəf və səadətini mümkün qədər çox ləzzət əldə etməkdə görür. Aristip (Platonun dövründə yaşamış) yunan şairi Horacın (Horace) sözünə istinad edərək deyirdi: “Ötən bu günü qənimət bil”[20]. Epikür də bu fikrin öncüllərindən biri idi. O mənəvi və ruhi ləzzətlərə də diqqət ayırırdı[21].
Tənqid: Bu düşüncənin qarşılaşdığı ilk problem ləzzətin tərifi məsələsi, onun əhatəsi və insan həyatına aid olan fenomenal komplekslər ilə olan əlaqəsidir! Əgər bu düşüncədə ləzzətdən məqsəd, bü dünyanın maddi və ötəri ləzzətləri nəzərdə tutulursa, onun bir neçə iradı vardır; o cümlədən:
1.     Həyatın hədəfini qeyri- daimi və titrək bir proses kimi tanıtdırır. Sürətlə əldən çıxır və olmadıqda isə həyat puç və mənasız olur.
2.     İnsanın –fədakarlıq və bağışlamaq kimi- ali dəyərləri dəyərsiz hesab edilir. İnsan eyş- işrət və kama çatmaq istəyən insana çevrilir. Təhlükəli heyvaniyyət aləmində süqut edir.
3.     Əgər ləzzət haqqında geniş tərif verəsi olsaq, o zaman maddi ləzzətlərə arxa çevirməklə yüksək mənəviyyat əldə etmək də ləzzət adlanmış olacaqdır. Amma belə bir şeyin Epikür kimilərin təlimatları ilə uyğunluğu yoxdur.
2. Eqoizm:
Bəzilərinə görə insanın həyat və davranışının məqsədi, öz eqoizmini mümkün qədər təmin etməkdən ibarətdir. Bu nəzəriyyənin banisi hesab edilən Makiavelli siyasətçilərə aşağıda qeyd edilən on prinsipi təklif edir:
1.     Özünün əlaqə və mənafelərinin fikrində ol.
2.     Özündən başqa heç kəsi hörmətli hesab etmə
3.     Pislik et. Amma özünü yaxşılıq edən kimi göstər
4.     Tamahkar ol və var- dövlət toplamağa çalış
5.     Xəsis ol
6.     Kobud və daşürək ol
7.     Mümkün qədər fürsət və hiylə arxasıyca ol
8.     Düşməni aradan götür və lazım olduqda dostlara da rəhm etmə
9.     İnsanlarla davranışda zoru rəhmdən qabağa sal
10.   Heç şey barəsində döyüşdən (mübarizə) başqa bir şey haqqında düşünmə.[22]
Tənqid: Bu düşüncə ali humanitar dəyərlərin inkarı, insanın canavara çevrilməsi (Hobbs fəlsəfəsinə görə), sosial darvinizmin özünə yer etməsi, Mussolinin faşizmi, nasionalizm və Hitler sosializmi kimi ideologiyaların yaranması, dünyanın eqositlərin döyüş meydanına çevrilməsindən başqa bir şey deyildir!
3. Utilitarizm:
Cormi Bentam və Con Stüart Mil deyirdi ki, faydalanma prinsipi insan səadətinin mütləq dəyəri və fundamentidir. Yüksək səadət bir çox fərd üçün daha çox mənfəət və fayda əldə etməyə bərabərdir. Əlbəttə “Betnam” ilə müqayisədə “Mil” ümumi mənafedən yaranan keyfiyyət tərəflərinə daha çox diqqət ayırırdı.
Tənqid: Yuxarıdakı düşüncə tərzinin bir sıra iradları vardır. O cümlədən:
1.     Faydalanmağın meyarı nədir və onu kim müəyyən edir?
2.     Fayda nümunələri hansıdır və mənafelər toqquşanda (maddi, mənəvi, fərdi və sosial mənafelər) hansı meyar əsasında birini üstün və digərini isə aşağı hesab edəcəyik?
Əsas problem ondan ibarətdir ki, son məqsəd faydalanmaq olarsa, bu hədəf fərdlərin meyl və istəklərinə tabe olacaqdır. Hər kəs öz meylinə uyğun olaraq onu izah edəcək və onu təmin etmək istiqamətində hərəkət edəcəkdir. Halbuki üstün hədəf mütləq dəyərə malik olmalı, kimsənin əlində oyuncağa çevrilməməlidir.
4. Humanizm
     “Humanizm” insanı Allahlıq mövqeyinə əyləşdirir və onu ən yüksək dəyər kimi qəbul edir. “Oqyus Kont” insanpərəstliyi ən müqəddəs təklif hesab etmiş və insana xidmətdən üstün bir kamalın olmadığını bildirir. Bu məktəbdə axirət həyatı və insanın Allahla olan rabitəsi inkar edilmiş və ya görməzdən gəlinmişdir. “Erik From” insaniyyətə olan eşqi və ədaləti Allahın canişini etmiş və Allah söhbətini kənara qoymağın tərəfdarı kimi çıxış etmişdir.[23]
          Qərbdə “humanizm” müxtəlif formalara düşmüşdür ki, onlardan biri də ziyalı humanizmdir. “Con Lokk”un fikrincə ziyalı humanizminə görə “insanın vücuduna diqqətin əsas mərkəzi Allahın iradə və istəyi deyil, bəlkə həyat və cəmiyyəti nizamlayan bəşərin əqlinə əsaslanmaqdır. Bu mütəfəkkirlərə görə insanın dəyər və mövqeyi iddia edildiyi kimi Allah tərəfindən deyil, bəlkə onun yer vücudunun əqli bacarığı sayəsindədir. İnsanın son məqsədi Allaha yaxınlaşmaq və əbədi cənnət deyil, xəyal qüvvəsi və insanın ağlının təklif etdiyi bu dünya layihələrinin həyata keçirilməsidir”.[24]
Konkret olaraq humanizmin aşağıdakı təlimlərdən ibarət olduğunu düşünmək olar:
1.           İnsan ən yüksək dəyərdir. Bütün dəyərlər, mənafelər, istəklər və humanitar heysiyyatın mərkəzidir.
2.           İnsanın dəyəri onun mələkuti, ruhani və İlahi istiqamət almasında deyil, bəlkə onun ağlı və güzəran düşüncəsindədir.
3.           İnsan öz istək və mənafeyinin təmin edilməsində özünə inanmalı və özünə güvənməlidir.
4.           Bəşərin son məqsədi mənəvi kamal və İlahiyə yaxınlaşmaq deyil, bəlkə dünyanın abad edilməsi və dünya həyatının yaxşılaşdırılmasıdır.
Tənqid:
1. Allahdan uzaqlaşmanın müqəddəsləşdirilməsinin nakamlığı: Müqəddəsləşdirmə və pərəstiş etmək prinsipi insanın önəmli tələbatlarından biridir. Amma hər cür pərəstiş insanın tələbatını doyuzduran olmadığı üçün insanı asanlıqla Allahın yerinə əyləşdirmək, onun pərəstiş və təqvasını İlahi pərəstiş və eşq ilə əvəzləmək olmaz.
          Başqa sözlə insan üçün düzgün və məntiqi metodologiyaya əsaslanan “pərəstiş” qiymətlidir. İnsan hər şeydən öncə varlığı düzgün dərk etmək, dəqiq və kamil bir metodologiya axtarışındadır. Şübhəsiz ki, Allaha inam metodologiyası daha çox diqqət mərkəzindədir. Varlığın izah edilməsi, aşkar və etimad qəbul edən bir hədəfin təqdim edilməsi daha çox arzu ediləndir.
2. Dəyərlərin inkarı: Humanizmin insana nisbət qiymətləndirməsində iki əsas problem mövcuddur: Birincisi insanın vücudunun ali hissəsi və ona bağlı həqiqi dəyərləri görməzdən gəlir. Digəri isə insanı bütün dəyərlərin başlanğıcı hesab etməsi və özündən asılı olmadan dəyərlərin inkarına gətirib çıxaran bir yol ilə getməsidir. Bu məktəbdə hakim prinsip insanın dünyəvi istək və mənafeləri olduğu üçün təbii olaraq insanın mənfəət və fayda əldə etməsi hər bir qayda və dəyərdən irəli düşür, reallıq həqiqəti əvəzləyir. Bu halda hər bir dəyəri insanın mənafeyi və istəklərinə qurban vermək lazım gəlir.
3.     Puçluq və ümidsizlik:[25]
          Humanzim, Allahı bir kənara qoyub insanı bütün dəyərlərin mənbə və mənşəyi hesab edib, insanın son məqsədinin bir neçə günlük dünyanı abadlaşdırmaqla –paradoks və mübarizədən ibarət olan dünyada-  insanı nihilizm və puçluğa sövq etmişdir. Çünki humanizm dünyası azadlıq dünyasıdır. İnsan həmin dünyada özünü saxlamaq üçün bütün bacarığı ilə çalışır. Amma sonda isə ölüm və yoxluq dünyasına yola düşür.
4.     İnsanın yeni əsarəti:
          Humanizm düşüncəsi praktik olaraq insanların humanizmi iddia edənlərin mənafelərinə qurban verilməsi və insandan daha çox sui- istifadələrə yol açır.
     “Devis Toni” nin fikrincə humanizm bir çox insanların məğlub edilməsi üçün şüardan ibarətdir.[26] Ona görə “nasizm”, “faşizm”, “stalinizm” və “imperializmin” hər biri humanizm ilə eyni mənşədəndir.[27] Buna görə də bir sıra alimlər humanizmi “humanizmə zidd hərəkat”, “qüdrət mərkəzlərinin izahı”, “aldadıcı anlayış”, “millətpərəstlik nidası”[28] adlandırmışlar. Onlara görə “baş verən hər bir cinayətin humanizm adı altında baş verdiyini söyləmək olar”.[29]
5.     Naturalizm:
           Bu məktəbə görə insanın həyatda olan fəaliyyət və çalışması təbiətə uyğun olmalıdır. Deməli əgər insan təbiətin istədiklərinə əməl edərsə ideal həyata qovuşacaqdır.
          Bu nəzəriyyənin banilərindən biri də “Lao Tszı” olmuşdur. O, mədəniyyət və onun simvollarını insanın səadət əldə etməsinin düşməni adlandırmış və onlardan kənar olmağın zəruriliyini söyləmişdir.
          Antik yunan kiniklərin gəldiyi qənaətə görə, “hakimiyyət”, “sərvət”, “evlənmək” və “cinsi ləzzətlər” kimi işlərin hamısı faydasızdır. Cəmiyyəti tərk etmək və sadə həyat yaşamaqla səadətə nail olmaq lazımdır.
          Son dövrlərdə Jan Jak Russo təbiətə qayıdış və mədəniyyət cəngəlliklərindən qaçmağı özünün tərbiyə proqramlarının sərlövhəsi etmişdi.
Tənqid:
Bu nəzəriyyənin də bir sıra iradları vardır. O cümlədən:
1.           Hansı şeyin dəqiq formada təbii olması və onu hansı dərəcədə qorumaq məsələsi qeyri – müəyyəndir!
2.           Görəsən mədəniyyət, texnologiya və s.. məsələlər forma və həddindən asılı olmayaraq təbii tələbatlarla uzlaşmır, yaxud təbii yaşamaq mədəniyyət, inkişaf və texnologiyanın növ və formaları ilə bir yerə sığışmır?
3.           Mədəniyyət simvollarından necə aralanmaq olar və bəşər buna nə qədər qadirdir?
4.           Təbii həyatın makro səviyyədə insan cəmiyyəti üçün mümkün olmasını fərz edəsi olsaq, o zaman bu təbii həyatdan məqsəd nədir? Yalnlz bir neçə gün ərzində mədəniyyətsiz yaşamaq və sonda isə ölmək? Bu prinsipal məsələ barəsində yuxarıdakı təfəkkür tərzi cavabsız qalır.
6. Elmpərəstlik (scientism)
       Bir sıra alimlər təcrübi bilik və elmin insan həyatının ali hədəfi və son məqsədi olduğunu qeyd edirlər. Freydə görə elm, Allah və məzəbin caneşini olmalı və ona pərəstiş etmək lazımdır. Frensis Bekon, Bertrand Rassel və fransız Oqyust Kont, cüzi fərqlə bu nəzəriyyənin tərəfdarları hesab edilir.
Tənqid:
            Elm, sırf olaraq qavrayışdır və yalnız fenomen və işlər arası münasibətləri aşkara çıxarır. İnsanı təbiətə hakim edə bilər. Amma insanın digər şeylərə də ehtiyacı vardır. Yalnız iman və İlahi metodologiya əsasında həyat hədəfini və məqsədini əldə etmək olar və özünü həvəslə yaratmaq olar.
            Digər tərəfdən yalnız iman, elmlərdən faydalanma istiqamətini müəyyənləşdirə bilər. İmansız elm bəşəriyyət üçün bəladır. Əgər elm tənha olaraq insanların həyat idealı və nicat yoludursa, o zaman niyə milyonlarla insan elmi nailiyyətlərin nəticəsi olan güllə və bombalar altında məhv olurlar? Görəsən Xerosima və bunun kimi hadisələr imansız elmin nəticəsi demək deyildirmi?
            Bəli təcrübi elm dünyanı qavramaqda nə qədər nailiyyət əldə etsə də, amma insanı qavramaqda bir o qədər gücsüz olmuşdur.
Ümumi yanaşma
İndi isə bütün bu məktəblərlə əlaqədar demək olar ki,
1.     Kompleks metodologiyanın olmaması onların başlıca iradıdır. Nəzəri əsasları olmayan bu tip məktəblər vasitəsi ilə insanın son məqsədi və idealının reallaşması uğursuzluqla üzləşir. Buna görə də “İlahi vəhy” olmadan belə “itmiş qiymətli daşı” tapmaq olmaz.
2.     Onların çoxu dünyəvi həyat və ya vasitələrin bir hissəsini həyatın tam hədəfi kimi götürmüşlər. Buna görə də insan vücudunun müxtəlif tərəflərinə uyğun olan kompleks hədəfə -xüsusi ilə də axirət həyatı və onun əbədiliyini nəzərə almalı olsaq-  nail olmamışlar.
 
 
Sual 4: Həyatın məqsədi nədir? Hədəfi düzgün seçdiyimizi hardan bilək?
Bu suala cavab verməzdən öncə bir neçə məsələyə diqqət etmək lazımdır:
Birinci. Hədəfin mənası
          Məqsəd, yəni “hər bir iş, proses və yol üçün sonuclanan bir nöqtə vardır”. Bu məsələdə dərinliyə varmaq bizi çoxlu səhvlərdən sığortalaya bilər. Bəşər tarixi boyunca yanlış yol tutanlar hədəfin doğru mənasını düşünməmiş və ona çatmamışlar. Buna görə də səhvən həyata zəruri olan və ya dünya həyatının tərkib hissələrindən olan və bir sıra hallarda həyatın bir hissəsi üçün ideal hesab edilən bir şeyi bütün həyatı üçün məqsəd seçmiş  və buna görə də həyatda ziyana uğrayan və ya ruhi məğlubiyyətlərə düçar olmuşlar.
          Mövzu ilə əlaqədar olaraq ləzzət və şəhvətlərdən faydalanmağı özünə hədəf seçən şəxsləri nümunə göstərmək olar. Hər halda bu qeyri- düzgün təsəvvürdür. Çünki həyatın bir hissəsi olan, onun üçün hədəf ola bilməz. Belə şəxslər üçün həyat (dünya həyatı) sona çatandan sonra hədəfə çatmağın heç bir təsəvvürü qalmır. Misal üçün elmin ali dərəcələrinə çatmağı qarşısına məqsəd qoyan şəxslər bu hədəfə nail olmadıqda və məğlubiyyət hiss etdikdə həyata qarşı mənfi və pessimist olmaları mümkündür. Müvəffəqiyyət əldə etdikdə isə dünya həyatı sona çatandan sonra onlar üçün məqsədə çatmağın mənası olmayacaqdır. Buna görə də “həyat” və “onun məqsədi” bir- birindən fərqlənməlidir. Həyat çərçivəsinə daxil olanı, həyatın məqsədi kimi göstərməməliyik. Hər halda həyatın məqsədi nədir sualına cavab verdikdə, təbii həyatdan üstün bir yerdə özümüzə mövqe seçməklə, sorağını təbii həyat və onun əhatəsində axtarmaq lazımdır.[30]
İkinci: Hədəfin düzgünlüyü
          Şübhəsiz ki, alimlər və elm sahibləri həyat üçün müxtəlif hədəflər təqdim etmişlər. Amma bu onların bütün fikirlərinin düzgün olması və digərlərinə düzgün çatdırılması demək deyildir. Bu hədəflərin bir çoxunun bir-biri ilə paradoks təşkil etməsi qeyd etdiyimiz müddəanın doğruluğunu çatdırır.
          Misal üçün xəstənin dərhal xüsusi bir dərmana ehtiyacı vardır. Siz bu dərmanın yalnız bir aptekdə satıldığını bilirsiniz. Amma oranı tanımırsınız. Belə bir halda oranın ünvanını tapmaq və adını bilməyin nə qədər zəruri olduğunu anlayırsınız. Yəni bu parametrləri bilmək nə qədər önəmlidirsə, prospekti tapmaq və oraya necə getməyin bir o qədər əhəmiyyətli olduğunu bilməlisiniz. Şübhəsiz ki əgər aptekə necə getməyi bilmirsinizsə və ya onun ünvanını yanlış şəkildə əldə etmisinizsə, bu zaman xəstəyə əvəzedilməz və xoşagəlməz zərər dəyəcəkdir.
          Həyatın məqsədi və ona çatmaq yolunu axtarmaq istiqamətində ilk addım atdıqda ayağımız təhlükə siqnalı ilə rastlaşır. Bu isə daha çox diqqət etmək və xəbərdarlıq üçün faydalıdır. Bu sıqnal bizə belə deyir: “Yalnız bir dəfə bu yolu gedəcəksən və bir dəfə həyatı təcrübədən keçirəcəksən”! Bu mühüm və ciddi xəbərdarlıq bizi mövzunun əhəmiyyətinə münasib diqqətlə axtarışa başlamağımızı və öz kəşfimiz üçün yüksək xatircəmlik əmsalı əldə etmək  istiqamətində fəaliyyət göstərməyə yönləndirir.
          Deməli həyat məqsədini tanımaq bizim və bizimkimilərin qüdrətindən xaric olan –çünki biz birinci və sonuncu dəfə buradan keçirik- çətin bir məsələdir. Sanki qeyb istiqamətindən bir əl xaric olmalı və barmaq işarəsi ilə hədəfi və onun istiqamətini bizə göstərməlidir.
Xoşbəxtlikdən deyirik: Bu əl gəlmiş, hədəfin müəyyən edilməsi və ona necə çatmaq barəsində işlər görmüşdür. Uca olan Allah bütün varlıq aləminə hakim olduğu üçün, onun rəmz və sirrlərini başlanğıcdan sonuna qədər bilir, həyatın məqsədi və ona çatmağı bizə mərhələ- mərhələ mükəmməl formada öyrətmiş olur.
          O, quran ayələrində bütün varlıq aləmi və o cümlədən insanın, yüksək aləmə qayıdacağı, həyatın sonu və bütün işlərin qurtaracq yerinin Allaha doğru və ona məxsus olması həqiqətini söyləmişdir.
وَإِلَى اللَّهِ عَاقِبَةُ الْأُمُورِ
“Bütün işlərin axırı Allaha gəlib çıxacaqdır!”[31]
وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
“Bütün işlər axırda Allaha qayıdacaqdır!”[32]
          Buna görə də İslamın bəşər üçün təsvir etdiyi son, hədəf və şüar yalnız “Allah” – dır. Deməli bu məqsəddən üstün bir məqsəd yoxdur. Hər bir insan Allaha doğru hərəkətdədir. Həqiqətdə bütün dünya ona doğru istiqamət götürmüşdür. Biz nəyi istəsəkdə - istəməsəkdə, bilsəkdə- bilməsəkdə həmin hədəfə doğru istiqamət almışıq. Bu məqsəd maddi aləm və həyatdan üstün, bəlkə daha üstün və daha yüksək aləmlər üzərində olan mühitdir. Buna görə də bu dünyada bir insanın yaşamasından məqsəd Allaha doğru hərəkət, yüksəlmək və qayıtmaqdan ibarətdir.
          Allahtaala bu hədəfə necə çatmaq və çatmağın keyfiyyətini aşkar etmiş və onu çatdırmaq məsuliyyətini peyğəmbərlərin çiyninə qoymuşdur. Həqiqətdə onlara tabe olmaq, onların təlim və yol göstərişlərinə əməl etməklə insan, insaniyyətin həqiqətinə və İlahiyə yaxın olmağa nail ola bilər.
فَاتَّقُوا اللَّهَ يَا أُوْلِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا قَدْ أَنزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْراً  رَّسُولاً يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِّيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَمَن يُؤْمِن بِاللَّهِ وَيَعْمَلْ صَالِحاً يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَداً قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقا
“Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmişdir ! Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir».[33]
یا أَیّهاا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِداً وَمُبَشِّراً وَنَذِيراً وَدَاعِياً إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجاً مُّنِيراً
«Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! (Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!».[34]
          Bu ifadələrdən belə bir həqiqət əldə edilir ki, peyğəmbərlərin göndərilməsi Allaha doğru dəvət üçündür. Onlar həmişə həyat məqsədinə çatmaq yolunda insan yolunu aydınlaşdıran və qaranlığa işıq salan çırağdırlar.
Bu şərq nuru Səbaya yetişən kimi               Bilqeys və xalqına vəlvələ düşdü
Ölülərin ruhları hamısı qanad çaldılar          Ölülər qəbirdən baş qaldırdılar
Bir- birinə müjdə verdilər ki ey                     Səmadan tək bir səs gəlir
Həmin səslə  dinlər möhkəm oldu    Ürəyin yarpaq və budaqları yaşıl oldu
O nəfəsli Süleyman sur çalan kimi                Ölüləri qəbirlərdən azad etdi.[35]
          Qurani kərim “saleh əməl” və “iman” sahibi olmağı, insan həyatında əsas məqsədə çatmaq yolunda iki mühüm bünövrə və yol azuqəsi hesab edir:
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ  ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ  إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
          “Biz insanı ən gözəl biçimdə yaratdıq! Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz mükafat gözləyir”.[36]
إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ  إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
İnsan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!.[37]
Buna görə də quran ayələri əsasında bir neçə məsələ aydın olur:
Birincisi: “Ali həyat məqsədi” dedikdə, bu bir neçə günlük dünyadan kənar bir şey nəzərdə tutulur. Onun tərkibində deyil sonundadır.
İkincisi: Həyatın məqsədi əsas həqiqətə çatmaqdır. Yəni uca olan Allaha qovuşmaqdır.
Üçüncüsü: Allahtaala bu hədəfə necə çatmağı İlahi peyğəmbərlər vasitəsi ilə bizə aydın etmişdir. O, ağıldan əlavə–daxili sübut olan və həyat məqsədinə çatmaq yolunda bizi külliyyata istiqamətləndirən- bu yolun xırdalıqlarını tanıtdırmaq məqəsdi ilə səmavi kitablar və peyğəmbərlər göndərmişdir.
Dördüncüsü: İman və saleh əməl, həyatın həqiqi hədəfinə nail olmaq üçün iki əsas və mühüm bünövrə kimi qeyd edilmişdir.
          Bütün bu məsələlərdən belə anlaşılır ki, tələbə, fəhlə, işçi, həkim, arif, peşəkar, müəllim, qadın, kişi və bir sözlə “insan” adlanan varlıq üçün həyat məqsədi eynidir. Əlbəttə hər kəs öz saleh əməli və imanı ölçüsündə həyatın əsas hədəfinə nail ola bilər.
          Həyat məqsədinə bu cür yanaşdıqda “saleh əməl” və “iman” istiqamətində çalışmaq çətin olduğu qədər də çox ləzzətvericidir. Allaha doğru istiqamət götürmək çox rahatladıcı, ünsiyyət və lütf ilə qarışıq olduğu kimi bu vüsala çatmamaq çox kədərlidir. Necə ki, Əbdürrəhman Cami, Mövlana Cəlaləddin Ruminin aşağıdakı iki beytini şərh edərkən yazır:
Tütəkdən eşit necə söyləyir              Ayrılıqlardan şikayət edir
Ki, qamışlıqdan məni kəsiblər          Tütəyimdə qadın və kişi fəryad ediblər
Belə söyləyir:
Mərhəba o günə ki, gecə gündüzdən öncə
          Qəm- qüssədən sərbəst və şadlıqdan azad
                   Vücudun şahı ilə bir idik
                             Ondan başqasının hökmü əsla yox idi
                                      Dünya aristokratları kəmiyyət və keyfiyyətsiz idi
                                                Elmi və obyektiv imtiyazdan uzaq idi
                                                          Nə əməl dəftərində sübut var idi
                                                Nə varlıq süfrəsinin səxavətindən güc almışdı
Nə haqqdan və nə də bir- birindən seçilmirdi
          Başdan- başa vəhdət dənizində qərq olmuşdu
                   Qəfildən səxavət dənizi hərəkətə gəldi
                             Hamını özündə, özündən özsüz etdi
                                      Elmi imtiyaz meydana çıxdı
                                                Əlamətləri olmayanlar üçün əlamət meydana çıxdı
                                                          Vacib və mümkün bir- birindən seçilmiş oldu
İkilik qayda- qanunları başlandı
          Ondan sonra mühiti digər bir dalğa vurdu
                   Sahilə tərəf gəldi bəsit ruhlar
                             Digər bir dalğa vurdu və ondan çölə çıxdı
                                      Ruh və cism arasında mükəmməl “bərzəx”
                                                Ondan öncə ki, haqq əhli tayfasındandır
                                                Həmin bərzəxin adı mütləq misaldır.[38]
                                                          Digər bir dalğa da önə çıxdı
                                                                   Cism və cismani meydana çıxdı
                                                                             Cism də mərhələ- mərhələ
          Nəhayət son növünə gəlib çatdı
                   Son növü Adəm və Adəmə məxsus
                             Sirli mövqedən məhrum qaldı
                                      Mərhələlər üzrə keçidi devirdi
                                                Addım- addım öz əslindən uzaq düşdü
                                                           Biçarə bu səfərdən geri dönməsin deyə
                                                                   Heç kəs ondan ayrılmadı
                                                                             Hekayəyə başlayan tütək
                                                                                   Ayrılıqlardan şikayət edir
          Allahın, həyat məqsədini tanımaq və ona çatmaq yolunda bütün həqiqət axtarışında olan insanlara yardım edəcəyinə, bizi mərifət əhli və şərab  (mərifət şərabı- mütərcim) içənlərə birləşdirəcəyinə ümid edirik.[39]
 
 Yaradılışın səbəbi
Sual 5: Allah dünyanı niyə yaratdı. Bu işdə hansı məqsədi var idi? Fikrimi daha yaxşı ifadə etmək istəyirəm. Məgər Allahtaala hər şeydən ehtiyacsız deyil, elə isə yaradılışa nə ehtiyac var idi? Əgər Allahın səxavətli olduğunu deyirsinizsə, o zaman bu sual meydana çıxır ki, deməli Allah səxavətli olmaq üçün dünyanı yaratmaq məcburiyyətində qalmışdır. Görəsən bunun özü ehtiyac deyildir?
          Bu məsələnin aydın olması üçün aşağıdakı bir neçə mətləbi diqqətinizə çatdırmalıyıq:
Birincisi: İnsanın iş görməsindən məqsəd kamala çatmaq və ya nöqsanın aradan qaldırılmasıdır. Misal üçün bədənin tələbatı və aclığı aradan qaldırmaq üçün yemək yeyir. Özünü isti və soyuqdan qorumaq üçün paltar geyinir. Evlənmək sahəsində olan tələbatını aradan qaldırmaq üçün ailə həyatı qurur. Allahın yaratdığına xidmət etmək, İlahiyə və son kamala çatmaq və ali kamalı əldə etmək üçün ibadət edir. Amma Allahtaalanın heç bir nöqsanı olmadığı üçün hər hansı bir işlə onu aradan qaldırmağa ehtiyacı yoxdur. Hər bir kamalı olduğu üçün ona çatmaq üçün çalışmağa ehtiyacı yoxdur.
İkincisi: Qarşıya məqsəd qoymaq həmişə ehtiyacdan irəli gəlmir, bəlkə nə qədər kamil və ehtiyacsız insan olarsa bir o qədər digərlərinin tələbatını aradan qaldırmaq istiqamətində addım atır. Bu mehriban və kamil mövcudun əlamət və xüsusiyyətlərindən hesab edilir. Mehriban olan Allah da özü üçün fayda axtarmır. Bəlkə onun ən önəmli məqsədi digərlərinə xeyir vermək və mövcudat üçün kamal və inkişaf sahəsi yaratmaqdan ibarətdir.
          Buna görə də Allahın yaratmaqdan məqsədi budur ki, hər bir mümkün vücudu layiq olduğu kamala çatdırsın. Bu işdə isə onun pak olan zatı üçün hər hansı bir nəticə güdülmür. Bu dünyada olan hər bir mümkün işin özü üçün vücuda məxsus kamal əldə etmək və var olmaq ləyaqəti vardır. Sanki hamı mənəvi dil ilə kamal və vücud tələb edir. Dünyanın yaradılması əşyaların zati və təbii suallarına cavab vermək və həqiqətdə onları kamala çatdırmaqdan ibarətdir.
          Başqa sözlə yaradılış, Allah tərəfindən mümkün mövcudata nisbət olan yaxşılıq və səxavətdir. Belə bir yaradılış zatən gözəldir. Belə bir hərəkəti reallaşdırmaq isə işin özünün gözəl olmasından başqa digər bir şeyə ehtiyac duymur. O, yaratmaqla kamala kömək edir və hər bir üstün mövcudun kamal vasitələrini onun ixtiyarında qoyur. Ondan imtina etmək isə paxıllıq və nöqsandır. Deməli hikmət və tam kamal sahibi olan Allah dünyanı yaratmağa və onu hikmətin sonunda qərar verməyə layiqdir. Deməli İlahinin yaratması hikmət üzündən baş verir. Buna baxmayaraq yaradılış mərhələsində istər yaradan və istərsə də məxluqat tərəfindən nə bir ehtiyac və nə də bir ehtiyaclı var idi.
          Amma Allahtaala bütün kamala sahib və bəlkə də bütün kamalatın özüdür. Buna görə də o yaratmaqla səxavət sahibi olmur, bəlkə səxavət sahibi olduğu üçün dünya və insanı yaratmağa məşğul olur. Buna görə də deyilmişdir. “Dünyanın yaradılması Allahın səxavət sahibi olmasının səbəbi və girişi deyil, onun səxavət sahibi olmasının və onun təcəlla tapmasının zərurətidir”. Buna görə də dünyanın yaranması və İlahinin mütləq səxavət sahibi olması arasında olan bu zərurət o demək eyildir ki,
 “Allah səxavət sahibi olmaq üçün dünyanı yaratmaq zərurətində qalmışdır”! Bu ifadə müəyyən formada ehtiyac hesab edilə bilər. Keçən şərhlərə diqqət etdikdə isə məsələnin əksinə olduğunu görürük. Yəni Allahtaala səxavət sahibi olduğu üçün səxavətinin nəticəsi də dünyanın yaradılması olmuşdur.[40]
 
  
Sual 6: Əgər Allah dünyanı, insanı və məni yaratmasaydı nə olardı?
          İlk öncə məsələyə giriş kimi qeyd edək ki, “yaradılış” İlahi lütflərdən qaynaqlanan bir nemətdir. Əgər yaradılmağa ləyaqəti olan amma yaradılmayan bir şey olsaydı o zaman tənqidə yol açılardı. Çünki məsələyə ağıl və fitrət ilə yanaşdıqda həmişə “olmaq” və “malik olmaq” , “olmamaq” və “malik olmamaq”- dan daha yaxşıdır. İndi isə sualda qeyd edilən hər üç məsələni ayrılıqda müxtəsər formada izah etməyə çalışacağıq:
Birinci. Dünyanın yaradılması İlahinin mütləq səxavət və kamalının ayrılmaz hissəsidir. Yaradılışı həyata keçirtməmək isə paxıllıqdır və İlahi səxavəti inkar edir. Bu isə, Allahın pak zatından uzaq bir şeydir.
İkinci: İlahinin səxavət kamalı, yaradılmağa ləyaqəti olan hər bir şeyin yaradılmasını tələb edir. Buna görə də Allahtaala bitki, cansız, heyvan və mələk  -onların hər biri özünün mövcudluq iyerarxiyasına uyğun olaraq məhdud və qeyri – ixtiyari kamal sahibidirlər- ilə yanaşı qeyri- məhdud kamal sahibi, yer və səmaya meyl edən “insan” adlı bir mövcud yaratdı. Bu mövcud öz ixtiyarı ilə aləmin bütün məxluqatından daha yüksəkliyə qalxa bilər və özünün ixtiyari təkamülü ilə İlahi camalın ən böyük təcəssümünə çevrilə bilər. Belə bir mövcudun yaradılması Allahın səxavət kamalının tələbatı, bəlkə yaradılmaq üçün ən layiqli mövcud hesab edilir. Buna görə də Allahtaala hər bir şeyin yaradılışının ona görə olduğunu bildirir.[41]
Üçüncü: Bu suala iki istiqamətdən yanaşaq:
          Birincisi əvvəldə də qeyd etdik ki, İlahinin səxavət kamalı yaradılmağa ləyaqəti olan hər bir şeyin yaradılmasını və bu yaradılış üçün paxıllıq göstərməməsini tələb edir. Deməli bizim hər birimiz zati mümkünlük baxımından İlahi səxavətin əldə edilmə qabiliyyətinə malikik. O da öz səxavət tələbi ilə bizi yaratdı. Çünki bizi yaratmaqdan imtina etməsi İlahinin mütləq kamalı ilə uyğun gəlmir.
          İkincisi isə varlıq dünyası sistem və səbəbiyyət qanunu əsasındadır. Necə ki, bütün yaradılış dünyası İlahinin yaratdığıdır. Yaradılış dünyasının özünün də daxilində hər bir fenomen öz səbəbinin nəticəsidir.
          Üçüncüsü: Əgər hər hansı bir səbəb varsa, onun nəticəsinin olması da zəruridir. Nəticənin özünün tam səbəbindən yayınması qeyri- mümkündür.
          Varlıq fenomenləri həmin “səbəbiyyət qanununa” görə xüsusi bir sistem və nizama malikdir. Bir fenomenin mövudluğu digər yüzlərlə fenomenin mövcudluğundan təsirlənir və digər yüzlərlə fenomenə təsir göstərir. İndi əgər fərz etsək ki, “tam səbəblər mövud olduğu halda nəticə yaranmır”, o zaman bu səbəb- nəticə qanununun pozulması deməkdir. Buna görə də əgər sizin dünyaya gəlməməyiniz müzakirə obyektidirsə, o zaman sizin mövcudluğunuzun səbəbi də olmamalıdır. Sizin mövcudluq səbəbinizin olmaması isə o halda baş verir ki, onun səbəbi olmasın. Elə bu minvalla minlərlə, milyonlarla və milyardlarla digər fenomen də mövcud olmamalıdır. Bunun zərurəti isə bütün yaradılış sistemində dəyişikliyə və ya ümumiyyətlə yaradılışın tətilinə gətirib çıxaracaqdır. Deməli Allahın hər şeyi yaratması, amma məni yaratmama fərziyyəsi isə puç və xam bir xəyaldır. Fəlsəfi terminlə desək: “dünyadan bir şeyin ixtisara salınması hər şeyin ixtisara salınması deməkdir”.[42]
 
  
Yaradılış və “...لولاک"  hədisi

Sual 7. Hədislərdə vardır ki, “لو لاک لما خلقت الافلاک... و لولا فاطمة لما خلقتکما”. İndi isə sual bundan ibarətdir ki, bu nə deməkdir yəni peyğəmbər (s) dünyanın yaradılış məqsədidir? İkincisi isə Fatimə (s) – ın məqamı peyğəmbərin (s) məqamından üstündürmü?
 “لو لاک لما خلقت الافلاک...”  Hədisi “bəharul- ənvar”[43] kitabında qeyd edilmişdir. Bu barədə aşağıdakı üç mənadan biri təqdirə layiqdir:
1. Dünyanın yaradılışı məqsədi, peyğəmbərin mövcudluğu olmadan reallaşa bilmir. Qurana görə bütün dünya insan üçün yaradılmışdır:[44] “خلق لکم ما فی الارض جمیعا” İnsan da bəndəlik etmək üçün yaradılmışdır:[45] “وما خلقت الجن و الانس إلا لیعبدون”. Peyğəmbərlərin yol göstərməsi olmazsa, İlahini həqiqi formada ibadət etmək və insanlar arasında kamal yolunu getmək mümkün ola bilməz. Peyğəmbər (s) İlahinin kamil dininin peyğəmbəridir. Deməli peyğəmbər həzrətləri olmadan İlahinin bəndələri arasında yaradılış məqsədi tam olaraq reallaşa bilmir.
2. Peyğəmbər dünyanın yaradılış məqsədini bütünlüklə özündə əks etdirir. Belə ki, o olmadan dünyanın yaradılış məqsədi reallaşa bilməzdi. Buna baxmayaraq digər insanların hər biri kamalının dərəcəsi səviyyəsində həmin məqsədi nisbi olaraq reallaşdırmışlar. Başqa sözlə insanın yaradılışından məqsəd mümkün kamalın ən yüksək həddinə çatmaqdır. Bu hədəf onun son dərəcəsində kamil insan və İlahinin xüsusi bəndələrində reallaşa bilir. Kamil insan və İlahi bəndələrin ən mükəmməli isə peyğəmbər (s)- dir.
3. Qeyd etdik ki, islam peyğəmbəri dünyanın yaradılış məqsədini özündə tamamilə əks etdirən bir şəxsdir. Bununla yanaşı İslam peyğəmbərinin bu dünyada həmin kamalı reallaşdırması üçün bütün bu dünyanın yaradılması və bütün bu insanların (mömin və kafir olmasından asılı olmayaraq) xəlq edilməsi lazım idi. Bu zaman İslam peyğəmbəri təkamül və inkişaf edə, habelə öz qabiliyyətlərini müxtəlif şəraitdə göstərə bilərdi. Digər insanların hər biri də kamal dərəcəsinə görə yaradılışın məqsədidir. Yəni onların kamal dərəcəsi nə qədər çox olarsa yaradılışın əsas məqsədinə bir o qədər yaxınlaşmış olur və nöqsanları çərçivəsində isə ondan uzaqlaşırlar.
          Qeyd edilən üç məna bir- biri ilə  uzlaşa bilir. Allah bütün insanların son kamala çatmasını istəyir. Bu kamal İlahi dinə itaət etməyə bağlıdır. Sonuncu və kamil dini isə İslam peyğəmbəri gətrimişdir. Digər tərəfdən hər bir insan nə qədər kamala çatarsa özündə yaradılış məqsədini reallaşdırmış olur, özünün ixtiyari nöqsan və çatışmamazlıqlarında yaradılış məqsədindən uzaq düşür. Deməli bu çatışmamazlıqların mövcudluğu əsas məqsəd deyil. Əsas məqsəd məxluqatın kamalıdır. Peyğəmbər onu kamil formada əks etdirəndir.
Fatimə (s) nın məqamı
          Bu rəvayət belə qeyd edilmişdir:[46] “ولولا علی لما خلقتک و لولا فاطمة لما خلقتکما” yaxud “فلولا کم ما خلقت الدنیا و الاخرة و لا الجنة و النار”[47] və habelə “و لولا کما خلقت الافلاک”.[48]
          Bu (و لولا فاطمة لما خلقتکما) rəvayətin sənədinin düzgün olub- olmamasını araşdırmadan onun üçün bir sıra məna və yozumlar vermək mümkündür. O cümlədən imamlar dinin qoruyucularıdır. Əgər peyğəmbərin (s) vəfatından sonra imamət olmasaydı, peyğəmbərin dini təhrif ediləcəkdi. Başqa sözlə Allahtaala sonuncu dini “imamət” vasitəsi ilə qoruyur. İmamlar da –həzrəti Əli (ə) istisna edilməklə- həzrəti Fatimənin övladlarıdır. Bu məsələ o qədər önəm daşıyır ki,  imam zaman (s) buyurur: “peyğəmbərin qızı mənim üçün yaxşı bir nümunədir...[49]”. Buna görə də bir tərəfdən yanaşdıqda demək olar ki, “əgər Fatimə olmasaydı, dinin qorunma səbəbi olan imamlar da olmaz və din də qalmazdı. Habelə əgər həzrəti Fatimə olmasaydı sonuncu imam da yaradılmazdı. Halbuki sonuncu imam vasitəsi ilə insan və dünyanın yaradılışının son hədəfi reallaşa biləcəkdir”.
 
  
Kamal və yaradılış
Sual 8: Allah bizi kamala çatmaq üçün yaradıbsa, o zaman kamal nə üçündür? Kamala çatandan sonra nə olacaq? Deyilənlərə görə behiştə gedəcəyik, yaxşı behiştə gedəndən sonra nə olacaqdır? Görəsən əbədi olaraq behiştdə qalmaq yorucu deyilki?
Kamal nəyə lazımdır?
          İlk öncə qeyd etmək lazımdır ki, insan üçün səadət və kamal onun zatının tələbatıdır və onun daxili ehtiyacı və vücudunun quruluşuna uyğundur. Ağacın inkişaf və meyvə verməsi onun təbii strukturuna uyğundur. Bu inkişaf və kamal hamı üçün xoşagələndir. İnsanın yüksəlişi və kamalı hamıya xoşagələndir. Belə ki, kamala çatmaq üçün bəşərin meyl və istəyinin məhdudiyyəti yoxdur. Təbii olaraq insanlar bütün yaxşılıq və gözəllikləri izləməli olurlar. Buna görə də behişt gözəllik, yaxşlıq və yaxşıların məskəni kimi bütün ağıllı və ürəyi təmiz insanların istədiyi yerdir.
Behiştdə usanmaq olmur
          Əziyyətə səbəb olan məsələ enerjinin, yorğunluğun azalması və “ləzzətin keçici” olmasıdır. İnsanın usanmasına səbəb olan şey “ləzzətin eyni cür olması” dır. Halbuki quran behişt nemətləri barəsində buyurur:[50] “  لهم فیها ما یشاؤن” onlar nə istəsələr orada onlar üçün hazır olar.
          Yenə buyurur:[51] “ ... هم فیها خالدون” onlar orada əbədi qalarlar. Buna görə də orada heç bir məhdudiyyət yoxdur. Orada nə istəyib təsəvvür etsələr onlar üçün hazır olar. Onların behiştdən yorulub təngə gəlmələri üçün təsəvvür ediləsi bir arzuları yoxdur. Digər tərəfdən nemətin sona çatacağı qorxusu yoxdur. Buna görə də hər hansı bir əziyyət də yoxdur.
          Şəhid Mutəhhəri bu barədə yazır: “İnsan həmişə sahib olmaq axtarışındadır. İnsan bir şeyə yiyələndikdən sonra həvəsi azalır və bəlkə də nifrət və təngə gəlmək baş verir. Səbəbi isə insanın ürəyinin dərinliklərində istədiyi şeyin o olmamasıdır. Lakin onun olduğunu təsəvvür edirdi. Əslində isə daha üstün bir şeyin yəni mütləq kamalın axtarışındadır”. İnsan qeyri- məhdud kamal axtarışındadır. Nöqsan və yoxluq olan məhdudiyyətdən nifrət edir. Yiyələndiyi hər bir kamalı ilk öncə həmin qeyri-məhdud kamalın parıltısını bu məhdud kamala doğru çəkir. Bu zaman isə axtardığı və itiridiyinin o olduğunu təsəvvür edir. Bir avtomobil, ev və ya filan mod arxasıyca gəzir və həqiqi itirdiyinin bundan ibarət olduğunu təsəvvür edir. Lakin ona sahib olduqdan sonra onu istədiyi kimi görmədikdə yenə də digər bir şeyin axtarışında olur. Ona da sahib olduqdan sonra doymadığı üçün yenidən ondan usanaraq başqa bir şeyin axtarışında olur və s... İndi əgər bu insan mütləq mənada olan bir kamala çatdıqda (yəni fitrətində olan şeyə) orada rahatlıq tapa bilir. Bu zaman isə artıq usanmır və dəyişiklik axtarışında olmur. Sanki okeana daxil olduqdan sonra birdəfəlik olaraq sakitləşən coşan çaya bənəzəyir.
          Quran behişt barəsində deyir:[52] “خالدین فیها لا یبغون عنها حولا” əbədi olaraq orada qalacaqlar və oradan ayrılmaq istəməyəcəklər. Bundan əlavə behiştdə olan mənəvi ləzzətlər, peyğəmbərlər, imamlar, İlahi övliyalar və İlahi görüş, təsəvvür edilməz bir ləzzətdir.
Hafiz deyir:
Üzünün simasından aydın bir nəzər yoxdur ki, yoxdur
Sənin qapıvın torpağını görməyə minnəti yoxdur ki, yoxdur
Sənin üzünə nəzər edən əlbəttə nəzər sahibləridir
Sənin saçının sirri heç bir başda yoxdur ki, yoxdur
Yaxud Sədi deyir:
Dünya ilə fərəhlənirəm halbuki fərəh dünyası onundur
Bütün aləmə aşiqəm çünki bütün aləm onundur
Şübhəsiz nə fələk doğrudur və nə mülk əldə etmək olur
Bəni Adəmin sirri nədirsə ondandır
          Adəm övladının sirrini nədə görürlərsə, həmin şey bəndənin öz Allahı ilə həqiqi bağlantısından başqa bir şey deyildir. Hər nə ilə əlaqə yaratsa müvəqqəti və qeyri-həqiqi əlaqədir. Bir gün onu aradan qaldıracaqdır.[53]
 
  
Sual 9: Əgər insanın yaradılmasından məqsəd son kamala çatmaqdırsa, o zaman niyə Allahtaala bütün kamalatı bir yerdə və başağrı olmadan ona vermədi?
          Həqiqət budur ki, insan yaranmazdan öncə bir tərəfdən canlı və cansız mövcudatın (daş, bitki və heyvan) hər biri bu dünyada özünəməxsus xüsusiyyətlərlə sabit və ya hərəkət halında yaradılmışdılar. Digər tərəfdən mələklər kimi qeyri-maddi mövcudat da mövcud idi. Onların hər biri özünə məxsus vəzifə və məsuliyyət ilə bu dünya həyatı prosesində rol oynayırdılar. Həmin iki qrupdan əlavə uca Allah insanı daha geniş ixtiyar ilə yaratdı. Belə ki, varlıq dünyasının imkanlarından faydalanmaqla müxtəlif sahələrdə iştirak etmək bacarığına sahib ola bilsin. Cəhənnəmin ən aşağı yerinə süqut etmək və kamalın ən üstün mərhələlərinə yüksəlmək imkanı olsun. Belə ki, öz ixtiyarı ilə heyvandan daha aşağı və ya mələklərə təlim vermək ləyaqətinə malik olsun.
Necə ki, qurani məcid alçaq insanların tanıtdırılması barəsində buyurur:
"أو لئک کالأنعام بل هم أضل أوالئک هم الغافلون"[54]
“Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!”
          Digər tərəfdən uca olan Allah həzrəti Adəmi insanlığın simvolu kimi mələklərə müəllim olmaq məqamı verdi.[55] “قال یا آدم أنبئهم بأسمائهم”  (Sonra O: “Ey Adəm, bunların adlarını onlara bildir!”- dedi.!)
          İnsanın düşünülmüş və ixtiyarı formada kamalın ən yüksək mərtəbəsinə çata bilməsi xüsusiyyəti onu İlahinin xəlifəsi olmaq ləyaqətinə yüksəltmişdir. Bu o halda baş verir ki, həzrəti Adəm yaradılmazdan öncə mələklər kimi mövcudat var idi və onlar bir yerdə və başağrısı olmadan kamalatın xüsusi bir pilləsinə yiyələnmişdilər. Amma Allahtaala insanı onun öz təkamülünü çalışmaq, proqram və iradəsi ilə nizamlamaq üçün bu xüsusiyyətdə yaratdı.
Hədisdə vardır ki, uca olan Allah
Aləmi üç formada yaratdı
Bir qrupun hamısının vücudu ağıl və elmlə
O, səcdədən başqa bir şey bilməyən mələkdir
Onun tərkibində tamah və nəfs yoxdur
Allahın eşqindən yaranan tam nurdur
Digər bir qrupun elmi yoxdur                      Heyvan kimi ot ilə kökəlir
O, ot və tövlədən başqa bir şey görməz         Zülmkarlıq və şərəfdən acizdir
Üçüncüsü isə insan və bəşərdir   Yarısı mələkdən və yarısı isə eşşəkdən
Özünün yarı eşşəkliyi ilə aşağıya meyl edir  Digər yarısı ilə ucalığa meyl edir.
Mübarizədə hansı qələbə çalarsa               Oyunu da o udmuş olar.[56]
          Deyilənlərdən belə anlaşıldı ki, məxluqat arasında olan ixtiyari kamalat əldə edilməyən kamalatdan yüksək pillədə qərarlaşır. Buna görə də saleh insan bütün məxluqat içərisində hamıdan və hətta mələklərdən də yüksək səviyyəyə qalxır və Allahtaala da bütün dünyanı insanın xidmətinə vermişdir. Buna görə də o üstün kamala (əldə edilən və ixtiyari kamalat) sahib olur. Bütün kamalatı bir yerdə qərarlaşdırmaq, ixtiyari kamalatı inkar etmək mənasını verir. Belə bir şey isə insanın mahiyyətinin mələklərə bənzər mövcudat formasında dəyişilməsinə və dünya sistemində əsaslı dəyişikliyə gətirib çıxarır. Belə ki, dünya insanın müxtəlif nümunələri və eniş- yoxuş olmadan mövcud olacaqdır. Bu isə axirət aləmində də dəyişiklik zərurəti yaradacaq və qiyamətin mənası qalmayacaqdır. Bu halda insan adlı bir mövcudun yaradılmasına ehtiyac qalmayacaq, çünki mələklər əvvəlcədən mövcud idilər. Halbuki insanın imtiyazı onun dünyanın bütün bu  eniş- yoxuşları, yaxşı və pislikləri seçmək qüdrətinə sahib olması və yaxşı yol seçərək mükafat sahibi ola bilməsindədir.
 
  
İcbari həyat:
Sual 10: Görəsən deyə bilərəm ki, “mən həyata razı deyildim, məcburi olaraq doğulmuşam, əgər günah edirəmsə günahım məni yaradanın boynundadır?” Əgər Allah məni yaratmasaydı mən günah etməzdim və axirətin bütün əzabına dözmək məcburiyyətində də qalmazdım?
          Əgər insan həqiqətən öz mövqe və məqamını bilərsə, şikayət və narazılıq bildirməz. Bu barədə bir neçə məsələyə diqqət etmək zəruridir.
Birincisi. İnsan varlığın gülsəbəti, onun tac və gövhəri, habelə bütün məxluqatın əşrəfidir. Həqiqətdə bütün dünya onun üçün yaradılmışdır.[57]
Başın üstündə “kərrəmna” tacıdır        
“Ətəynakə” boyunbağısı səndən asılmış
İnsan substansiyadır və onun çarxı aksidensiya
 Hamısı əsas və bünövrədir və o isə məqsəd
Ey qul ağıl, tədbir və düşüncədir
Əgər beləsənsə, özünü ucuz satma[58]
İkincisi: Bu həqiqəti unutmamaq lazımdır ki, batini nurun xüsusiyyəti insanın fitrətindən qaynaqlanır. Əgər bu İlahi mənbə (fitrət) diri olaraq qəbirə qoyulmazsa və nəfsani istəklər və çirkinliklərin tozu onu örtməzsə həmişə işıq saçacaqdır. Amma əgər “günah” zülmətinin arxasında gizlənərsə günahkar insan öz həqiqətini görməz, nuru olmadığı üçün özünü itirərək bir müddətdən sonra özünü tamamilə unudacaqdır. Yalnız elm və məhəbbət ilə insanın fitrəti parıldayacaqdır. Çünki elm Allahı insana aşkar edir və ikinisi isə insanı özünün əsas başlanğıcına (Allahına) yetirir:  “العلم یدل علیه و الوجد یدلّ له”[59]
          İnsanlar özünü ucuz satmamaq üçün özlərini yaxşı tanımağa çalışmalı və bu dünyada mövcud olmaqdan özlərini narazı hiss etməməli, bəlkə özünün bu dünyada mövcud olmasından istifadə edərək ən çox maddi və mənəvi ləzzətlərdən faydalanaraq, axirət dünyasında əbədi səadəti özləri üçün ərməğan gətirməldirlər.
Özünü tanımadı biçarə bir insan              Artıqlıqdan gəldi və azlıqda oldu
Özünü bir nəfər ucuz satdı        Öz atlası idi mahmızçiçəyi üzərində tikdi[60]
Ümidin əhəmiyyəti:
          Uca olan Allah onun rəhmətindən naümid olmağı böyük günah hesab edir və əziz İslam peyğəmbərinə xitabən buyurur:
قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنفُسِهِمْ لَا تَقْنَطُوا مِن رَّحْمَةِ اللَّهِ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعاً إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
“De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! ”[61]
Onun əyri toxumasına baxmayaraq, haqq fəziləti
Nəhayət bu minvalla onu pak edir
Rəhməti o qədər üstündür ki
On dörd gecəlik aya nur vermiş
Semakdan[62] bunun hansına yağış yağarsa
Nəhayət pisləri çirkinlikdən pak edər[63]
          Bu halda nə narazı qalmaq üçün və nə də ümidsizliyə qapılmağın mənası vardır. Elə isə günah niyə və əzəmət nə üçün?!
          Əlbəttə Allah insanı yaratmasaydı,  günah edə bilməzdi. Amma bu onun günahının Allahın üzərinə düşməsi anlamını vermir.
          İnsanın yaradılması elm öyrənməyə bənzəyir. Elm, insanın tərəqqi, yüksəliş və inkişafının ən həyati tələbat və vasitələrindən biridir. Amma həmin elmdən çox sui- istifadələr olmuş və bəşərə əvəzedilməz ziyanlar dəymişdir. Elm olmasaydı kimyəvi, atom və bioloji ölüm silahları da olmayacaqdı. Amma bunun mənası o demək deyildir ki, elm pisdir və dünyanı təlatümə gətirən müharibələrin günahı elmin boynundadır. Pis olan imanın olmaması və onun kənarında düzgün istiqamətvericinin olmamasıdır. Müqəssir olan özünün nəfsi istəklərinə çatmaq yolunda elmi özünün qüdrətinin alətinə çevirən nəfsinə hakim olmayan insandır. Bizim vücudumuz yaxşıdır. Əgər Allahın əbədi səadətə nail olmaq itiqamətində bizə verdiyi müxtəlif vasitə və istedadlardan yaxşı istifadə etməsək,  pis olacaqdır.    Bundan da pisi odur ki, məsuliyyətdən yayınmaq məqsədi ilə öz təqsir və nemətə naşükürlüyümüzü mehriban Allahın boununa atmağa çalışırıq.
 
  
Xüsusiyyətlərin fəlsəfəsi:
Sual 11: Əgər insanın yaradılışının əsas hədəfi İlahiyə yaxınlaşmaqdırsa, o zaman niyə insanda onu dünyanın aldadıcı görkəmi və maddi ləzzətlərə doğru çəkən xüsusiyyətlər qoyulmuşdur.  İnsanların çoxu onların müqabilində zərər görür. Görəsən bu, hikmətə zidd və məqsədin aradan getməsi deyilmi?
Doğurdan da insanda iki meyl vardır:
1.     Səmaya (yüksəlişə) doğru inkişaf və kamala meyl
2.     Üzü yerə (aşağıya) tərəf və rahatlığa meyl etmək
          Adi qaydada normal insan daha çox rahatlıq və dincliyə meyl edir. Misal üçün insan susuzluq və aclıq hiss etməsəydi - bədəninin suya ehtiyacı olsa da- su içmək üçün çox ləng hərəkət edərdi. Bu insanda olan rahatlıq tələb etmək xüsusiyyətinin qələbə çalması deməkdir. Hikmət sahibi olan Allah insanı hərəkətə gətirmək və onda stimul yaratmaq məqsədi ilə təbii olaraq yaradılışdan başlayaraq, insanın su tapmaq naminə hərəkətə keçməsi üçün onda susuzluq hiss etmək və susuzluğa dözüm xüsusiyyəti yerləşdirmişdir. Bir sıra işlərə də dözmək çox çətindir. Amma Allahtaala həmin işlərdə ləzzət yerləşdirməklə, insanın həmin ləzzətə sahib olmaq xatirinə zəhmətlərə dözməsinə stimul yaratmışdır. Ən yaxşı nümunələr sırasında övladın tərbiyəsi və həyatın idarə etmə çətinliklərinə dözməkdir ki, əgər şəhvət və cinsi ləzzət olmasaydı çox güman ki bir çox insanlar ailə həyatı qurmaq və ailə məsuliyyətini qəbul etmək üçün addım atmayacaqdılar. Bu İlahi hikmətin əlaməti və varlıq dünyasının həqiqi sistematikasıdır. Bilmək lazımdır ki, “həyat” sistematik məcmuədə o hədəflərə çatmaq üçün lazım olan vasitə və hədəflərə tabedir. Buna görə də ana bətnində olan həyatın necəliyi, imkan və şəraiti dünyada yaşamaqdan fərqlidir. Deməli bu həqiqətin ifadəsindən sonra yaxşı dərk edirik ki, dünyada yaşamaq, insanın cism və ruhunun müxtəlif tələbatlarını yerinə yetirmək, dostlarla necə münasibət qurmaq və düşmənlərlə necə mübarizə aparmaq və s... üçün xüsusi vasitə və qüvvələrə ehtiyac duyuruq. O cümlədən şəhvət, qəzəb, xəyal və ağıl qüvvəsinin hər biri şəxsin həyat dairəsinin gəzintisi və digərləri ilə münasibətdə xüsusi bir rol oynayır. Bütün bu qüvvə və xüsusiyyətlərin  mövcudluğu varlıq sisteminin möhkəmlənmiş həndəsəsinin göstəricisi və tərifidir.
          Əlbəttə bir çox hallarda şəhvət və qəzəb qüvvəsindən ifrat şəkildə sui- istifadə olunduğu üçün fitnə və çaxnaşmalar yaranır. Amma demək olar ki, yaxşıların formalaşması və gözəlliyin simasının aşkara çıxması üçün onun xərcləri də ödənməlidir. Necə ki, bir neçə misqal (təqribən 5 qram- mütərcim) qızıl əldə etmək üçün tonlarla mədən daşlarını isti kürələrdə yandırır və bir almaz süxurunu əldə etmək üçün milyon illər daşlaşmaları müxtəlif təzyiqlər altında saxlayaraq bu prosesdən almaz əldə edirlər. İnsan cəmiyyəti də dünya sistemində bu universal qanundan kənar deyildir. Buna görə də yaxşıların hərəkətə keçməsi və İlahi övliyaların meydana çıxması üçün hamı dünyanın eniş- yoxuşunda qərarlaşmaq məcburiyyətindədirlər. Necə ki, bir qrup tərbiyəçini tapmaq üçün çoxlu təhsil mərkəzi və məktəblər açaraq, onlar üçün yetərincə xərc çəkirlər. Əlbəttə qızıl və almazın tapılması üçün lazım olan bütün şeylər və elmin ən üstünlərini tanımaq yolunda iştirak edən fərdlərin hər biri vücuddan faydalanmış, gözəlliklərdən ləzzət aparmış və elmin müəyyən bir dərəcəsinə sahib çıxmışlar. Buna görə də hamı və hər şeyin bir qrup insana fəda olmasını söyləmək doğru deyildir. Bəlkə hər kəs öz yerində və öz çalışdığı qədər bu prosesdə rol oynayır. Bunun müqabilində isə dünya və axirətdə mənəvi ləzzətlər və maddi faydalar əldə edirlər. Bu isə Allahın dünyanın makro sisteminin həndəsəsini onun üzərində qurduğu hikmətin göstəricisidir. Əlbəttə öz ədalətinə əsaslanaraq hər kəsdən onun özünün istedad və imkanına görə sual edəcəkdir. Buraya qədər dünyada başlanğıcdan sona qədər həyatın vəziyyəti barəsində ümumi bir yanaşma ilə qısaca cavab verildi və bu vasitə ilə insanda xüsusiyyətlərin –gözəl və çirkin simaya malik olması- yerləşdirilməsinə məntiqi cavab verildi. Buna baxmayaraq bir çox insanlar onun çirkin simasına giriftar olmuş və bu barədə zəiflikləri vardır. Amma bu dünyanın həyat sisteminin formalaşması və onun məqsədyönlü olması istiqamətində ödənməsi lazım olan xərclərdir. Əlbəttə cinsi instinkt barəsində fərdi və sosial formada yanaşaraq demək olar ki, bu instinktin kontrol və ram edilməsinin hər birinin özü də bir sıra amillərdən asılıdır. Onun mühüm faktorları insanın iradəsi, yuxu, yemək və arzular kimi fərdi proqramlaşmadan yaranır. Habelə cəmiyyətin sosial və mədəni makro proqramlarının da buna təsiri vardır. Belə ki, qanunlar üçün geniş imkanlar yaranmalı və kobudluqlar mümkün qədər tez ortadan qaldırılmalıdır.
Bu mövzunun daha da anlaşılması üçün bir neçə məsələyə diqqət etmək lazımdır:
1. Bu cümlə “Allah insanı cinsi instinkt və digər xüsusiyyətlər baxımından ziyana uğrayan olaraq yaratmışdır ” düzgün yanaşma deyildir. Allah insanı iki güclü davranış və əks davranış (maddi və mənəvi) ilə yaratmışdır. İnsanın özü isə Allahın ona verdiyi güclü iradə sayəsində birini digərindən üstün tutur və birinə tabe olaraq digərindən imtina edir. Deməli nəticə etibarı ilə insanın ziyana uğraması onun özünün istək və iradəsindən asılıdır. Bilvasitə Allaha aid olan isə belə bir güclü instinktin insanda yerləşdirməsidir. Amma ondan ziyan görməsi isə insanın özünə aid olan məsələdir.
          Qüdrət və bacarığın mənası da insanın iki müxalif istiqamətdə fəaliyyət göstərmə mümkünlüyüdür. Belə olmadıqda isə qüdrət və bacarığın anlamı qalmır. Buna görə də hər bir gözəl işi bir kəsə aid edərkən və hər bir şey üçün qabiliyyət və ləyaqəti isbat edərkən, o zaman bu məsələ dəyər qazanır ki, onun pis işi görməyə və bir işi yerinə yetirməkdən imtina etmək qüvvəsinə sahib olmaq imkanı olsun.
          2. Pislər və yaxşıların formalaşması həm yaxşı və həm də pis simasına malik olan şəhvət və qəzəb kimi instinktlərin olması ilə mümkündür. Belə demək olar ki: gözəlliklərin siması pisliklərin kənarında olan zaman meydana çıxır. İlahi insanlar, şəhvətə aludə olmuş, süst və haqqla mübarizə aparan insanların kənarında dəyər qazanmış olurlar. Buna görə də insanların həyatına geniş bir baxışla baxdıqda, yaxşıların formalaşması və gözəlliklərin təcəlli etməsində qəzəb və şəhvət qüvvəsinin olmasının səmərəli rolu vardır.
          3. Fəsad sahələri çoxluq təşkil edərək, bir çox insanlar üçün narahatlıq yaratsa da, amma cavan və cavan ürəklilərin iradəsi qarşısında qəzəbin alovlanması və şəhvətin coşması sadəcə aram olmaqla yekunlaşmır, bəlkə şəhvət qarşısında sadəcə bir dəfə müqavimət göstərmək insanın həyatında xoş izlər buraxır. Hətta növbəti səhnələrdə çox asanlıqla böhranları arxada qoymağa səbəb olur. Sizin də öz həyatınızda belə bir təcrübə yaşamağınız mümkündür. Xristianlıqdan fərqli olaraq İslam dini instinktlərə mənfi yanaşmır. İslam dini bütün bu məsələləri yaradılışın hikmətinə xidmət etdiyi üçün faydalı hesab edir. İslamın rədd edərək qəbul etmədiyi məsələ isə şəhvətin əsirinə çevrilmək, insanın onlar qarşısında təslim olması və insanın özünün ən yüksək tərəfindən xəbərsiz olmasıdır. Amma instinktlərdən doğru- düzgün istifadə etmək və ondan inkişaf yolunda faydalanmaq məsələsini isə İslam dini təkid edir.
          4. İnsanın şəhvət və instinkti o cümlədən cinsi instinktini gözəl gormada kontrol etmək mümkündür. Burada kontorl etməkdən məqsəd ondan düzgün istifadə etməkdir.
          5. İnsanın ixtiyar sahibi olması İlahinin bəxş etdiyi ən böyük nemətlərdən biri olmaqla, insanın davranışlarının idarə edilməsində çox güclü rola malikdir. İradəni asanlıqla gücləndirmək olar və onu gücləndirməklə ən çətin məsələləri asanlıqla həll etmək olar. Bir yeniyetmə insan, güclü instinktlərə malik olmaqla yanaşı iradəyə sahib olmaqla çox böyük müqavimət göstərə bilir və onda mənəvi istiqamət və ruhun paklığı da çox yüksəkdir. Allahtaala qurani məciddə həzrəti Yusif və “Əshabe kəhf” kimi cavanları nümunə gətirməklə onların özlərinin güclü iradəsi ilə instinktlər və hadisələrin ağır tufanı qarşısında müqavimət göstərərək bəşər tarxində çox böyük iftixar sahibi olmasına diqqəti yönəldir. İslam inqilabı tarixində də “Hüseyn Fəhmide” kimi imanlı yeniyetmələr, cavanların sahib olduğu möhkəm iradə və imanı nümayış etdirə bildilər.
          6. İlahi yardım; Allahtaala həmişə ciddi formada günahdan uzaq olmaq istəyən və təmiz yaşamağı qarşısına məqsəd qoyan insanların yardımçısı olmaqla onların əlindən yapışır.
"و الذین جاهدوا فینا لنهدینّهم سبلنا و إنّ الله لمع المحسنین"
“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!”[64]
          Qurani kərim, Yusifin günahdan xilas olmasının səbəblərindən biri kimi “İlahi yardımı” qeyd edir. Əlbəttə bu tip yardımlar yalnız həzrəti Yusifə aid deyil, bəlkə hər kəs günahdan uzaq olmaqda göstərdiyi ciddilik və bu sahədə Allahdan istədiyi yardıma görə onun tərəfindən yardım alır. İlahinin Yusifə etdiyi köməkliyin fəlsəfəsi isə onun səmimi surətdə İlahinin bəndəsi olması ilə bağlı idi.[65]
7. Tövbə və qayıdış imkanı; Şübhəsiz ki, bir çox insanlar bəzi hallarda günaha meyl edir, nəfsani istəklər qarşısında təslim olurlar. Amma bununla yanaşı Allahtaala insanların üzərinə tövbə qapısını açmış, insanların çirkinlikdən pak və təmiz yaşaması və öz keçmiş çirkinliklərini İlahinin bağışlaması və peşimançılıq göz yaşları içərisində yuması və əbədi səadətə nail olmaq istiqamətində bir yol yaratmışdır.
          Nəticə etibarı ilə bir tərəfdən instinktlərin olması zəruri olduğu kimi digər tərəfdən isə çirkinliklərdən xilas olmaq üçün lazım olan yollar vardır. İnsan həyatında olan bir prinsip kimi qeyd etmək olar ki; bizim vücudun tutumu ağıl və qəlbin kənarında şəhvət və qəzəb qüvvəsində malik olmaqla yaradıla bilərdi. Bununla da behiştə getmək ləyaqətinə sahib olmağı və ya bədbəxt formada cəhənnəmə düşməyi əldə edirik. Çünki bizim behişt və cəhənnəmimiz bu dünyadan keçməklə əldə edilərək formalaşır. Buna görə də əsas bir məsələ kimi demək olar ki, “dünya” qabiliyyətlərin isbat edildiyi yer, axirət isə qabiliyyətlərin aşkara çıxdığı yerdir. Başqa sözlə, dünya “olmaqlar” məkanı, axirət isə “olmuşlarda” möhkəmlənmək məkanıdır. Buna görə də bizim “behişt dərəcələrimiz” və ya “cəhənnəm mərtəbələrimiz” əvvəlcədən yaradılmamış və biz onu yaradırıq. Onun yaradılması üçün isə ağıl və ürəyin kənarında qəzəb və şəhvət qüvvələrinə ehtiyacımız vardır.
 
 
Cəhənnəmin yaranışı
Sual: 12. Cəhənnəmin yaranma səbəbi nədir? İnsanın anasından da ona mehriban olan Allah öz bəndəsini necə odda yandıra bilir?
          İlahinin hikmət dolu varlıq sistemində behiştin mövcudluğu necə zəruri və faydalıdırsa cəhənnəmin də mövcudluğu o qədər lazım və faydalıdır. Uca olan Allahtaala bəndələri üçün öz nemətlərini sadalayarkən cəhənnəm və onun əzablarını da nemətlər sırasına aid edir və deyir:
(هذه جهنم التی یکذب بهاالمجرمون یطوفون بینها و بین حمیم آن فبایّ آلاء ربکما تکذبان)
“Günahkarların yalan hesab etdiyi cəhənnəm budur. Od və qaynar suyun arasında dolanıb duracaqlar. Belə olduqda Allahınızın hansı nemətlərini yalan saya bilərsiniz?”.[66]
          Cəhənnəmin faydalarından biri də bundan ibarətdir ki, bir çox insanlar pislik, əyrilik və azğınlıqdan uzaqlaşırlar. Nə çox insanlar ki, cəhənnəmin qorxusundan əbədi şərafət və səadətə nail olmuşlar. Əgər hikmət sahibi olan Allahtaala cəhənnəmi nemətlər sırasında qeyd edirsə həqiqətən böyük bir neməti xatrlamışdır. Çünki cəhənnəm olmadan bir çox insanlar bəndəçilik etmir və təkamül istiqamətində addım atmırlar.
Cəhənnəmin sirri:
          Filosof, airf və kəlam almiləri müxtəlif formalarda cəhənnəmin mövcudluq sirri barəsində fikirlər söyləmiş və ona istinad etmişlər. Bəziləri hətta bu məsələ üçün on bir dəlil qeyd etmişlər. Onlardan birini müxtəsər formada qeyd etməklə kifayətlənirik.[67]
          Cəhənnəm insanın əməlinin obyektiv təcəssümündən başqa bir şey deyil. Axirət cəzası dünya cəzaları kimi ənənəvi və  qəbul edilmiş deyil, bəlkə yaradılış baxımından həqiqət olan, insanın özü tərəfindən onu əhatə edən və insanın özünün alovlandırdığı bir qəzəbdir. Qəbul edilmiş cəzalar qəbul edilib və sonradan ləğv edilə bildiyi halda amma yaradılışı baxımından olan cəza, həmin əməlin özünün batini aləmidir. Burada əməl və cəza bir sikkənin iki üzüdürlər. Belə bir münasibətdə pis əməlin mövcudluğu cəzanın mövcudluğu ilə bərabərdir və onların arasında fasilə yoxdur. Buna görə də quran buyurur:
(ومن جاء با لسیئة فکبت وجوههم فی النار هل تجزون الا ما کنتم تعملون)
“Özləri ilə pis əməl gətirənlər üzü üstə oda atılarlar. Əməl etdiklərinizdən savayı bir mukafatınız olacaqmı?”[68]
(یا ایها الذین کفروا لا تعتذروا الیوم إنما تجزون ما کنتم تعملون)
Digər ayədə bildirilmişdir: “Ey kafir olan insanlar bu gün heç bir üzrxahlıq etməyin. Siz ancaq törətdiyiniz əməllərin cəzasını çəkəcəksiniz”.[69]
          Allahtaala onlar üçün əməllərindən savayı yanacaq vasitələri hazırlamamışdır. Bəlkə zülmkarın vücudunun özü cəhənnəmin alovlandırıcı maddə və odunudur.
(و أما القاسطون فکانوا لجهنم حطبا)
“(Haqq) yoldan çıxanlar cəhənnəm üçün odun olacaqlar”.[70]
          Bu zülmkar və ateist bəşər cəhənnəm odunu yandırır və təndirini isti saxlayır. Buna görə də belə bir oda görə Allahdan qorxmaq lazımdır:
(فاتقوالنار التی وقودها الناس و الحجارة)[71]
Quran həqiqətən, məcaz və metaforadan uzaq bir halda buyurur:
(إن الذین یأکلون أموال الیتامی ظلما إنما یأکلون فی بطونهم نار)
“Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək”.[72]
          Həqiqətdə Allahtaala insanı özünün yaxşı davranışı ilə əbədi behişt yarada və həmişə onunla yaşaya bilən ixtiyar sahibi olan bir mövcud kimi yaratmışdır. Yaxud yandırıcı cəhənnəm yarada və cəhənnəmdə onun davranışları onun özünü yandıra bilər. Bəlkə də bundan da bir az irəli gedərək, insan özünün pis davranışı ilə özündən cəhənnəmlik bir vücud yaradır və özü özünün cəhənnəmi olduğunu söyləmək olar. Elə buna görə də əzab ilə öz əsil insanlığını itirən və cəhənnəm şeytanına çevrilən insan arasında ayrılıq salmaq qeyri – mümkündür.
          Əlbətdə qeyd etmək lazımdır ki, cəhənnəm yalnız tövbə, şəfaət və İlahinin geniş bağışlanmağı kimi bütün xoşbəxtlik və səadət qapılarını öz üzərinə bağlayan, onun ilə pis əməlləri arasında heç bir amilin fasilə sala bilmədiyi şəxslər üçündür. Belə bir mərhələyə çatan şəxslər özləri öz alovunu yandırmışdır. Bəlkə də özü öz əli ilə öz vücudunun alovunu yandırmış, onun ilə alov arasında olan fasilə qeyri- mümkündür. Sanki özü ilə şəxs arasında ayrılıq salınmışdır.[73]
          Amma İlahinin mehriban olması və bu mehribançılığın ana mehribançılığı ilə müqayisə edilməsinə gəldikdə isə deməliyik ki, ananın mehribançılığı da Allahın anaların fitrətində borc olaraq qoyduğu İlahi mehribançılığın göstəricisidir. Şübhəsiz ki, Allahın bəndələrinə olan mehribançılığı və səhv iş görənlərə verdiyi möhlət daha çoxdur.
          Amma önəmli olan məsələ budur ki, İlahinin rəhmət və mehribançılığı hikmət və ədalət ilə birlikdədir. Buna görə də əgər tənbeh həddinə çatan bir səhv olarsa belə bir işin baş verməsi labüddür. Əgər səhv çox ağır olarsa (narkotik asılılıq və ya günahsızı öldürmə kimi) hətta ata və ana da öz övladını məhkəməyə müraciət etməklə cəzalandırılmasını istəyir.
 
 
 Cəhənnəm əhlinin yaradılması:
 Sual 13: Əgər insanların çoxu cəhənnəmə gedəcəksə, o zaman insan və təklif aləmi niyə yaradılmışdır?
          İnsanların çoxunun cəhənnəm əhli olması və ya oda daxil olması sübut olmamaqla yanaşı həm də onun əksinin mövcud olması haqqında açıq- aşkar dəlillər vardır. Cəhənnəmdə qalanlar şüurlu şəkildə, qəsdən və eləcə də Allaha inad edərək günah yolunu seçmiş və İlahinin aşkar dəlilləri qarşısında təkəbbür etmişlər, yüzlərlə aşkar işıq olmasına baxmayaraq öz azğınlıqlarına israr etmişlər. Bu qrupun sayı çox olsa da, amma bütün bəşər əhalisi ilə müqayisədə çox azdırlar.
          Digər günahkar və yol azmışlar isə tövbə, şəfaət və ya İlahinin bağışlaması yolu ilə nicat taparlar. Belə olmadıqda isə onlar bir müddət əzaba dözdükdən və çirkinliklərdən pak olduqdan sonra nəhayət ondan xilas olub, əbədi olaraq üstün behiştdə məskunlaşacaqlar. Behiştin onlar üçün əbədi olmasını nəzərə aldıqda, nə qədər əzab çəksələr də, əbədi behişt ilə müqayisə ediləsi deyildir.
          Digər tərəfdən isə yalnız yaxşı davranış sahiblərinin yaradılması insanın ixtiyarını inkar etməyi tələb edir və ya başqa sözlə ixtiyar sahibi olan və digər mövcudatdan onu fərqləndirən insanın yaradılşını inkar etmək anlamına gəlir.
          Məsələyə adi qaydada yanaşmalı olsaq, günahkar insanlar yaxşı işlər yerinə yetirirlər. Allahla müxalifətçilik, inad və ona qarşı küfr etməyin bütün vücudunu əhatə etdiyi az sayda insanlara rast gəlmər olar. Günahkarların bütün yaxşı və pis işləri onların ixtiyari formada olan kamalıdır və yaradılmaq üçün dəyəri var idi. Onlar həmin ixtiyari formada olan kamalları ilə İlahi rəhmətə şamil olurlar. Halbuki  hətta əgər küfr insanın bütün vücudunu tutmuş olsa belə yenə də İlahi hikmət onun yaradılmasını tələb edirdi. Çünki onun özü də öz ixtiyari ilə kamala çata bilən bir mövcuddur.
 
 
Yaradılışın necə olması
Yaradılışdan öncə

Sual 14: Allahtaala dünyanı yaratmazdan öncə hansı işlə məşğul idi?
Bu sual ilə əlaqəsi olan bir neçə məsələni qeyd etmək lazımdır:
          Birincisi burada işlənən “öncə” sözündən məqsəd nədir? Çox güman ki, burada “zaman baxımından öncə” nəzərdə tutulmuşdur. Çünki fəlsəfədə qabağa düşmək və sonra gəlməyin müxtəlif qismləri vardır. Amma sual soruşanın məqsədi şübhəsiz ki, zaman baxımından “öncə olmaq” olmuşdur . Bu halda sual belə olacaqdır “Allahtaala dünyanı yaratmamışdan qabaq, hansı işlə məşğul idi?”.
          Amma bu sual öz daxilində paradoksa malikdir. Çünki zaman hərkət vasitəsi ilə cism üzərinə aksidensiya olan kəmiyyətdən ibarətdir. Buna görə də yalnız hərəkətdə olan və cismani əşyalara aid edilir.
          Bu təhlildən belə anlaşılır ki, zaman hərəkət və cismə aid edilir. Əgər cism və hərəkət olmazsa, deməli zamanın mənası yoxdur.[74] Nəticə etibarı ilə mücərrəd aləmdə zaman yoxdur və zaman maddi dünyaya şamil edilir. Buna görə də ilk öncə maddi dünya xəlq edilir və sonra isə maddənin hərəkətindən zaman yaranmış olur. Dediklərimizdən belə məlum olur ki, sualın özü səhvdir. Çünki ümumiyyətlə götürdükdə pak olan İlahiyə, zaman, hərəkət, dəyişilmə və haldan- hal keçmə xüsusiyyəti adi edilə bilməz. Buna görə də onun üçün “əvvəl” və “sonra” təsəvvür edilmir. Bu anlayışlar ötəri dünyada yaşayan bizlər üçün məna daşıyır. Bizim maddi həyatımızda  zaman baxmından “öncə olmaq” və “sonraya qalmaq” məsələləri əhəmiyyət kəsb edir.
          Deməli “dünyanı yaratmazdan öncə” ifadəsi zaman baxımından yozularsa doğru deyildir. Lakin demək olar ki, Allahtaala maddi dünyanı yaratmazdan öncə mücərrədat aləmini yaratmış, sonra növbə maddi dünyaya çatmışdır. Çünki Allahtaalanın səxavəti daimidir və heç vaxt kəsilmir. Buna görə də yaradılma və səxavətin olmadığı heç bir vəziyyət təsəvvür edilmir.
Müqəddəs quran kitabı deyir: “یسئله من فی السموات و الارض کلّ یوم هو فی شأن” (Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir)[75]
Bu ayə iki hissədən təşkil tapmışdır:
1.           Bütün mövcudatın ona ehtiyacı vardır. Yəni bütün mövcudat özünün zati və qeyri-zati varlığında ona möhtacdırlar. Fəlsəfi dil ilə desək bütün mövcudat zatən sonradan mövcud olanlardır, öz yaranış və qalmalarında isə öz səbəbinə yəni Allahın ehtiyacsız zatına möhtacdırlar.
2.           “کلّ یوم هو فی شأن” (O hər gün (hər an) bir işdədir).[76] Əgər burada “yəvm” kəlməsindən məqsəd zaman olarsa, ayənin yozumu belədir ki, Allahtaala hər bir zamanda yeni yaradılış ilə məşğuldur və hər bir zaman da yeni layihə işə salır.[77]
          Belə nəzərə çarpır ki, burada “yəvm” kəlməsindən məqsəd zamandan daha üstün olan bir işin nəzərdə tutulmuşdur. Lakin məhdud olması səbəbi ilə onu “yəvm” kimi istifadə ediblər. İzahına gəldikdə isə zaman çərçivəsində baş verən hər bir hadisənin iki tərəfi vardır. “Zaman” və “zəmanə” baxımından. Zamana aid olan tarixin bir hissəsidir. Zəmanəyə aid olan isə tarix və zamana sığmır. Sabit olduğu üçün zaman və məkandan yuxarı qalxır. Necə ki, Aşuranın bir zaman tərəfi və bir də zəmanə tərəfi var idi. Zəmanə tərəfi zaman və məkandan daha üstündür.[78]
          Bu izaha görə burada “yəvm” kəlməsindən məqsəd “zəmanə” ola bilməsi mümkündür. Çünki maddi olan fenomen, zaman və məkan çərçivəsində baş versə də mələkuti (İlahi əzəmət) siması zamandan üstündür və zaman ilə məkana sığmır. Ondan daha üstün olanı abstrakt mövcuddur. Bu isə heç bir nöqsanın olmadığı mücərrəddir və zamana sığmır. Zamanda olsa da zamana bağlı deyil, hər bir məkanda olsa da məkana bağlı deyil.[79] Buna görə də ayənin mənası belədir ki, Allahtaala hər bir zəmanədə heç vaxt olmamış, yeni iş görür və yeni bir proses yaradır. Onun işləri təkrar deyil. Bəlkə əvvəlcədən nümunəsi olmayan və təşəbbüskaranə olan işlərdir.[80]
  
 
Dünyanın yaranması
Sual 15. Dünyanın yaranışı necədir? Əgər dünya yoxdan yaranıbsa axı “yoxluq” yarada bilməzki?
Dünya yoxluqdan əbəs yerə yaranmamış, bəlkə varlıq dünyasının yaranışı ilkin və özündən əvvəl hər hansı bir maddəyə bağlı olmadan həyata keçmişdir. Başqa sözlə dünyanın yaranması məsələsi Allahtaalanın iradəsinə bağlı olan bir məsələdir. Bunun üçün hər hansı bir maddəyə ehtiyac yoxdur ki, Allahtaala dünyanı ondan yaratsın. Lakin bəşər övladının yaradılması zamanı ilkin maddələrin tərkib və forması dəyişilməklə yeni bir məhsul əldə edilmişdir. Buna görə də hətta əgər kosmosda elə bir maddələr fərz edilsə ki, dünyanın mövcud forması həmin maddələrin düzülüşlərinin dəyişilməsinə tabedir, yenə də fəlsəfi baxımdan həmin maddələr Allahın məxluqu və yaratdığı hesab edilir.
İmam Sadiq (ə), dünyanın yaradılması barəsində buyurur: “Allahtaala dünyanı “bir şeydən” yaratmamışdır, nə inki “heç bir şey” və ya “yoxluqdan” yaratmışdır”.
          Yuxarıdakı ifadəyə diqqət etdikdə bir tərəfdən imam Sadiqin fəlsəfi və elmi məlumatı və digər tərəfdən isə Allahın dünyanı yaradarkən sonsuz və ehtiyacsız qüdrətinin şahidi oluruq.
          Şeyx Təbərsinin “Əlehticac” kitabında belə qeyd edilmişdir:[81] “İmam Sadiqdən soruşuldu: dünya hansı şeydən yaranmışdır? Buyurdu: Bir şeydən yaranmamışdır. Sual edildi: Allah necə heç bir şeydən yarada bilir?. Cavab verdi: mövcudat ya bir şeydən yaranmış olurlar və ya qeyri şeydən (qeyri maddi) ”.[82]
          Sadə bir misalla İlahinin yaratma prosesini belə izah etmək olar: “Bir mühəndis ilk öncə öz zehnində binanın planını cızıb, sonra onun sxemini çəkdikdən sonra, reallıqda hazır etdiyi kimi varlıq dünyası yaranan zaman Allahtaala da yaratmazdan öncə, varlıq aləminin xüsusiyyətləri və incəliklərini bildiyi üçün, iradə etdikdə öz məlumatına vücud verir və onlar da yaranmış olurlar”. Ona görə də Allah iradə etməzdən öncə, əşyalara elmi vardır və İlahi iradə etdikdən sonra, xaricdə yaranmış olurlar.[83]
          Buna görə də dünyanın “bir şeydən yaranmaması” ilə “yoxluqdan yaranması” arasında fərq vardır. Birinci söz düzgün və ikinci söz isə yanlışdır. Əgər kimsə ikinci mənanı nəzərdə tutarsa, ona birinci mənanın nəzərdə tutulduğunu demək lazımdır.
 
  
Yaradılış və təbii qanunlar
Sual 16: Dünya yaradılarkən təbii qanunlardan istifadə edilmiş və ya möcüzə kimi hallara əsaslanaraq bu qanunlara zidd yaradılmışdır.
          Birincisi, təbii qanunlar varlıq sistemində hakim olan İlahi qayda- qanunların bir hissəsidir. Bu qanunlar İlahinin işlərinə hakim deyil, bəlkə İlahi iradəyə tabedir. Başqa sözlə İlahinin yaratması təbii qanunlara tabe deyil, bəlkə İlahinin yaratması və onun necə təsvir edilməsinə bağlıdır. Quran və hədislərdə “xilqət” sözü “fətər” və “xaliq” sözü isə “fatir” sözü kimi qeyd edilmişdir. Çünki “fətər” dedikdə, ibtidai yaradılış və xilqət mənasını verir. Yəni təqlid edilmədən, planı olmadan və bənzərsiz yaratma. İnsanın isə bütün işləri təbiətdən təqlid etmək və ona hakim olan qanunları kəşf etməkdən ibarətdir. Biz insanların bütün işləri mövcud olan təbiətdən nümunə götürməyə əsaslanır. Hətta insanların ixtira və kəşflərinin əsası da təbiətdən götürülür. Amma İlahinin işləri belə deyildir. Çünki nə qədər ki, o yaratmayıb, deməli təqlid ediləsi bir şey də yoxdur.
          İkincisi, qeyd etdiyimiz kimi təbii qanunlar yaradılış sistemində İlahinin qanununlarının bir hissəsini təşkil edir. Bu qanunlara hakim olan daha ümumi və metafizik qaydalar da vardır. Həmin qaydalar isə təcrübi elmlər tərəfindən deyil, ağıl və vəhy yolu ilə tanınırlar.
          Möcüzə kimi bir sıra hallarda biz normal təbii qaydalara zidd prosesin şahidi oluruq. Əlbəttə möcüzənin təbii qanunlara zidd olması barəsində müxtəlif baxışlar mövcuddur. Amma birmənalı olaraq, normadan kənar işlərin (möcüzələrin- mütərcim) özü də varlıq aləminə hakim olan ümumi qanunların və sistematik işlərin tərkib hissəsi olması qəbul edilir. Buna görə də varlıq aləminə hakim olan İlahi qanunlardan kənara çıxmaq müşahidə edilmir. Bəlkə baş verən hadisələr eninə və uzununa olan iyerarxik silsiləyə malik qanunlar əsasında baş verir. Bu qanunların bəzisi bəşər tərəfindən tanınır və bəzisi isə tanınmır.
 
 
 Yaranış dövrləri
Sual 17: Quran bir sıra ayələrdə yeri iki gündə və bəzi ayələrdə isə altı gündə xəlq etdiyini bildirir. Bu necə anlaşılandır?
          Quranda yaradılış günləri altı gün kimi qeyd edilmişdir ki, onun dörd günü yer və ona aid olan işlərdir. Dörd gün isə səmalara aid edilmişdir və onun iki günü isə yer ilə müştərəkdir.[84] Ona görə də altı gün edir.
          Amma altı gündən məqsəd isə altı dövr və ya mərhələdir. Burada məqsəd 24 saat olan yer kürəsinin günləri və ya gecənin qarşılığı olan gün deyildir.
          Dünyanın altı gündə yaradılması məsələsi quranın yeddi ayəsində qeyd edilmişdir. Üç halda isə yer və göylərdən əlavə “yer və göy arasında olanlar” (ما بینهما) da əlavə edilmişdir.[85] Əlbətdə dünyanın biz başa düşdüyümüz altı gün ərzində yaranması elm ilə ziddiyyət təşkil edir. Çünki elm deyir: Milyardlar il keçdikdən sonra yer və göy indiki vəziyyətə gəlib çatmışdır. Lakin qeyd etdiyimiz kimi “yəvm (gün)” kəlməsi “bir dövran” mənasını da verir. İndi bu dövranın bir il, yüz il, bir milyon il və ya milyardlar il davam etməsi də mümkündür. Bir sıra əlamətlər də dediklərimizi isbat edir.
1.     Quranda dəfələrlə gün sözü uzun müddət mənasında istifadə edilmişdir: Məsələn “یوم القیامة”[86] ən azından əlli min il çəkir.
2.     Lüğətdə bəzən “yəvm” kəlməsi miqdarından asılı olmayaraq bir müddət zamana deyilmiş olur.[87]
3.     Rəvayətlərdə “yəvm” dövran mənasını da vermiş olur. “الدهر یومان یوم لک و یوم علیک”[88] “dünya sənin üçün iki gündür. Bir gün sənin xeyrinə və bir gün isə sənin ziyanına”. “Altı gün” ifadəsi də “altı dövr” kimi izah edilmişdir.[89]
4.           Gündəlik məişət üslubunda da “yəvm” kəlməsi və onun fars dilində olan qarşılığı dövran mənasında istifadə edilir. Misal üçün deyirik: Bir gün yer üzü isti və yandırıcı idi, digər gün soyudu. Halbuki yerin istiləşməsi milyardlar il ərzində formalaşır.
Kəlim Kaşani deyir:
Bir baxışdan həyat iki gündən artıq deyildir
Onu da Kəlim sənə deyim ki elə ötdü
Bir günü ürəyi ona – buna bağlamaqla keçdi
Bir günü isə ürəyi ondan- bundan qoparmaqla keçdi
Altı dövr
          Deyilənlərdən belə nəticə aldıq ki, Allahtaala bütün yer və göyü altı ardıcıl dövrdə yaratmışdır. Halbuki bu dövrlərin milyonlar və milyardlar il olması da mümkündür. Müasir elm də bunun əksi olan bir şey söyləməmişdir. Bu altı dövr çox güman ki, aşağıdakı kimi olmuşdur:
1.           Bir dövrdə bütün dünya qaz kütləsi formasında mövcud idi. Öz ətrafına fırlanmaqla bir- birindən ayrıldı və kürələr yarandı.
2.           Bu kürələr tədricən nurani və ərimiş və yaxud soyuq və sükunət formasına düşdülər.
3.           Növbəti bir dövrdə günəş qalaktikası formalaşdı və yer günəşdən ayrıldı
4.           Yer soyudu və həyat üçün hazır oldu
5.           Sonra yer üzərində ağac və bitkilər meydana çıxdılar
6.           Son olaraq isə insan və canlılar yer üzərində meydana gəldilər[90]
       Yuxarıda qeyd etdiklərimiz quranla da üst- üstə düşür. O cümlədən : “o yer üzərində dağlar yaratdı. Onu bərəkətli etdi və istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə müəyyən etdi. Onun müxtəlif qida maddələrini müəyyən etdi. Bunların hamısı dörd dövr ərzində baş verdi. Sonra Allah tüstü halında olan göyə üz tutdu (Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin və formalaşın!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər. Allah onları yeddi  göy olaraq iki gündə (dövrdə) əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi. Biz aşağı göyü çıraqlarla (ulduzlarla) bəzədik və şeytanların eşitməsindən hifz etdik. Bu, yenilməz qüvvət sahibi olan, Allahın təqdiridir”.[91]
       Sonda isə qeyd etmək lazımdır ki, hər bir təsnifat xüsusi bir düzülüşlə formalaşır. Quranda yaradılış dövrlərinin altı günə bölünməsinin digər təcrübi elmlərdə olan dövrlərlə müqayisədə az və ya çox olaraq bölünməsi ilə ziddiyyət təşkil etdiyini söyləmək doğru olmaz. Bu halda quran ayələrinin bəşərin elmi bilikləri ilə ziddiyyətdə olduğunu düşünməmək lazımdır.
 
  
Təkamül nəzəriyyəsi
Sual 18. Görəsən insan növünün yaradılması müstəqil və birdəfəlik proses olmuş, yoxsa digər canlıların təkamülü nəticəsində yaranmışdır? Quran Darvinin təkamül nəzəriyyəsini qəbul edirmi?
       Təkamül nəzəriyyəsi din alimləri, filosoflar və bioloqlar arasında müxtəlif istiqamətlərə yönəlmişdir. Bu nəzəriyyə ortaya çıxandan indiyə qədər müxtəlif mərhələlərdən keçmiş, həmişə tənqid və islahatlarla yadda qalmışdır. Onların ən önəmlisini aşağıdakı kimi qeyd etmək olar:
1.           Lamarkizm
2.           Neolamarkizm
3.           Darvinizm
4.           Neodarvinizm
5.           Motasyonizm
Birinci. Biologiya
       Biologiya elmi tərəfindən təkamül nəzəriyyəsinə bir çox iradlar tutulmuşdur. O cümlədən Darvinin öz nəzəriyyəsi üçün ciddi cəhdlə əlamətlər toplamağına baxmayaraq, o insan və onun əcdadı hesab etdiyi meymun arasında olan əsas və fundamental fərqlərdən xəbərdar olmamışdır!! Vallasın işarə etdiyi bəzi fərqlər aşağıdakılardan ibarətdir:
1.           İnsan və meymunun beyin və burun qüvvələri arasında dərin fasilə vardır
2.           İnsan və meymunun dilləri aşkar formada bir- birindən fərqlənir
3.           İnsanda incəsənət yaradıcılığı bacarıq və istedadının olması
4.           İndiki mədəni insan ilə köçəri qəbilələr arasında beyin fərqinin olmaması. Darvin onları mədəni insan ilə meymun arasında fasilə yaradan halqa hesab etmişdir[92]
       Habelə Alman fizik və antropoloqu Fiziko deyir: “İnsan antropologiya elminin nəzərə çarpacaq nailiyyətləri günü gündən insan və meymunun qohumluğunu daha da uzaqlaşdırır”.[93]
İkinci. Elm fəlsəfəsi
       İkinci dərəcəli mərifət olan elmin fəlsəfəsi alimlər vasitəsi ilə seçilən metodlar və elmi istiqamətləri, onların fəaliyyətinin nəticəsi və elmi nəzəriyyələrə aidiyyəti olan amilləri araşdırmağa başlayır. Təqdim edilən müxtəlif baxşlar aşağıdakı kimidir:
1.           Məntiqi pozivitizm
2.           İdealizm
3.           Sadəlövh realizm
4.           Tənqidi realizm
       Onlardan ən yeni olan dördüncü nəzəriyyəyə görə ümumiyyətlə elmi nəzəriyyələr sırf müşahidələrə əsaslanmır və hissi faktlar ilə təhvil alınmır. Bəlkə nəzəriyyələr alimlərin subyektiv fikirlərinə əsaslanan hissi faktların nəticəsidir. Buna görə də elmi nəzəriyyələr sırf kəşflər olmasa da, ancaq kəşf edilə bilərlər. Ona görə də bu tip nəzəriyyələrin obyektiv reallıq ilə daban- dabana uzlaşmasını söyləmək olmaz.[94]
Üçüncü: Din
       Təkamül nəzəriyyəsi barəsində İslam dininin nəzərini bildirən din alimlərinin fikirləri birmənalı olmamış və onlar arasnda müxtəlif istiqamətlərə rast gəlinir. Qısaca olaraq onları aşağıda qeyd edirirk:
1.           Bəzilərinin iddiasına görə quran açıq- aşkar tədrici təkamül, növlərin dəyişilməsi və nəslin davamlığından söhbət açmışdır[95]
2.           Xilqətin dəyişilmə nəzəriyyəsinin inkarı[96]
3.           Elmdə isbat edildikdən sonra quran ayələri vasitəsi ilə təkaml nəzəriyyəsinin yozulması[97]
4.           Digər heyvanların təkamülü isbat edilən halda insanın ayrı bir canlı olması və digər canlılar ilə nəsli bağlılığının olmaması[98]
5.           Onu təfsir edənlərə görə vəhy baxımından burada fikir ayrılığı var[99](quran birmənalı olaraq bu barədə fikrini bildirmir- mütərcim)
6.           Elm və dinin dil baxımından ayrılığı[100] və [101]
Burada qısacada olsa Əllamə Təbatəbainin nəzərini qeyd edirik:
a)          Ümumiyyətlə təkamül nəzəriyyəsi burada təcrübi baxımından isbat edilməmişdir. Burada ümumi bir razılaşma yoxdur.
b)          Quran ayələri açıq- aşkar formada heç bir nəzəriyyəni yəni növlərin sabitliyi (fixizm) və ya növlərin dəyişilməsini (transformizm) təsdiqləməmişdir. Lakin quran ayələri birinci nəzəriyyə (növlərin dəyişilməz olması) ilə uyğunluq təşkil edir
c)           Kitab və sünnət digər bir sübut ilə ziddiyyətdə olmadığı təqdirdə öz hökmündə qalırlar.
d)         Yuxarıda qeyd etdiklərimizə nəzərən bu barədə quran ayələrinin zahiri dəlalət olmuşlarından əl çəkmək olmaz.[102]
Bir neçə məsələ
Birinci: Allah öz yaradıcılığını səbəb- nəticə sistemi yolu ilə həyata keçirir. Lakin bu o demək deyildir ki, zəruri olaraq dəyişilmə prosesi və birhüceyrəlidən hüceyrəyə keçid ilə olmalıdır. Bəlkə həmin məsələ universal və fəlsəfi qayda olduğu üçün müxtəlif aspektlərdən təsəvvür və izah edilə bilər.
İkincisi: Quran ayələrindən göründüyü kimi indiki insanların hamısı Adəm (ə) və Həvvanın nəslindəndir. Onlar arasında digər heç bir nəsli vasitə yoxdur. Yəni hətta əgər Adəmdən əvvəl yer üzərində digər insanlar olsa belə, həzrəti Adəm və ondan sonrakı insanlar arasında hər hansı bir nəsil söhbəti yoxdur. Buna görə də ya Adəmin özünün onlara nəsli baxımdan bağlılığı yoxdur və ya vardır. Əgər bağlılığı olarsa, digər insanlar onun vasitəsi ilə onlara birləşmiş olurlar. Əgər olmazsa o zaman Adəm övladları ilə ondan öncə mövcud olan insanlar arasında heç bir bağlılıq olmur.Çünki quran buyurmuşdur: “وبث منهما رجالا کثیرا و نساء”[103]
(Allahtaala o ikisindən (Adəm və Həvva) bir çox kişi və qadın törətdi).
       Əlbəttə onun nəslinin necə artması barəsində müxtəlif söhbətlər vardır. Amma bu ayə ilə daha çox uyğun gələn və Əllamə Təbatəbainin “Təfsirul- mizan” kitabında qəbul etdiyi kimi həzrəti Adəmin övladlarının bir- biri ilə evlənməsidir. Bu məsələ ilk baxışda uzaq hesab edilir. Lakin İlahi hökmlərin dəyişilən olması, zaman və məkan baxımından şəraitə uyğun olması və şəriət hökmlərinin etibari olmasını nəzərə aldıqda onu qəbul etmək olar.
Üçüncüsü: Məntiqi baxımdan Darvinin Təkamül nəzəriyyəsini qəbul etməmək xilqətin birdəfəlik olmasını qəbul etmək deyildir. Çünki xilqətin tədrici olmasını qəbul etmək növlərin dəyişilmə nəzəriyyəsinə məxsus deyildir. Digər tərəfdən quran ayələri xilqətin tədrici olması prinsipinə açıq- aşkar dəlalət edirlər. Amma onların “növlərin mübadilə nəzəriyyəsi” ilə uyğunlaşdırılması quranın zahiri mənalarından əl çəkməyə və onları yozmağa ehtiyac yaradacaqdır. Bu nəzəriyyə nə qədər ki qəti olaraq təsdiq edilməyib ayələrin yozulması və səmavi kitabın zahiri mənalarını kənara qoymaq düzgün deyildir.
 
 
 
 
MÜNDƏRİCAT
 
 TOC \o "1-3" \h \z \u Giriş. PAGEREF _Toc358883763 \h 13
Yaradılışın məqsədi PAGEREF _Toc358883764 \h 17
Yaradılışın sirri PAGEREF _Toc358883765 \h 17
Sual 1: İnsan həyatın məqsədi və yaradılışın sirri haqqında nə üçün sual edir? Bu məsələni bilmək insanın işinin hansı düyününü açır?. PAGEREF _Toc358883766 \h 17
Yaranışın məqsədi PAGEREF _Toc358883767 \h 21
Sual 2: Quran insanın xilqətini necə qeyd etmişdir?. PAGEREF _Toc358883768 \h 21
Həyatın məqsədi: PAGEREF _Toc358883769 \h 30
Sual 3: Həyatın məqsədi dedikdə nə başa düşülür və insan məktəblərinin bu barədə baxışı necədir?  PAGEREF _Toc358883770 \h 30
Sual 4: Həyatın məqsədi nədir? Hədəfi düzgün seçdiyimizi hardan bilək?  PAGEREF _Toc358883771 \h 44
Yaradılışın səbəbi PAGEREF _Toc358883772 \h 57
Sual 5: Allah dünyanı niyə yaratdı. Bu işdə hansı məqsədi var idi? Fikrimi daha yaxşı ifadə etmək istəyirəm. Məgər Allahtaala hər şeydən ehtiyacsız deyil, elə isə yaradılışa nə ehtiyac var idi? Əgər Allahın səxavətli olduğunu deyirsinizsə, o zaman bu sual meydana çıxır ki, deməli Allah səxavətli olmaq üçün dünyanı yaratmaq məcburiyyətində qalmışdır. Görəsən bunun özü ehtiyac deyildir?  PAGEREF _Toc358883773 \h 57
Sual 6: Əgər Allah dünyanı, insanı və məni yaratmasaydı nə olardı?  PAGEREF _Toc358883774 \h 61
Yaradılış və “...لولاک"  hədisi PAGEREF _Toc358883775 \h 65
Sual 7. Hədislərdə vardır ki, “لو لاک لما خلقت الافلاک... و لولا فاطمة لما خلقتکما”. İndi isə sual bundan ibarətdir ki, bu nə deməkdir yəni peyğəmbər (s) dünyanın yaradılış məqsədidir? İkincisi isə Fatimə (s) – ın məqamı peyğəmbərin (s) məqamından üstündürmü?  PAGEREF _Toc358883776 \h 65
Kamal və yaradılış. PAGEREF _Toc358883777 \h 70
Sual 8: Allah bizi kamala çatmaq üçün yaradıbsa, o zaman kamal nə üçündür? Kamala çatandan sonra nə olacaq? Deyilənlərə görə behiştə gedəcəyik, yaxşı behiştə gedəndən sonra nə olacaqdır? Görəsən əbədi olaraq behiştdə qalmaq yorucu deyilki?  PAGEREF _Toc358883778 \h 70
Sual 9: Əgər insanın yaradılmasından məqsəd son kamala çatmaqdırsa, o zaman niyə Allahtaala bütün kamalatı bir yerdə və başağrı olmadan ona vermədi?  PAGEREF _Toc358883779 \h 75
İcbari həyat: PAGEREF _Toc358883780 \h 79
Sual 10: Görəsən deyə bilərəm ki, “mən həyata razı deyildim, məcburi olaraq doğulmuşam, əgər günah edirəmsə günahım məni yaradanın boynundadır?” Əgər Allah məni yaratmasaydı mən günah etməzdim və axirətin bütün əzabına dözmək məcburiyyətində də qalmazdım?  PAGEREF _Toc358883781 \h 79
Xüsusiyyətlərin fəlsəfəsi: PAGEREF _Toc358883782 \h 84
Sual 11: Əgər insanın yaradılışının əsas hədəfi İlahiyə yaxınlaşmaqdırsa, o zaman niyə insanda onu dünyanın aldadıcı görkəmi və maddi ləzzətlərə doğru çəkən xüsusiyyətlər qoyulmuşdur.  İnsanların çoxu onların müqabilində zərər görür. Görəsən bu, hikmətə zidd və məqsədin aradan getməsi deyilmi?. PAGEREF _Toc358883783 \h 84
Cəhənnəmin yaranışı PAGEREF _Toc358883784 \h 95
Sual: 12. Cəhənnəmin yaranma səbəbi nədir? İnsanın anasından da ona mehriban olan Allah öz bəndəsini necə odda yandıra bilir?. PAGEREF _Toc358883785 \h 95
Cəhənnəm əhlinin yaradılması: PAGEREF _Toc358883786 \h 101
Sual 13: Əgər insanların çoxu cəhənnəmə gedəcəksə, o zaman insan və təklif aləmi niyə yaradılmışdır?. PAGEREF _Toc358883787 \h 101
Yaradılışın necə olması PAGEREF _Toc358883788 \h 103
Yaradılışdan öncə. PAGEREF _Toc358883789 \h 103
Sual 14: Allahtaala dünyanı yaratmazdan öncə hansı işlə məşğul idi?  PAGEREF _Toc358883790 \h 103
Dünyanın yaranması PAGEREF _Toc358883791 \h 108
Sual 15. Dünyanın yaranışı necədir? Əgər dünya yoxdan yaranıbsa axı “yoxluq” yarada bilməzki?  PAGEREF _Toc358883792 \h 108
Yaradılış və təbii qanunlar. PAGEREF _Toc358883793 \h 111
Sual 16: Dünya yaradılarkən təbii qanunlardan istifadə edilmiş və ya möcüzə kimi hallara əsaslanaraq bu qanunlara zidd yaradılmışdır. PAGEREF _Toc358883794 \h 111
Yaranış dövrləri PAGEREF _Toc358883795 \h 113
Sual 17: Quran bir sıra ayələrdə yeri iki gündə və bəzi ayələrdə isə altı gündə xəlq etdiyini bildirir. Bu necə anlaşılandır?. PAGEREF _Toc358883796 \h 113
Təkamül nəzəriyyəsi PAGEREF _Toc358883797 \h 118
Sual 18. Görəsən insan növünün yaradılması müstəqil və birdəfəlik proses olmuş, yoxsa digər canlıların təkamülü nəticəsində yaranmışdır? Quran Darvinin təkamül nəzəriyyəsini qəbul edirmi?  PAGEREF _Toc358883798 \h 118
 
 
 
[1] - Məhəmməd Təqi Cəfəri, “Məsnəvinin izahı, tənqidi və təfsiri”, cild I, s. 184
[2] - Daha çox məlumat üçün müraciət edin: Həmidrza Şakerin və Məhəmmədrza Kaşefi, “dinşünaslıq, dinlər və məzhəblər” (Qum, Maarif, 2007).
[3] - B. Saint Hillaire
[4] - Cəfəri, Məhəmməd Təqi, “Məsnəvinin izahı, tənqidi və təfsiri”, cild I, s. 588
[5] - Sarı və ya göy rəngli gülləri olan dar yarpaqlı bir bitkinin adıdır (mütərcim)
[6] - Piter Alston, Melton Beyker, Məhəmməd Leqenhavzen, “din və yeni mənzərələr”, Ğulamhüseyn Təvəkkülünün tərcüməsi (s. 163, Qum, islam təbliğat ofisinin nəşriyyatı, 1997)
[7] - Ali İmran (3), 190-191-cı ayə
[8] - Digər müxtəlif ayələr də yaradılışın məqsədinə təkid etmişlər. O cümlədən: “Sad” (38) ayə 38, “Ənbiya” (21) ayə 16, “Duxan” (44) ayə 38, “Nəhl” (16) ayə 3, “Zümər” (39) ayə 5, “Ənam” (6) ayə 73, “İbrahim” (14) ayə 19, “Təğabon” (64) ayə 3, “Ənkəbut” (29) ayə 44, “Rum” (30) ayə 8.
[9]  - Muminun” (75) ayə 115
[10] - “Qiyamət” (75) ayə
[11] - Təlaq (65) ayə 12
[12] - Mulk (67) ayə 2
[13] - Zariyat (51) ayə 56
[14] - “Ənam” (6) ayə 162
[15] - Əlbətdə kitabda bu ayənin tərcüməsi qeyd edilməmişdir. Lakin biz oxucuların bir çoxunun ərəb dilini başa düşmədiyini nəzərə alaraq ayənin tərcüməsini qeyd etdik- mütərcim.
[16] - “Nəhcul- bəlağə”, xütbə 194
[17] - Bu barədə daha çox məlumat əldə etmək üçün Şəhid Mutəhhəri, “Yaddaştlar”, cild 6, “ibadətə giriş”, cild 4, “duaya giriş”, Tehran, Sədra
[18] - Daha çox məlumat üçün baxın:
a) Həmidrza Şakerin, “dinşünaslıq, firqələr və məzhəblər”, Qum, Məaref, 2007
b) Eyni ilə, hikmət çilçırağı (təqlid, ictihad və hökmlərin fəlsəfəsi), Tehran, “cavan düşüncə dərnəyi”
[19] - “Hud” (11) ayə 118-119
[20] - Jeks, “əxlaq fəlsəfəsi”, Əbülqasim Purhüseyninin tərcüməsi, 1976. Əbdullah Nəsrinin “insanın yaradılış fəlsəfəsi”ndən rəvayət edilməklə, s. 354. Qum, maaref, birinci çap, 2003.
[21] - Andrey Kresson, böyük filosoflar, Epikür, s. 54. Kazem İbadinin tərcüməsi
[22] - Həmin mənbə əsasında, s. 356. fəlsəfədə əbədi macəralar, s. 138
[23] - Daha çox məlumat əldə etmək üçün baxın: Əbdullah Ənsari, “yaradılışın fəlsəfəsi”, s. 358
[24] - See: Jhon C. Luick, Humanism, Routledge Enyclopedia Of philosophy, Vol, 4, P. 52 q, 1998.
[25] - Nihilizm
[26] - Babək Əhmədi, “müasir müəmma”, s.111. Toni Devis, “humanizm”, s. 27
[27] - Devis Toni, həmin, s. 9, 54,64,84 (iqtibas: Məhmud Rəcəbi, insanşünaslıq, s. 47, üçüncü redaktə)
[28] - Həmin
[29] - Babək Əhmədi, həmin, s.112
[30] - Daha çox məlumat əldə etmək üçün: Əbdullah Nəsri, “düşüncələr axtarışında” (Məhəmməd Təqi Cəfərinin həyatı, əsərləri və düşüncələri), s. 220
[31] - Loqman” (31), ayə 22
[32] - Ali İmran” (3), ayə 109
[33] - “Təlaq” (65), ayə 10-11
[34]  - “Əhzab” (33), ayə 45-46
[35] - “Məsnəvi Mənəvi”, dəftər 4, beytlər 839-843
[36] - “Tin” (95), ayə 4-6
[37] - “Əsr” (103), ayə 2-3
[38] - Ruhlar və cismlər aləmi arasında olan aləm (mütərcim)
[39] - Ötən mövzularla daha yaxşı tanış olmaq üçün bu kitabları oxumaq tövsiyə edilir:
a) Əllamə seyyid Məhəmməd Hüseyn, Təbatəbai, “insan başlanğıcdan sona qədər”, tərcümə, Sadeq Laricaninin araşdırması (Tehran, Əzzəhra).
b) Məhəmməd, Şucai, “məqalələr”, (Tehran, Suruş, cild 1).
c) Məhəmməd Təqi, Cəfəri, “həyatın hədəf və fəlsəfəsi”
d) Eyni ilə, “zendegiye ideal və ideal zendegi (ideal həyat və həyat idealı)”
e) Əbdullah Nəsri, “İslam nəzərində insan”
f) Zeynulabidin, Qurbani, “həyatın hədəf və fəlsəfəsi”
g) Murtəza, Mutəhhəri, “həyat hədəfi”
[40] - Daha çox məlumat əldə etmək üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz
a) Əbdullah Nəsri, “İnsan xilqətinin fəlsəfəsi”, (Tehran: müasir düşüncə və elmi-mədəni müəssisə, 2000)
b) Eyni ilə, “yaradılış fəlsəfəsi”, (Qum, maarif yayımı üzrə idarə, birinci çap, 2003)
c) Məhəmməd Təqi Cəfəri, “yaradılış və insan”,  (Qum, islam təbliğat evi, ikinci çap)
[41] - Nümunə üçün Bəqərə surəsinin 29-cu ayəsi və Mominun surəsinin 14- cü ayəsini mütalə edin.
[42] - Daha çox məlumat əldə etmək üçün Şəhid Mutəhərrinin “əsərlərinin külliyatı” kitabının 1- ci cildi, 121-134- cü səhifələrə baxa bilərsiniz . Tehran: Sədra, 1989.
[43]  - Cild 15, səhifə 28; cild 16, səhifə 406; cild 57, səhifə 199
[44] - “Bəqərə” (2) surəsi, ayə 29
[45] - “Zariyat” (51), ayə 56
[46] - “Mustədrəku səfinətul- bəhar”, şeyx Ələlnəmazi, cild 3, s. 168-169
[47] - Həmin, 167
[48] - “Bəharul- ənvar”, cild 74, s. 116
[49] - Həmin, cild 53, s. 179-180
[50] - “Nəhl” (16), ayə 31;“Furqan” (25), ayə 16; həmin məzmunlu “Zumər” (39), ayə 34;“Şura” (42), ayə 22; “Qaf” (50), ayə 35; “Nisa” (4), ayə 132.
[51] - “Bəqərə” (2), ayələr 25 və 82; “Ali - İmran” (3), ayə 107; “Əraf” (7), ayə 42; Yunis (10), ayə 26; Hud “11”, ayə 23; “Mominun” (23), ayə 11 və s...
[52] - “Kəhf” (18), ayə 108
[53] - “Məad” şəhid Murtəza Mutəhhəri, s. 170- 172
[54] - “Əraf” (7), ayə 179
[55] - Bəqərə (2), ayə 32
[56] - Moləvi; bu şer, Əmirəl- mömininin hədisindən götürülmüşdür. Vəsailuş- şiə, cild 11, səhifə 164
[57] - “İsra” (17), ayə 70; “Mizanul- hikmət”, cild 1, s. 360- 361
[58] - “Məsnəvi Moləvi”, dəftər 5, beytlər 3574- 3576
[59] - Baba Tahirin kəlmələrinin şərhi, Ayətullah Cəvad Amolinin dedikləri əsasında “Qurani kərimin mövzular üzrə təfsiri”, cild 14, səhifə 134, Qum, İsra, ilkin çap, 2000
[60] - “Məsnəvi Mənəvi”, dəftər 3, beytlər 1000-1001
[61] - “Zumər” surəsi ayə 54
[62] - Səmada olan iki parlaq ulduzun adıdır (mütərcim)
[63] - “Məsnəvi Mənəvi”, dəftər 5, beytlər 195, 196 və 199
[64] - “Ənkəbut” (29), ayə 69
[65] - Yusif (12), ayə 7- 42
[66] - “Ərrəhman” (55), ayə 43- 44
[67] - Daha çox məlumat üçün baxın: Məhəmməd Həsən Qədrdan Mələki, “cəhənnəm nə üçün?”, Qum, Bustane kitab
[68] - Nəml (27), ayə 90
[69] - “Təhrim” (66), ayə 7
[70] - “Cin” (2), ayə 24
[71] - “Bəqərə” (2), ayə 24
[72] - “Nisa” (4), ayə 10
[73] - Daha çox məlumat əldə etmək üçün baxın :
a) “Məadşünaslıq” (çılçıraq- hikmət məcmuəsi), Həmidrza Şakerin, Tehran, cavan düşüncə mərkəzi
b) “Məadşünaslıq”,  Məhəmməd Həsən Qədrdan Qəraməliki
[74] - “Bidayətul- hikmət”, s. 138-139
[75] - “Ərrəhman” (55), ayə 29
[76] - “Ərrəhman” (55), ayə 29
[77] - “Təfsire numunə”, cild 23, s. 134-135
[78] - “İrfan və qəhrəmanlıq”, ayətullah Cəvad Amoli, s. 46-49
[79] - “Əlmizan”, cild 1, s. 611
[80] - Ayənin təfsiri üçün müraciət edin:
a) “Təfsire numunə”, cild 23, s. 137, 138,  140 və 141
b) “Təfsire əlmizan”, ərəbcə olan mətni, cild 19, s. 115 və 117
c) “Təfsire əlmizan”, farsca tərcüməsi , cild 19, s. 170, 171 və 173
[81] - قال الزندیق لا بی عبد الله (ع) من ای شی خلق قال علیه السلام : "لا من شی فقال کیف یحی من لا شی. قال: ان الاشیاء لا تخلوا ان تکون خلقت من شی او من غیر شی فان کانت خلقت"
[82] - Məhəmməd Saleh Mazandarani, “üsuli kafinin şərhi”, cild 3, s. 300-301
[83] - Daha çox məlumat üçün müraciət edin: “Başlanğıc və son”, ayətullah Cəvadi Amoli, səkkizinci məqalə, varlıq aləmin ən gözəl sistemi
[84] - “Fussilət” (41), ayə 10 və 12
[85] - “Əraf” (7), ayə 54; “Yunis” (10), ayə 3; “Hud” (11), ayə 7; “Furqan” (25), ayə 59, “Səcdə” (32), ayə 4; “Qaf” (50), ayə 38; “Hədid” (57), ayə 4.
[86] - “Məarec” (70), ayə 4
[87] - Rağeb İsfahani, “Mufrədat”,  nəşrul- kitab idarəsi, s. 553
[88] - “Nəhcul- bəlağə”, məktub 72
[89] - Naser Məkarim Şirazi, “təfsire numunə”, Tehran: Darul- kutubul- islamiyyə, cild 6, s. 201
[90] - Təfsire numunə, həmin cild 6, s. 200-202, xülasə və əlavələrlə
[91] - “Fussilət” (41), 10-12 ci ayələr
[92] - «Elm və din», Ian Barbour, Bəhaəddin Xurrəmşahinin tərcüməsi, s. 99-141
[93] - “علی اطلال المذهب المادی”, Fərid Vəcdi, 103-108
[94] - “Elm və din”, Ian Barbour, Bəhaəddin Xurrəmşahinin tərcüməsi, s. 169-244
[95] - “İnsanın yaradılışı”, doktor Səhabi
[96] - Təfsirul- mizan”, cild 4, s. 153, cild 9, s. 8, cild 16, s. 269
[97] - “Darvinizm və ya növlərin təkamülü”, Cəfər Sübhani; habelə “filosof kimilər”, Məkarim Şirazi
[98] - “Quran nəzərindən insan xilqəti”, quran maarifi, Allahşünaslıq, insanşünaslıq və kosmosşünaslıq, Məhəmməd Təqi Misbah Yəzdi
[99] - “Quran nəzərindən təkamül”, Əli Meşkini Ərdəbili
[100] - Fəlsəfi məqalələr, “materializmə yönəlmənin səbəbləri”, Murtəza Mutəhhəri
[101] - Daha çox izah almaq üçün müraciət edin:
a) “İnsan xilqətində elm və dinin mövqeyi”, Əhəd Fəramərz Qəramələki, Araye nəşri
b) “Tövrat, İncil, Quran və elm”, Moris Bukay, Zəbihullah Dəbirin tərcüməsi
c) “İslam əqaidi jurnalı”, 15-18 №
[102] - “Təfsirul- mizan”, qeyd edilən müraciət.
[103] - “Nisa” (4), ayə 4

 

 

 

YARADILIŞIN SİRRİ - 2



نظر شما راجع به اين مقاله

 

 نظر سنجي: عالي خوب متوسط  ضعيف  

     نظر متني:
    
نام/نشاني ايميل :
     متن :
              
                                                                         
               

     ارسال براي دوستان :
     نام شما:    نشاني ايميل:  
   
      

 



ويژه


انتشار اينترنتي مطالب يا چاپ در نشريات دانشجويي با ذکر منبع موجب امتنان است

نقل مطالب در ديگر نشريات با اطلاع ين مجموعه و ذکر منبع بلامانع است

بري چاپ در کتب، کسب اجازه کتبي الزامي است

اداره مشاوره و پاسخ نهاد نمایندگی مقام معظم رهبری در دانشگاه ها